Batumidə 2 azərbaycanlı narkotik ittihamı ilə tutuldu KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Gürcüstanın Batumi şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
1995-ci il təvəllüdlü A. A. və 1994-cü il təvəllüdlü S. Z. müxtəlif vaxtlarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması ittihamı irəli sürülüb.
Təqsirləndirilən şəxslərin müvəqqəti yaşayış yerinə baxış keçirilib və satış məqsədilə hazırlanmış külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.
Bundan əlavə, hüquq-mühafizə orqanları narkotiklərin qablaşdırılması və paylanması üçün istifadə olunan müxtəlif materiallar da aşkarlayıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260 və 261-ci maddələrinin 3-cü hissəsinin “A” bəndi ilə istintaq aparılır. Sözügedən maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 19 Aprel 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















