Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Bayatlar İkincilik imtiyazı

Bayatlar İkincilik imtiyazı

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Turan Uğur
AYB – nin üzvü, yazıçı

“Türküstan” qəzeti üçün

Əcəba Bayat boyu, Bayat qəbiləsi ilə bayatı şeir formasının əlaqəsi varmı? Suala cavab verməyə tələsməyərək əvvəlcə deyim ki, böyük Oljas Süleymenovun bir fikri bəndəniz üçün çox qapılar açıb.Oljas yazır ki:
- "Tarix sözlərin yaddaşında yaşayır".
Yəni sözlərin bioqrafiyası ürək kardioqramı kimi bir şeydir, sanki ömür yaşantılarına aid gerçəkləri sözdən öyrənərsən.
Mən ona görə dönə-dönə qeyd edirəm ki,
doğma türk dilimizin yaddaşında tariximiz gizlənib.Tarixi uzun əsrlər boyu yaradıb da, lakin bir dürlü yazmayan ulusun övladı olaraq durmadan, dayanmadan yazmağın görəvini anlayır və bu münasibətlə qələmə aldığım
“Bayatlar – İkincilik imtiyazı” adlı araşdırma - yazını
“Türküstan” qəzetinin sayğıdəyər oxucularına təqdim edirəm.

xxx

Ağrılar sinələrə sığmaz olanda göyə pərvaz edən dua olmaq asanmı?! Təbriz, Kərkük, Qarayazı, Göyçə - deyib haray çəkəndə dodaqlardan süzülən 7 hecalı, 4 misralı bayatı olmaq asanmı?! Kədərini, ələmini köksünə dağ edib çöldə-biyabanda pələsəng olmaq, bir ucu Kərkükə, bir ucu Təbrizə varıb taleyi ilə barışmaq asanmı?!
Bayatılar da kiminsə ruhunun, beyninin məhsuludur.50 milyonluq azərbaycan türkü bir yerə yığışıb, bayatı qoşmayıb ki?! Bayatı hamının ruhuna xitab edir, hər yurddaşın hissinin tərcümanı, ifadəçisi olur.Hər kəsin çağrılan bayatılara müəlliflik iddiası ola bilər, elə folklor da bu, deyilmi?!
Bayatı lirik növün ən yayğın janrlarından biri kimi vətənpərvərlik, məhəbbət, igidlik motivlərində yaranır.Ulusun dar macalda nicat yeri, pənah qapısı məhz dilimizin əzbərində olan bayatılardır. ”Bayatı, ay bayatı...Gəzdim eli-elatı” misrası bir ucu Türküstana, bir ucu Kərkükə qədər yol qət edib.
İndi keçək mətləbə: Necə ki, türki - türk-i, mani - mahan-i, varsağı - varsaq -ı, türkmani - türkman-i, gəraylı -gəray-lı, ovşarı - əv (f)şar-ıdır, bu məntiqlə davam etsək, görərik ki, bayatı da bayat-ı dır.Bu şeir növləri ulusların, ellərin bacarıqları sayəsində yaranıb.Yəni bunlar hansı şeirin hansı ulusa nisbətdə yaranmasına dəlildir.Necə ki, hər elin, hər tayfanın özünün qoşunu, atributları, pulu-parası, sərhədləri vardı eləcə də özünə xas şeir formaları olub.Yəni Gəraylı elinin yaratdığı mənzuməyə gəraylı deyildiyi kimi, Bayat elinin də yaratdığı şeirə bayatı deyilir.Anadolu manilərini bir qədər təhrif olunmuş görürük.Mahani, mahnı, mahnu hər üçü bir kökdəndir.Türkmani türkmanlara, ovşarı əfşarlara, varsağı isə varsaqlara xasdır.Bayat boyunun gerçəkliyi haqqında bütün məxəz və mənbələr eyni mövqedən çıxış edir.Yəni onun
Oğuz Xanın nəvəsi, Gün Xanın ikinci oğlu olması barədə ixtilaf yoxdur. Bay əski türkcədə varlı, zəngin deməkdirsə, "at" isə ad, isim, nam anlamında işlənir.Bəzən bayatın "bəyat" və "boyat" kimi göründüyünə tanıq oluruq.Məsələn,

Əziziyəm, Beyləqani,
Boyatı Beyləqani,
Hamının bilkası gəldi,
Bəs bizim bilka hanı?

Dədə Qorqud, Məhəmməd Füzuli, Üzeyir bəy Hacıbəyli kimi Molla Pənah Vaqif də Bayat elindəndir.Özündən yaxşı bilməyəcəyik ki?!

Qarabağ içrə bir şairi-kəlimüllah Musadır,
Cavanşir içrə bir mövzun bayati dəsti-beyzadır.

(M.P.Vaqif)

Bayatı çağırmaq yalnız Bayat elinə məxsus olmayıb, sonralar başqa ellərdə yetişən şairlər, aşıqlar da bu janrda özlərini sınayıblar.

Ağ Aşıq:

Bu gələn Ağ aşıqdır,
Yarına yaraşıqdır.
Sözü dərdlərə dərman,
Özü toya aşıqdır.

HƏSRƏTİ:

Mən Həsrəti oyan dur,
Aç gözünü oyan dur,
Dost olursan vəfalı ol,
Yoxsa bizdən o yan dur.

QURBAN:

Qurban mənzil o xalı,
Döşənibdir o xalı.
Zülfün əcəb xaindir,
Gizləyibdir o xalı.

VƏCHİ:

Dərman birdir, dərd neçə,
Məni qıldı dərd incə.
Dağ-daş olmaz Vəchinin,
Birdəm çəkən dərdincə.

MÜŞTAQİ:

Müştaqiyəm müştaqi,
Ənbər zülfün müştaqi,
Üzüm üzün həsrəti,
Gözüm gözün müştaqi.

Bundan başqa Sarı Aşıq, Mədədi, Hüseyni, Məmi, Razi, Aşıq Abbas Tufarqanlı, Eyvaz, Aşiq, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Aşıq Ələsgər və başqalarının bayatı çağırdıqları bizə məlumdur.

Türk kimliyimizə, Oğuz kökənimizin gerçəklərinə vaqif olsaq, onda bağlı qapıları açmaq üçün "Açıl Susam, açıl" kimi sehrli, tilsimli sözlərə lüzum qalmaz.
-Bəli! Bayatı, bayat, boyat bir kökdən pərvəriş tapan sözlərdir.Hətta intuitiv olaraq qeyd edirəm ki, boyat kəlməsi də (əsasən köhnəlmiş çörəyə, xörəyə deyirik) həmin sözdən törəyə bilər - "daha əski" mənasında. Axı Oğuz qəbilələrindən ən erkən yurd, xanədanlıq, bəylik quranlar arasında Bayatlar öndə gələnlərdən sayılırdı.
Əslində, Doktor Cavad Heyətin əsərlərində və "Varlıq" jurnalının müxtəlif saylarında da Oğuz- Bayat boyu haqqında bilgilər verilib.Mifoloq-alim
Mirəli Seyidovun "Azərbaycan xalqının soykökünü düşünərkən" əsərində də 24 Oğuz boyu haqqında bir çox mətləblərə rast gəlmişəm.Araşdırdıqca Azərbaycan toplumunun etnogenezində ən çox Bayat boyunun iştirak etməsi barədə mülahizə daha əsaslı görünür.Yurdumuzda Bayat qalasının olması, Bayatlı kəndi və.s bu kimi toponimlər də qənaətlərimizi gücləndirir.Bir başqa faktor da bu toplumun şeirə, sənətə, elmə daha çox könül verməsi amili ilə bağlıdır.Axı tarix boyu ən çox sənət, şeir aşiqləri Bayat elindən boy verib.Ümumiyyətlə, Azərbaycan, İraq, Türkmənistan və Güney Azərbaycan türklərinin daha çox Bayat boyundan gəlməsi fikri gün işığına çoxdan çıxıb.

seeBaxış sayı:236
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Yanvar 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see567

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see416

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see388

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see321

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see307

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see283

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see259

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see258

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see253

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see237

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see237

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see232

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see231

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see225

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see204

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see204

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see193

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see191

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see189

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri