Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Müller yenidən Messinin qarşısına çıxır

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Bayden getməyinə iki saat qalmış bu addımı atdı Seyidov ilginc faktları açıqladı

Bayden getməyinə iki saat qalmış bu addımı atdı Seyidov ilginc faktları açıqladı

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, ABŞ-də Donald Tramp Adminstrasiyası üçün yeni dönəm başlayıb. Cənubi Qafqaz, xüsusən də Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fərqli gözləntilərin olacağı deyilir. Qarşıdakı 4 il ərzində hansı xətt hakim ola bilər?

- Cozef Bayden dönəmində onun Dövlət katibi Entoni Blinken vəzifəsinə başladığı ilk vaxtlarda Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı adekvat mövqe sərgiləməyə çalışırdı. Amma Bayden Adminstrasiyası ümumilikdə ermənipərəst olduğuna görə Blinken də öz mövqeyini kəskinləşdirirdi. O, əvvəlcə tabeçiliyində olan şəxslərlə bunu edirdi. Vaxtilə ABŞ Konqresində dövlət katibinin köməkçisi Ceyms Obraynın Azərbaycanla bağlı çıxışı, daha sonra öz vasitəsi ilə və məktubların göndərilməsi ilə bu proses gedirdi. Nəhayət, bu, birbaşa erməni tərəfinin mövqeyini dəstəkləməklə, açıq şəkildə tərəf tutmaqla yekunlaşdı. Bu, tam şəkildə ermənipərəst bir mövqe idi. Bu mənada Bayden dönəmi regionda ABŞ-nin maraqlarına ciddi zərbə vurmaqla tarixə düşdü. Söhbət təbii ki, heç də tək bir regiondan getmir.

- Trampın inauqurasiyadakı çıxışında əsas tezislər nədən ibarət idi?

- ABŞ-nin yeni prezidenti məhz ilk çıxışını bu tezislər üzərində qurdu. Tramp məhz “Amerika üçün yeni qızıl dövrü” kimi sözlərdən istifadə etməklə özünə qədər korrupsiyaya batmış, iflasa uğramış, problemləri həll edə bilməyən Adminstrasiyanın olduğunu bəyan etdi. Sözsüz ki, bu reallıqdır. Bunu ABŞ-nin yeni prezidenti də təsdiq edir. Ona görə də, bu proqnozlar müstəvisində müsbət məqamlardan danışmaq olar. Yeni Dövlət katibi Mark Rubionun keçmişdə ermənipərəst olması da heç nəyi dəyişə bilməyəcək. Çünki ümumi siyasət dəyişib. Trampın siyasətində əsas amil Amerikanın maraqlarının təminatı olduğuna görə, onun təmsilçiləri də bu çərçivədən çıxa bilməyəcək. Azərbaycanla Amerika münasibətlərini korlamaq öncə Ağ Evin regional maraqlarına ziddir. ABŞ üçün Azərbaycanla əlaqələr Mərkəzi Asiya, İslam dünyası, regionun ən güclü dövləti ilə münasibətlər deməkdir. Ona görə də, Tramp dönəmində bu xətti izləmək mümkün olacaq.

- ABŞ-Azərbaycan münasibətlərində son dönəm kəskinləşən münasibətlərdə hansı dəyişikliklər gözlənilir?

- Söhbət heç də tək ABŞ-nin Azərbaycana olan münasibətindən getmir. Ümumilikdə Qərbin regionda nüfuzu nəzərdən keçirilirsə, Azərbaycanla münasibətlər ciddi təhlil edilməli və dəyişdirilməlidir. Bu gün Qərb Ermənistanla münasibətlər qurmaq istəsə də burada məqsəd heç də regiona kömək etməklə bağlı deyil. Onlar Emrənistanı Rusiyadan qoparmaq, regionda yenidən çaxnaşma salmaq istəyir. Qərb Ermənistanda özünün hərbi bazalarını yaradıb, ondan İrana qarşı istifadə etmək niyyətindədir. Hətta öz seçimini etmiş Gürcüstana belə Ermənistan vasitəsi ilə təsir etmək istəyirlər. Bütün bunların fonunda isə Azərbaycanı mümkün qədər təsir altında saxlamaq məqsədləri var. Məhz Trampın ilk prezidentlik günü imzaladığı sənədlər bunu təsdiq edir. Artıq ABŞ Paris müqaviləsindən çıxdığını elan etdi. Eyni zamanda Panama kanalı ilə bağlı ciddi bəyanatlar verildi. Bu o deməkdir ki, Tramp Amerikanın siyasətini köklü şəkildə dəyişmək niyyətindədir.

- Baydenin öz səlahiyyətlərinin bitməsinə bir neçə saat qalmış imzaladığı əfv fərmanı nəyi ehtiva edirdi?

- Bu, çox absurd bir yanaşma idi. Baydenin əfv fərmanı öz ailəsi ilə bağlı idi. Cinayət törətməmiş insanlarla bağlı ABŞ tarixində heç vaxt belə bir addım atılmayıb. Onun Amerikanın sabiq müdafiə, səhiyyə naziri və başqa şəxslərlə bağlı fərmanı heç də birmənalı deyil. Cinayət törətməmiş, qanunu pozmamış insanlarla bağlı Baydenin əfv fərmanı imzalaması onun qorxuları ilə bağlıdır. Cinayətlərinin üstünün açılmasından qorxur. Demək, ehtiyyatlı addım atmaq niyyətinə düşüb. İddia edib ki, öz komandası ilə bağlı nəsə tapsalar, onlar əfvə düşsün.

- Bu qorxu nə ilə bağlıdır?

- Bayden iddia edir ki, guya Tramp ondan qisas almağa çalışacaq. Görünür, o, pozduğu qaydalara görə, bu qədər təlaşlıdır. Demək o hansısa qaydaları pozduğuna görə öncədən əfv fərmanı verir. Hətta Bayden əfv fərmanı imzaladıqdan sonra açıqlama verir ki, sonrakı dövrlərdə bu insanlarla bağlı hansısa problem olmasın.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 22 Yanvar 2025 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see200

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see195

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see181

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see177

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see162

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see160

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see157

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see152

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see146

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see143

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see140

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see134

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see133

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see130

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see129

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see126

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri