Bayern in inadı qırılır? Real dan Olise üçün astronomik təklif
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Avropa futbolunda yay transfer pəncərəsinin ən səs-küylü keçidi reallaşa bilər.
Milli.Az xəbər verir ki, "Real Madrid" rəhbərliyi "Bayern Münhen"in ulduz cinah oyunçusu Maykl Oliseni heyətinə qatmaq üçün hərəkətə keçib.
Madrid klubu fransalı vunderkind üçün transfer pəncərəsinin açılışında almanlara 200 milyon avro təklif etməyi planlaşdırır.
"Kral klubu" transferi bitirmək naminə bu məbləği 220 milyon avroya qədər qaldırmağa tam hazırdır.
Əgər bu transfer göstərilən məbləğə baş tutarsa, Maykl Olise "Real Madrid" tarixinin ən baha transferi olmaqla yanaşı, həm də dünya futbol tarixində Neymardan sonra (222 milyon avro) ikinci ən bahalı keçid kimi tarixə düşəcək.
Buna baxmayaraq, Münhen təmsilçisi ulduz futbolçusunu satmaq niyyətində olmadığını və heç bir təklifi dəyərləndirməyəcəyini israrla vurğulayır. Lakin "Real Madrid" prezidenti Florentino Perezin bu transferdə israrlı olduğu və transfer pəncərəsinin sonuna qədər "Bayern Münhen"in müqavimətini qırmağa çalışacağı bildirilir. (Offsideplus.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 18 İyun 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















