BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 6 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzinin mütəxəssisi Nihat Qəribli beynəlxalq texnologiya platforması olan “HackerRank”ın “Campus Crew 2026” proqramına seçilib.
Müsahibə və seçim mərhələlərini uğurla başa vuran Nihat Qəribli proqramda BDU-nu təmsil edəcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, “HackerRank Campus Crew” universitetlərdə proqramlaşdırma və texnologiya icmalarının inkişafını dəstəkləyən beynəlxalq tələbə səfirliyi proqramıdır. Proqram iştirakçıları öz universitetlərində “HackerRank”ın missiyasını təmsil edir, texnologiya və proqramlaşdırma istiqamətində təşəbbüslərin həyata keçirilməsinə, icmaların formalaşdırılmasına və gənclərin kodlaşdırma bacarıqlarının inkişafına töhfə verirlər.
Proqram çərçivəsində Nihat Qəribli BDU-da proqramlaşdırma icmasının inkişafı, müxtəlif texnoloji təşəbbüs və tədbirlərin təşkili, həmçinin universitet ictimaiyyətinin beynəlxalq texnologiya ekosistemi ilə əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 06 Oktyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















