Icma.az
close
up
RU
BDU əməkdaşları Qafqazda geoparkların yaradılması ilə bağlı işçi qrupuna daxil ediliblər

BDU əməkdaşları Qafqazda geoparkların yaradılması ilə bağlı işçi qrupuna daxil ediliblər

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya, Ekologiya və torpaqşünaslıq fakültələrinin əməkdaş və tələbələrindən ibarət nümayəndə heyəti Qafqazda ətraf mühit sahəsində qeyri-hökumət təşkilatları şəbəkəsinin (CENN) Şabran rayonunda təşkil etdiyi “Qafqaz geoparkları şəbəkəsi: Azərbaycanda geoparkların yaradılması imkanları” proqramının ikinci koordinasiya tədbirində iştirak ediblər.

BDU-dan 525.az-a bildirilib ki, tədbirdə CENN-in nümayəndəsi Vaxtanq Koçaradze və layihənin Azərbaycan üzrə əlaqələndiricisi, Xəzər Universitetinin Ekoloji Tədqiqatlar Mərkəzinin rəhbəri Rövşən Abbasov, beynəlxalq və yerli ekspertlər iştirak ediblər. BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva, Coğrafiya fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Qoşqar Məmmədov, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası kafedrasının baş müəllimi Vüqar Dərgahov, tyutor İsmayıl Rəhimli, doktorant Tamerlan Mehdiyev və magistrant İmran Bayramov koordinasiya iclasının müzakirələrinə qatılıblar.

Müzakirə zamanı geoparkların təşkilinin turizm baxımından əhəmiyyəti və səmərəli idarəetmə metodları barədə çıxış edən Vüqar Dərgahov Cənubi Qafqazda və bilavasitə Azərbaycan Respublikasında geoparkların yaradılmasının sosial-iqtisadi aspektləri barədə məlumat verib. O bildirib ki, geoparkların təşkili geoloji-geomorfoloji irsin mühafizəsi ilə yanaşı, yerli icmaların dayanıqlı inkişafı və turizm sahəsində məşğulluğun artırılmasında mühüm rol oynayır. Vüqar Dərgahov Azərbaycanda geoparkların təşkilində müvafiq potensiala malik ərazilərin turizm baxımından qiymətləndirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, geoparkların vahid destinasiya kimi inkişafı, brendinqi və beynəlxalq səviyyədə tanıdılması ölkəmizin geoloji irsinin təbliğində və turizm sektorunun inkişafında yeni mərhələ olacaq.

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının dosenti Təranə Əliyeva Abşeron göllərinin ekoloji vəziyyəti, problemləri, ekoloji-kimyəvi tədqiqi, kafedranın elmi istiqamətinə uyğun olaraq, Qobustan və Azərbaycanın digər bölgələrində olan palçıq vulkanları, onların ekokimyəvi tədqiqi haqqında ətraflı məlumat verib.

Tədbirdə dövlət, özəl, sənaye və təhsil sahələrindən olan mütəxəssislərin iştirakı ilə müzakirə aparılıb, geoparkların təşkili ilə bağlı işçi qrupunun yaradılmasına dair qərar qəbul olunub. Komissiyanın qərarı ilə Vüqar Dərgahov və Təranə Əliyeva işçi qrupuna daxil ediliblər.

Sevinc Qarayeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Aprel 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri