BDU ilə Türkiyənin Üsküdar Universiteti Azərbaycan milli mətbuatının yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirəcək
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 13 may, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Üsküdar Universitetinin birgə təşkilatçılığı, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə mayın 14-16-da Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
BDU-dan AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində Türkiyənin müxtəlif ali təhsil müəssisələrindən və media subyektlərindən olan nümayəndələrin ustad dərsləri, Azərbaycan milli mətbuatının 150 illiyi çərçivəsində BDU-nun Jurnalistika fakültəsində “Milli mətbuat tarixi auditoriyası”nın açılışı, “Bakı Universiteti” qəzetinin xüsusi nömrəsinin və fakültə tərəfindən yeni təsis edilən “Media problemləri” jurnalının təqdimat mərasimləri təşkil ediləcək.
Ümumilikdə 300-ə yaxın məqalə və 100-ə yaxın tezisin qəbul olunduğu konfransda 100-dən artıq qonağın iştirakı gözlənilir. Tədbir zamanı medianın müxtəlif istiqamətləri üzrə 19 canlı, 24-dək onlayn panel müzakirəsinin təşkili nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 13 May 2025 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















