Icma.az
close
up
RU
BDU nun şəhid məzunu Erkin Hüseynovun xatirəsi anılıb

BDU nun şəhid məzunu Erkin Hüseynovun xatirəsi anılıb

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 10 oktyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində şəhid məzun Erkin Hüseynovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə fakültənin tələbə və professor-müəllim heyəti, Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və “BDU könüllüləri” təşkilatının fakültə üzrə nümayəndələri və şəhidin qrup yoldaşları iştirak ediblər.

Dekan Rövşən Cavadov bildirib ki, Erkin Hüseynov BDU-nun Sosial elmlər və psixologiya fakültəsində fəlsəfə ixtisası üzrə təhsil alıb. Uşaqlıqdan hərbçi olmaq, Vətənimizin keşiyində dayanmaq Erkin Hüseynovun ən böyük arzusu olub. Ali məktəbi bitirən kimi ordu sıralarına yazılıb, hərbçi olmaq arzusunu həyata keçirib və leytenant rütbəsinə qədər yüksəlib.

Erkin Hüseynov 2022-ci il sentyabrın 12-də Kəlbəcər rayonunda Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. O, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib, yaralı dostunu xilas edərkən şəhid olub.

Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova, Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva çıxışlarında Erkin Hüseynovun tələbəlik illərindən özünü mükəmməl şəxsiyyət kimi göstərdiyini, bütün müəllim heyəti və dostlarının dərin hörmətini qazandığını bildiriblər. Şəhidin qrup yoldaşları Zeynəb Manafova və Səbinə Hüseynova onunla bağlı xatirələrini bölüşüblər.

Tədbirdə şəhidin həyat yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Oktyabr 2025 17:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri