Icma.az
close
up
RU
Belə mətnləri yazmaq sənətkarlıq tələb edir Hekayə müzakirəsi

Belə mətnləri yazmaq sənətkarlıq tələb edir Hekayə müzakirəsi

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Babək Məmmədlinin "Payız melanxoliyası" hekayəsi haqqında yazıçıların fikirlərini təqdim edir.

Şərif Ağayar:

"İncə naxışlarla yazılmış hekayədir. İnsan münasibətlərinin rəngarəng aləmlərinə işıq tutur. Dialoqlar özündən qat-qat dərin mətləbləri açır. Təsvirlər sərrast və ustacadır. Yazıçı manerası tam yeni olmasa da, mətn təravətlə oxunur. Mövzu isə çox gözəl və orijinaldır. Bizdə taksi sürücüsünün modern macəraları həm silsilə hekayələr kimi, həm də serial kimi yazılmalıdır və yazılacaq. Babək bunu bacarır. Görünür, dərin və həssas müşahidələri var. İstərdim, Kamandarın başına gələnləri davamlı yazsın. Azı on hekayə. Hamısı bir kitabda roman yükü daşıyacaq və yaddaqalan silsilə olacaq. Başa düşürəm, bu cür hekayə yazmaq asan deyil, lakin zamanla yazıla bilər. Müxtəlif xarakterləri oxşar situasiyalara salmaq olar. İnsanların hamısı melanxolik deyil. Hətta bütün melanxolik insanlar eyni cür deyil. Uğurlar arzu edirəm".

Rasim Qaraca:

"Hekayədə hadisə yoxdur, taksi sürücüsü ilə müştəri arasında çox da maraqlı olmayan söhbətdir - qısaca belə demək olar. Müəllifin dil imkanları, ifadə qabiliyyəti yaxşıdır, ancaq bu qabiliyyət demək olar ki, boşuna xərclənir. Az qala, hər abzası oxuduqca demək istəyirsən: "Hə, nə olsun?" Ona qalarsa, hər gün taksiyə oturub yol boyu olan söhbətlərdən axşama bir hekayə quraşdırmaq olar.

"Hekayənin" bəzi hisələrini qayçılamaq olar, məsələn, başlanğıcda ilk müştəriyə aid hissə və ya Vısotski haqqında lətifələr yamaq təsiri bağışlayır.
Sürücü ilə müştərinin özlərini intellektual göstərmə yarışında müəllifin də oxucu qarşısında bundan pay umduğu açıq-aşkar hiss olunur.
Nədənsə bu oxumuş insanların oxumuşluğu leksikonlarındakı kələ-kötürlüyü ört-basdır etməyə yetmir, biri-birilərinə qarşı və ərin arvadına qarşı qaba rəftarı oxucuda sual yaradır.

Müəllifin başqa əsərlərini oxumamışam, amma bu əsəri sanki yazmaq xatirinə yazılıb, hətta mənə elə gəldi ki, hekayəni təzədən oxumayıb. Ən azı, orta səviyyəli bir redaktora oxudub öz səhvlərini görə bilərdi".

Samirə Əşrəf:

"Mətnin ümumi atmosferi xoşuma gəldi, bir taksi sürücüsünün yaşantısını çatdırmağı bacarıb. Çox güman ki, müəllifi bu sahədə böyük təcrübəsi olub. Ona görə də incə detalları işləməyi bacarıb. Mətnin dili, axıcılığı, metaforalar yaxşıdır. Amma hekayənin məğzi mənə çatmadı. Dramaturgiya yox idi ki, bilək, nə demək istəyir, hansı çıxılmazlıq var, hansı situasiyanı təqdim etmək istəyir, sürücü ilə sərnişinin söhbəti idimi, yaxud bir ailənin vəziyyətindən söhbət gedirdi. Hadisə yox idi. Demirəm, hökmən hadisə olmalıdır, amma maraqlı detallar işlənməlidir ki, hekayə oxuyandan sonra təsir gücünü saxlasın. Mənə bir oxucu kimi təsir gücü ondan ibarət oldu ki, müəyyən bir atmosferi hiss elədim. Misal üçün, öz oğlundan sitat gətirir ki, oğlu daha böyüyüb, əvvəllər tez-tez zəng edirdi. Düşünürəm ki, elə hekayədə ailəsi üzərindən dramaturgiya qura bilərdi, ailəsi ilə bağlı problemi canlandıra bilərdi. Hə, onda oğlundan etdiyi gileyin əsası olardı".

İlham Əziz:

"Babək ovqat hekayəsi yazıb. Məncə, öhdəsindən də gəlib. İdeya var, mətn oxunaqlıdı, yormur. Babək təpədən dırnağa yazıçıdı. Belə mətnləri yazmaq, alındırmaq sənətkarlıq tələb edir. Kuliminasiya belə mətnlərdə gizlənir. Hekayənin inkişafı və sınma yerini ayırd etməkçün hazırlıqlı olmalısan. Ümumiyyətlə, Babəkin hekayələri fərqli atmosferi ilə seçilir. Bir də, ilin-günün bu vaxtı kim hekayə yazırsa, sağ olsun! Xırda-para məsələlər də asta-asta öz həllini tapacaq".

"TikTok Azərbaycan" onlayn festivala başlayır Hər çobanın əlinin altında alimlər işləyə bilər - Yalçın İslamzadə Yalnız bu 3 peşə “sağ qalacaq” - Bill Qeyts açıqladı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri