Icma.az
close
up
RU
Bəlkə də özləri vaxtı ilə apara bilmədikləri cehizləri indi öz qızları üçün istəyirlər YAZIÇI KULTROLOQ ŞƏRH ETDİ

Bəlkə də özləri vaxtı ilə apara bilmədikləri cehizləri indi öz qızları üçün istəyirlər YAZIÇI KULTROLOQ ŞƏRH ETDİ

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu problem 20-ci əsrdə aktual idi.Təssüflər olsun ki,bir əsr keçməsinə baxmayaraq yenə də öz aktuallığını saxlayır.Əslində əvvəllər əsasən kənd yerlərində yaşayan Azərbaycan əhalisi toyları çox sadə edirdilər və toya iki gəncin nikahı kimi,gələcəkdə möhkəmlənəcək və özünün işləri,çalışqanlığı ilə həm cəmiyyəti irəliyə apara biləcək həm də ailəsini saxlayan qadın və kişinin müqəddəs bir birləşməsi kimi baxırdılar”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydınxan Əbilov deyib.
Onun sözlərinə görə, istər oğlan tərəfinin zinət əşyaları alması,toy xərclərinin böyük bir hissəni öz üzərinə götürməsi, istər qız tərəfinin çox bahalı cehiz yığma problemi gündən günə bizim insanlarımızın qarşısında kəskinliklə durur. Məsəl olaraq mebel,paltar,məişət əşyalarını vermək olar. Bu məsələdə,əlbəttə ki, atalar arxa plana keçir. Daha çox analar fəallıq göstərir. Bəlkə də özləri vaxtı ilə apara bilmədikləri cehizləri indi öz qızları üçün istəyirlər. Və onlar nəinki qızlarının xoşbəxtliyini bahalı əşyalarda, cehizlərdə görürlər həm də oğlanlardan, bəylərdən ev, mənzil tələb edirlər. Təbii ki, bütün dünyada belə deyil. Dünyada qızlara cehiz toplamaqdan çox onların gələcək təhsili, karyerası, xoşbəxtliyi üçün müəyyən addımlar atırlar. Məsələn, bir çox Asiya, Avropa ölkələrində qızların təhsilinə çox böyük vəsaitlər sərf olunur nəinki onların cehizlərinə. Çünki onlar bilirlər ki, peşəkar sahədə çalışan, ağıllı və savadlı qız və oğlan gələcəkdə ailə quran zaman özlərini və övladlarını təmin etmək, vəsait qazanmaq üçün çalışacaqlar. Bununla da həm ailəsinə, həm ailə üzvlərinə, həm də cəmiyyətin inkişafına töhfələr vermiş olurlar. Amma biz istər hazır evli oğlanlarımızı evləndirərkən istərsədə hazıra nazır, dərsə meylli olmayan qızlarımızı evləndirərkən yalnız madiyyat tərəfini fikirləşirik. Qızlar 12 yaşı tamam olmamış artıq evlilik barədə düşünürlər. Analar, atalar cehiz, xınayaxdı, nişan, bahalı şadlıq sarayı haqqında düşünürlər. Bu da ona gətirib çıxardı ki, Azərbaycanda müəyyən mənada mənfi ənənə formalaşdı və bu ənənəni poza bilmirik. Düşünürəm ki, ənənəni pozmaq artıq gənclərin öhdəsinə düşür. Gənclər öz valideynlərinə stop deməyi bacarmalıdırlar. Onlar valideynlərinə “mənə cehiz yox təhsil ver”, ”mənə mebel yox yeni iş yeri, şirkət yarat”, ”mənə qab-qacaq yox kitab al” aksiyalarına qoşulmalıdırlar. Zatən biz bunu gənc xanım və bəylərin valideynlərinə etirazlarında görə bilirik. Onlar evlənmək, öz gəncliklərini yaşamamaq, təhsil almamaq kimi mənfiliklərə son qoymağa çalışırlar. Həm Azərbaycanda, həm də xarici ölkələrdə yaxşı təhsil alırlar, kariyeralarını, peşələrini genişləndirmək üçün iş yerlərində çalışırlar. Bununla da onlar nə valideyinə, nə cəmiyyətə, nə də dövlətə mümkün qədər ehtiyyacları olmasın deyə addımlar atırlar. Gənclərimiz yüksək təhsilin Azərbaycanda alınmadığı üçün xarici ölkələrə gedirlər. Bütün bunlar Azərbaycan cəmiyyətində 21-ci əsrdə böyük bir problemdir. Biz cehizləri təhsillə, bahalı toyları çox peşəkar iş vərdişləri ilə əvəzləməyi bacarmalıyıq. Düşünürəm ki, oğlanlarımız da bu yöndə qızlarımıza kömək etməlidir. Çünki onlarda gələcəkdə qız övladı atası olacaqlar. Necə ki, onların ana və ataları adət və ənənələrə etiraz edə bilməyiblər. Vaxtı gələndə onlar da etirazları sükütla qarşılayacaqlar və etiraz edə bilməyəcəklər.Bu baş verməsin deyə birincisi oğlanlar ali məktəbə,əsgərliyə getməmiş və hər hansı peşəyə nail olmamış evlənməyə yox deməlidirlər.İkincisi azyaşlı qızlar ilə nikaha girməyə ,ümumiyyətlə,stop deməlidirlər.Üçüncüsü isə onlar özlərinin və gələcək həyatyoldaşlarının intellektual,savadlı ,səviyyəli və peşəkar olması marağında olmalıdır ki, gələcəkdə dünyaya gələcək uşaqlar da ağıllı olsun və dövlət,cəmiyyət üçün yararlı olsunlar.

Nərgiz Salmanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Fevral 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri