Benfika ilə qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilməmişik Qurban Qurbanov
Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
"Qarabağ" futbolçuları "Benfika" ilə matçda ən yaxşı oyunlarını sərgiləyəcəklər.
"Ölkə.az" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda "Benfika"ya (Portuqaliya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya bəzi səbəblərə görə yaxşı hazırlaşa bilmədiklərini söyləyib:
"Bu şəhərdə olmaq və belə gözəl stadionda futbol oynamaq bizim üçün xoş olacaq. Bəzi səbəblərə görə qarşılaşmaya istədiyimiz kimi hazırlaşa bilməmişik. Hər halda, yetərincə təcrübəmiz var. İnanıram ki, sabah futbolçularımız ən yaxşı oyunlarını göstərəcəklər. Hər bir futbolçunun arzusudur ki, Çempionlar Liqasının əsas mərhələsində iştirak etsin".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 Sentyabr 2025 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















