Icma.az
close
up
RU
Bəşər Əsəd həbs olunacaq? “Bundan sonra yaşadığı evdən burnunun ucunu belə çıxara bilməyəcək” AzPolitika onlayn siyasiictimai qəzet

Bəşər Əsəd həbs olunacaq? “Bundan sonra yaşadığı evdən burnunun ucunu belə çıxara bilməyəcək” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Suriyada rejimin devrilməsindən sonra Rusiyaya sığınan Bəşər Əsədin taleyi Haaqada mühakimə olunan “Bosniya qəssabı” ləqəbəli Yuqoslaviyanın keçmiş prezidenti Slobodan Miloseviçlə eyni ola bilər.

“AzPolitika” xəbər verir ki, bunu beynəlxalq hüquq eksperti Hakan Erkiner deyib.

O, Əsədin gələcək taleyi ilə bağlı 3 varianta diqqət çəkib “BMT Təhlükəsizlik Şurası Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə (ICC) icazə verərsə, Əsədin mühakimə olunması mümkündür. Əlbəttə, BMT-nin istənilən daimi üzvü belə bir qərara veto qoymamalıdır. Əsədin BCM-də məhkəmə qarşısına çıxarılmasının ikinci yolu Suriyada qurulacaq yeni hökumətin Roma statusunu qəbul etməsidir”.

Fransa və İngiltərənin müstəmləkəçiliyindən sonra ilk dəfə Suriyada milli dövlət qurulduğuna diqqət çəkən Erkiner sözlərinə bu cür davam edib:“Suriyada qurulacaq yeni hökumət BCM-nin Roma nizamnaməsinə tərəf ola bilər. Tərəf olarsa, 2002-ci il iyulun 1-dən Suriya ərazisində törədilmiş insanlığa qarşı cinayətlərə görə məhkəməyə müraciət edə bilər. Suriyada həbsxana adlanan ərazilər əslində konsentrasiya və işgəncə düşərgələri idi. Onun orada törətdiyi cinayətlərə görə mühakimə olunmasını istəyə bilərlər. Bu, çox güclü bir ehtimaldır”.

Erkiner deyib ki, Əsədi mühakimə etməyin üçüncü yolu universal yurisdiksiyanı tanıyan dövlətlərin milli məhkəmələridir. Türkiyə, Almaniya, Belçika və Fransa kimi ölkələrin universal yurisdiksiyanı tanıyan ölkələr olduğunu bildirən Erkiner Əsədin Türkiyə Cəza Məcəlləsinin “Soyqırım və İnsanlığa Qarşı Cinayətlər” başlıqlı 77-ci maddəsinə əsasən hakim qarşısına çıxarıla biləcəyini qeyd edib.

Hakan Erkiner, “Əsəd Türkiyədə tutularsa, Ədliyyə Nazirinin tələbi ilə insanlığa qarşı cinayətlər və işgəncələr çərçivəsində mühakimə oluna bilər”,-deyə bildirib.

Türkiyənin BMT Təhlükəsizlik Şurasına məktub yazaraq Əsədin mühakimə olunmasını tələb edə biləcəyinə diqqət çəkən Erkiner deyib: “Əsəd bundan sonra yaşadığı evdən burnunun ucunu belə çıxara bilməyəcək. Hətta Rusiya vaxtı gələndə onu İrana göndərə bilər. Deyə bilər ki, “mən istəmirəm, sən saxlaya bilərsən”. Putin hər an imtina edə bilər. Əsəd qırğınların əvəzini ödəməkdən qaça bilməyəcək”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri