Icma.az
close
up
RU
Beynəlxalq Kənd Qadınları Günü münasibətilə sessiya keçirilib FOTOLAR

Beynəlxalq Kənd Qadınları Günü münasibətilə sessiya keçirilib FOTOLAR

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

15 oktyabr - Beynəlxalq Kənd Qadınları Günü münasibətilə Şabran rayonunda məlumatlandırma sessiyası keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və Gender Məsələləri şöbəsinin müdir müavini Səbinə Talışınskaya, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev, BMT-nin Qadınlar Agentliyinin proqram mütəxəssisi Pərvanə Bayramova, Azərbaycan Kənd Qadınları Assosiasiyasının üzvləri, qadın fermer və sahibkarlar iştirak ediblər. 

Tədbirdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova ölkəmizdə kənd təsərrüfatına göstərilən diqqət və qayğı, fermerlərə yaradılan əlverişli şərait barədə məlumat verib. Bildirib ki, aqrar sahənin inkişafı, kənd yerlərində məşğulluğun artırılması istiqamətində qadın fermerlərin fəaliyyətinin dəstəklənməsi məqsədilə mühüm tədbirlər görülür. AKİA rəsmisi FAO ilə birgə aqrar sahədə qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının artırılması, bununla da onların sosial-iqtisadi rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər barədə məlumat verib, ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı icra edilən tədbirlərin tərkib hissəsi kimi gənc və qadınların potensial imkanlarının düzgün qiymətləndirilməsi, onların məşğulluq səviyyəsinin artırılması, innovativ layihələrdə iştirakının stimullaşdırılmasının aqrar siyasətin əsas hədəflərindən olduğu vurğulayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və Gender Məsələləri şöbəsinin müdir müavini Səbinə Talışınskaya əlavə edib ki, ölkəmizdə kənd qadınlarının sahibkarlıq fəaliyyətində iştirakının təmin edilməsi və bacarıqlarının artırılması məqsədilə silsilə tədbirlər həyata keçirilir. O, qadınların ictimai həyatda rolunun artması, gender bərəbərliyinin qorunması, qadın fermerlərin, sahibkarların və qadın liderlərin dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sistemlərinin yaradılması işinə verilən dəstəkdən söz açıb.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi rəhbərinin müavini Bariz Mehdiyev isə öz növbəsində qadınların rəhbərlik etdiyi müəssisə və təşkilatların inkişaf etdirilməsi, qadınların iqtisadi həyatda iştirakının təmin edilməsi, kənd yerlərində aqrar iqtisadi fəaliyyətlərin dəstəklənməsi, biznesə dəstək xidməti üçün potensialın gücləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. 

BMT-nin Qadınlar Agentliyinin proqram mütəxəssisi Pərvanə Bayramova qadınların ictimai həyatda rolunun artırılması, gender bərəbərliyinin qorunması, qadın fermerlərin, sahibkarların və qadın liderlərin dayanıqlı kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sistemlərinin yaradılmasında iştirakının yüksəldilməsi ilə bağlı fikirlərini bölüşüb.

Daha sonra “Kənd təsərrüfatı sektorunda dövlət maliyyə dəstək mexanizmləri və Aqrar Kredit və İnkişaf Agentliyinin rolu” mövzusunda təqdimat keçirilib. 

Tədbirdə çıxış edən qadın fermer və sahibkarlar ölkədə qadın sahibkarların fəaliyyəti, bu istiqamətdə dəstək tədbirləri, əlverişli biznes mühiti və qadınların aqrar sahənin inkişafına verdikləri töhfə barədə danışıblar.

Müzakirələrdən sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda 15 oktyabr - Beynəlxalq Kənd Qadınları Günü ilə əlaqədar qadın fermer və sahibkarlara sertifikatlar təqdim edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 Oktyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri