Icma.az
close
up
RU
Beynəlxalq Kosmik Hava Təşəbbüsünün rəhbər heyəti toplaşdı BDU rektoru tədbirdə çıxış edib (FOTO)

Beynəlxalq Kosmik Hava Təşəbbüsünün rəhbər heyəti toplaşdı BDU rektoru tədbirdə çıxış edib (FOTO)

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avstriyanın paytaxtı Vyanada BMT-nin Kosmosdan Dinc Məqsədlərlə İstifadə üzrə Komitəsinin (COPUOS) 62-ci sessiyası çərçivəsində Beynəlxalq Kosmik Hava Təşəbbüsü (ISWI) üzrə proqramın rəhbər heyətinin illik yığıncağı keçirilib.

Bu barədə “AzPolitika”-ya Bakı Dövlət Universitetinin (BDU) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunur ki, tədbirin əsas məqsədi müxtəlif ölkələrdə kosmosdan istifadə sahəsində elmi-tədqiqat cihazları və alətlərinin yerləşdirilməsi, eləcə də kadr hazırlığı üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsidir.

Yığıncaqda Beynəlxalq Kosmik Hava Təşəbbüsü proqramının ölkə üzrə milli koordinatorları hesabatlarını təqdim edib, həmçinin müvafiq sahələrdə yeni əməkdaşlıq imkanları müzakirə olunub.

Məlumata görə, Bakı Dövlət Universitetinin (BDU) rektoru, Azərbaycan üzrə milli koordinator Elçin Babayev "Azərbaycanda kosmik hava fəaliyyətləri" mövzusunda çıxış edərək, ölkəmizin bu sahədəki inkişafı və gələcək hədəfləri barədə ətraflı məlumat verib. Çıxışda Azərbaycanın kosmik tədqiqatlar sahəsindəki strateji addımları, elmi potensialı və beynəlxalq aləmdəki nüfuzu vurğulanıb.

Rektor Elçin Babayev çıxışında BDU-nun gələcəkdə kosmik hava fəaliyyətləri ilə bağlı daha çox beynəlxalq əməkdaşlıq qurmağı və bu sahədə dünya səviyyəli layihələr həyata keçirməyi hədəflədiyini qeyd edib. Bu məqsədlə Universitetin müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi, müasir elmi-texniki cihaz və avadanlıqların qurulması və işə salınaraq beynəlxalq elmi məlumat bazalarına inteqrasiya edilməsi istiqamətində işlərin davam etdiriləcəyini diqqətə çatdırıb. Yığıncaq çərçivəsində həmçinin, iştirakçı ölkələr arasında kosmos və kosmik hava tədqiqatları sahəsində birgə layihələrin həyata keçirilməsi, elmi məlumatların mübadiləsi və yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi barədə müzakirələr aparılıb. Bu, beynəlxalq səviyyədə elmi tərəfdaşlıqların genişlənməsinə və kosmos tədqiqatlarının inkişafına mühüm töhfələr verir.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Fevral 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri