Icma.az
close
up
RU
Beynəlxalq məhkəmələr Azərbaycana qarşı törədilən cinayətləri peşəkar şəkildə görməzdən gəlir

Beynəlxalq məhkəmələr Azərbaycana qarşı törədilən cinayətləri peşəkar şəkildə görməzdən gəlir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ermənilər Qarabağı işğal etməklə həm də dinc insanlara qarşı tarixdə görülməmiş hərbi cinayətlər işləmiş, böyük faciələr törətmişdir. Xocalı, Meşəli, Başlıbel, Qardağlı və digər yaşayış məntəqələrində yaşayan azərbaycanlılara qarşı soyqırımlar törədilmiş, öz doğma yurdlarından qışın soyuğunda ayaqyalın qaçmağa məcbur edilmişdir. O cümlədən, azərbaycanlıların uzun illər ərzində qurub yaratdıqları mülkləri dağıdaraq talamışdır. Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi bu gün də məlum deyil”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, erməni əsgərləri soyqırımlar törədərək qətlə yetirdikləri şəxslərin meyitlərini vəhşicəsinə təhqir edərək kütləvi şəkildə basdırmışlar.

Azər Badamov

Deputat vurğulayıb ki, torpaqlarımız işğal altında olduğu illərdə demək olar ki, yaşayış məntəqələrimizdə daş daş üstündə saxlanılmamış, məscidlər və qəbiristanlıqlar təhqir olunmuşdur.

“İkinci Qarabğa müharibəsi zamanı da ermənilər eyni cinayətləri təkrarlamışdır. Belə ki, müharibə zonasından uzaqda yerləşən şəhər və kəndlərimizi raketlərlə atəşə tutmuş, dinc insanlar qətlə yetirilmiş və əraziyə külli miqdarda ziyan vurulmuşdur”-deyən Azər Badamov qeyd edib ki, ermənilərin 30 il ərzində törətdikləri hərbi cinayətlər cəzasız qalmamalıdır.

“Bu müddət ərzində, Azərbaycanın işğal altındakı ərazilərində, xüsusilə Qarabağ və ətraf rayonlarda baş vermiş hərbi cinayətlər və insanlıq əleyhinə əməllər, beynəlxalq hüquq və müharibə qanunlarına ziddir. Bu cinayətlərə dinc əhalinin qətlə yetirilməsi və zorla köçürülməsi, mədəni irsin dağıdılması və digər müharibə cinayətləri daxildir. Həmçinin, ərazilərin vəhşi şəkildə məhv edilməsi, tarixi abidələrin, məscidlərin və digər milli-mədəni irs nümunələrinin qəsdən məhv edilməsi də bu cinayətlərə aiddir. Bunlar yalnız Azərbaycan xalqına qarşı törədilmiş cinayətlər deyil, həm də bəşəriyyətə qarşı ağır zərbələrdir. Cəzasızlıq, gələcəkdə daha çox müharibə cinayətinin törədilməsinə şərait yaradır. Buna görə də, bu cinayətlərin hüquqi qiymətləndirilməsi və cəzalandırılması vacibdir”-deyən Azər Badamov bildirib ki, beynəlxalq məhkəmələr, xüsusilə Avropa İnsan Hüquqları Məhkəməsi, BMT və digər beynəlxalq qurumlar tərəfindən bu cinayətlərə dair təhqiqatlar aparılmalı, məsuliyyət daşıyan şəxslər mühakimə edilməlidir.

“Təəssüf ki, dünyada baş verən ikili standartlar nəticəsində beynəlxalq məhkəmələr bu cinayətlərin məhz azərbaycanlılara qarşı törədildiyinə görə ciddi yanaşmadığından ermənilər öz cinayət əməllərinə 30 il davam etdirmişdir. Qarabağda törədilən hərbi cinayətlərin səbəbkarlarının cəzalandırılması yalnız keçmişə dair haqlı nəticə əldə etmək deyil, həm də gələcəkdə sülhün və ədalətin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Cinayətlər cəzasız qalmamalıdır. Bu, yalnız hüququn aliliyini təmin etməklə yanaşı, beynəlxalq müstəvidə ədalət və sülhün təmin edilməsinə də xidmət edəcəkdir”-deyə Azər Badamov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 31 Yanvar 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri