Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Bakı Forumu vacib rola malikdir

Beynəlxalq məsələlərə yanaşmanın formalaşmasında Bakı Forumu vacib rola malikdir

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin 13 mart 2025-ci il tarixində keçirilən XII Qlobal Bakı Forumunda etdiyi çıxış, özündə beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik və iqtisadi inkişaf məsələlərinə dair vacib mesajları ehtiva etdi. Onun çıxışı "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusuna həsr olunmuşdu. Prezident İlham Əliyev, dünya düzənində baş verən dəyişikliklər artıq yeni bir yanaşmanı tələb etdiyini vurğuladı və verdiyi mesajlar qloballaşan dünyanın üzləşdiyi problemlərdən çıxış yolu ola bilər. Azərbaycan Respublikasının Prezidenti beynəlxalq münasibətlərdəki qeyri-müəyyənlikləri, münaqişələrin artmasını və iqtisadi problemləri nəzərə alaraq, qlobal siyasətin təkmilləşdirilməsi və yeni əməkdaşlıq modeli yaratmağın vacibliyinidən bəhs etdi, həmçinin beynəlxalq təşkilatların, xüsusən də BMT və digər struktur təşkilatlarının daha effektiv olmasının zəruriliyini önə çəkdi. Çıxışında İlham Əliyev, mövcud geosiyasi mühitdəki təhdidlərə və böhranlara xüsusi olaraq diqqət ayırdı. Dünyanın müxtəlif bölgələrindəki münaqişələrin, xüsusilə Ukrayna müharibəsinin və Cənubi Qafqazdakı vəziyyətin, dünya düzəninin pozulmasına təsir etdiyini bildirdi. Prezident, Azərbaycanın bu çətin dövrdə beynəlxalq təhlükəsizliyi təmin etmək üçün konstruktiv və balanslı siyasət yürütdüyünü vurğuladı. Yüksək inflyasiya, ölkələr üzrə borc yığılması və geoiqtisadi parçalanma qlobal iqtisadiyyatın bərpasına mənfi təsir göstərir. İlham Əliyev, qlobal iqtisadiyyatda qarşılaşılan çağırışların, xüsusilə pandemiya sonrası bərpa proseslərində mühüm rol oynadığını bildirdi. Həmçinin rəqəmsal transformasiyanın sürətlənməsi və iqtisadiyyatda yeni trendlərin ortaya çıxmasının vacibliyini qeyd etdi. Azərbaycanın bu prosesə inteqrasiyasının və rəqəmsal infrastrukturunun gücləndirilməsinin önəmini vurğuladı. Dünyada cərəyan edən qlobal çağırışlar şəraitində hər bir ölkə davamlı inkişafın təmin edilməsi üçün müvafiq siyasət yeridir. Ətraf mühitin və enerji təhlükəsizliyinin təmin edilməsi üçün layihələr reallaşdırır. Prezident, davamlı inkişafın, ətraf mühitin qorunmasının və enerji təhlükəsizliyinin dünya miqyasında əhəmiyyət kəsb etdiyini bildirdi. Azərbaycan hökumətinin bu sahədə əldə etdiyi uğurları, xüsusilə “Yaşıl Enerji” layihələri və bərpa olunan enerji mənbələrinin inkişafı sahəsindəki təşəbbüslərini təqdim etdi. Bu təşəbbüslər həm regionun, həm də qlobal iqtisadiyyatın daha dayanıqlı olmasına töhfə verir. Prezident İlham Əliyev, dünya düzənindəki dəyişikliklərin ölkələrə yeni imkanlar da yaratdığını qeyd etdi. Azərbaycanın mövcud siyasi və iqtisadi vəziyyətini nəzərə alaraq, qlobal əməkdaşlıqda yeni yolların açılmasının vacibliyini bildirdi. Prezident, iqtisadi inkişafın və sosial rifahın artırılması üçün çağırışların düzgün bir şəkildə fürsətə çevrilməsinin mümkün olduğunu vurğuladı, Azərbaycan dövlətinin beynəlxalq münasibətlərdə fəal iştirakını və müstəqil xarici siyasətini təqdim etdi. Azərbaycanın müxtəlif regionlarda və qlobal miqyasda diplomatik fəaliyyətlərini, multilateral əməkdaşlığı və sülhsevər diplomatiyanı dəstəklədiyini qeyd etdi. Prezident, ölkənin enerji resurslarının qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və regional əməkdaşlıq sahəsindəki mühüm təşəbbüslərini təqdirəlayiq bir model kimi təqdim etdi. Multilateralizmin qlobal problemlərin həllində önəmli bir alət olduğunu bildirən Prezident İlham Əliyev, xüsusilə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında daha ədalətli və bərabər hüquqlara əsaslanan iqtisadi əlaqələrin qurulmasının vacibliyini vurğuladı. Azərbaycanın bu istiqamətdəki fəaliyyətlərini və beynəlxalq təşkilatlarla əməkdaşlıqda əldə etdiyi nəticələrdən söhbət açdı. İlham Əliyev, qlobal inkişafın əsasını təşkil edən texnoloji və elmi innovasiyaların əhəmiyyətinə də toxundu. Azərbaycanın gənclərinin bu sahədə inkişaf etdirilməsinin və elmi tədqiqatların təşviq edilməsinin, ölkənin qlobal rəqabət qabiliyyətini artıracağını qeyd etdi. Eyni zamanda, Prezident, qlobal iqtisadiyyatın rəqəmsal transformasiyasına uyğun olaraq, innovativ yanaşmaların tətbiqinin əhəmiyyətini vurğuladı. Qlobal Bakı Forumu dünyanın qarşısında duran çağırışları müzakirə etməklə yanaşı, onların həlli üçün praktik yanaşmaların inkişaf etdirilməsi baxımından mühüm platforma rolunu oynayır. Qlobal Bakı Forumu vasitəsi ilə Azərbaycan öz imkanlarını, perspektiv planlarını, sülhə xidmət edən siyasətini xarici dövlətlərə və beynəlxalq təşkilatlara çatdırdı və göstərdi ki, Azərbaycan dünyada cərəyan edən iqtisadi və siyasi proseslərə seyrçi qalmaq niyyətində deyil. Bakı yeni dünya düzənində özünəməxsus yer tutmaq istiqamətdə ciddi addımlar atır.

İlqar İlyasov,

YAP Laçın rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Mart 2025 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see294

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see283

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see274

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see271

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see248

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see245

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see232

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see227

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see224

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see224

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see215

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see206

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see201

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see200

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see182

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see180

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see179

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see177

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri