Icma.az
close
up
RU
Beynəlxalq səviyyədə akkreditasiya olunan proqramlar üzrə təhsil almış abituriyentlərin nəzərinə

Beynəlxalq səviyyədə akkreditasiya olunan proqramlar üzrə təhsil almış abituriyentlərin nəzərinə

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul edilirlər.

AZƏRTAC Dövlət İmtahan Mərkəzinə (DİM) istinadla beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının adlarını təqdim edir.

- Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme);

- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education);

- Yüksək yerləşdirmə (Advanced Placement).

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq istəyən yuxarıda qeyd olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlər iyulun 9-dan 25-dək aşağıdakı sənədləri DİM-ə (ünvan: Nəsimi rayonu, akademik Həsən Əliyev küçəsi, 299) və ya onun regional bölmələrindən birinə təqdim etməlidirlər:

1. “Abituriyentin elektron ərizəsi” nin surəti;

2. Müvafiq proqram üzrə əldə olunmuş təhsil sənədinin əslini və surətini.

Abituriyentlər beynəlxalq diplom üzrə nəticələrini (qiymətlərini) elektron formada da DİM-ə təqdim edirlər. Bunun üçün onlar sənədi verən beynəlxalq qurumun rəsmi saytında öz şəxsi hesabı və ya bitirdiyi məktəbin nümayəndəsinin hesabı vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu daxil etməklə nəticələrinin DİM-ə göndərilməsini təmin edirlər.

IB diplomu üzrə nəticələrini (qiymətlərini) təqdim edən abituriyentlər IB-nin rəsmi saytında bitirdiyi məktəbin nümayəndəsinin (Diploma Programme Coordinator) hesabı və ya öz şəxsi hesabları vasitəsilə müvafiq bölməyə DİM-in institusional kodunu daxil etməklə nəticələrinin elektron formada DİM-ə göndərilməsini təmin edə bilərlər.

Bu abituriyentlər “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən Azərbaycan dili fənnindən ayrıca imtahan verib məqbul qiymət almış olmalıdırlar.

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul üçün minimal bal (və ya qiymət) tələbləri təhsil proqramları üzrə aşağıda təqdim olunub:

- Beynəlxalq Bakalavriat Diplom Proqramı; - Ödənişli əsaslarla qəbul üçün - 25 (hüquqşünaslıq və tibb ixtisasları üzrə - 30) - Dövlət sifarişi əsasında qəbul üçün - 35;

- Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (müvafiq üç imtahan fənni üzrə); - Ödənişli əsaslarla qəbul üçün - C - Dövlət sifarişi əsasında qəbul üçün - B;

- Yüksək yerləşdirmə (müvafiq üç imtahan fənni üzrə). - Ödənişli əsaslarla qəbul üçün - 3 - Dövlət sifarişi əsasında qəbul üçün - 4.

Qeyd 1: “Müvafiq üç imtahan fənni” dedikdə I ixtisas qrupu üzrə riyaziyyat, fizika və kimya fənləri, II ixtisas qrupu üzrə riyaziyyat, coğrafiya və tarix fənləri, III ixtisas qrupu (DT altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və ədəbiyyat fənləri, III ixtisas qrupu (TC altqrupu) üzrə Azərbaycan dili və ya rus dili, tarix və coğrafiya fənləri, IV ixtisas qrupu üzrə isə biologiya, kimya və fizika fənləri nəzərdə tutulur.

Qeyd 2: Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq üçün sənədlərini təqdim edən abituriyent DİM tərəfindən elan olunacaq müddətdə şəxsən DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədiyi ixtisasın kodunu yazılı şəkildə bildirməlidir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 İyul 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri