Bəzi ixtisaslarda keçid balı 50 bal yüksələcək DİM sədri SƏBƏBİ AÇIQLADI
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"I ixtisas qrupu üzrə 300-400 bal olan ixtisaslar da 10 bal aşağı düşməsi gözlənilir. Lakin 200-300 bal toplayan abituriyentlərin sayı 7 662-dir. Ona görə də I ixtisas qrupu üzrə keçidi 200-300 bal intervalında olan ixtisaslarda keçid balı təxminən 10 bal yüksələcək".
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in “YouTube” və “Facebook” səhifələrindəki canlı yayımda məlumat verib.
Onun sözlərinə görə, I ixtisas qrupunun RK altqrupunda keçid ballarında artım yalnız keçən il keçid balı aşağı olan ixtisaslarda olacaq: “Bu əsasən regional və özəl ali təhsil müəssisələrinə aiddir”.
M.Abbaszadə qeyd edib ki, I qrup üzrə 150-200 bal arasında olan ixtisaslar üzrə 10 bal azalma olacaq: “RK altqrupunda 220 baldan yuxarı toplayanların dövlət sifarişli yerlərə düşmə ehtimalı kifayət qədər yüksəkdir”.
O bildirib ki, Rİ altqrupundan 600-dən yuxarı nəticə göstərənlərin sayı 569 nəfərdir, buna görə də keçidi 600-dən yuxarı olan ixtisaslarda keçid balının 10 bal aşağı düşməsi gözlənilir: “Rİ altqrupunda 500-600 bal arasında olan ixtisaslarda 20 bal, 400-500 bal arasındakı ixtisaslarda isə 5 bal aşağı düşəcək”.
Onun sözlərinə görə, Rİ altqrupunda 300-400 bal intervalında olan ixtisaslarda, ümumiyyətlə 200 baldan yuxarı olan ixtisaslarda 50 bala qədər artım gözlənilir: “İlk dəfədir ki, Rİ altqrupunda 150 baldan yuxarı nəticə göstərənlər ixtisas seçimində iştirak edə biləcəklər. Burada əsasən 150 deyil, 200 bal toplayıb, ikinci mərhələdə 50 bal toplayanlar ixtisas seçimi edəcəklər. Yəni keçid balı 150-yə enməyəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:207
Bu xəbər 13 Avqust 2026 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















