Icma.az
close
up
RU
Bəzi yazıçılarımız ki şəkilçisi ilə bağlayıcısını ayıra bilməyəcək Nizami Cəfərov

Bəzi yazıçılarımız ki şəkilçisi ilə bağlayıcısını ayıra bilməyəcək Nizami Cəfərov

Icma.az bildirir, Modern.az portalına istinadən.

Filologiya elmləri doktoru, professor, Atatürk Mərkəzinin rəhbəri, Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərov Modern.az-a geniş müsahibə verib.

Müsahibədən anonsu təqdim edirik:

- Nizami müəllim, Azərbaycan dili üzrə sertifikasiya imtahanının modeli yaradılarkən Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə yazıçıları da dil biliklərini yoxlamağa çağırdı. Siz DİM-in  imtahanında iştirak etdinizmi? 

- Mən imtahan verməmişəm, amma imtahan verməyə hazıram. Onsuz ömürboyu imtahan verirəm. 

Azərbaycan dili üzrə ümumi sertifikasiya imtahanının təqdimatında iştirak edəndə Məleykə xanım imtahan üçün hazırlanan sualların keyfiyyətini görmək üçün təklif etdi ki, Azərbaycan ziyalıları, dilçilər, ədəbiyyatçılar bu imtahanda iştirak etsinlər. Məleykə xanım özü rusdillidir, onun da yazıçılara xüsusi sevgisi var. O bilir ki, bu dilin əsas biliciləri elə yazıçılardır, düz də bilir. Məleykə xanım həm sualları, həm də yazıçıları sınamağı tövsiyə etdi, sonda da bildirdi ki, özü də bu imtahanda iştirak edəcək və nəticələr gizli saxlanılacaq. Amma bu gizlin qalacaq sözündən çoxu şübhələnib qorxuya düşdü. Çünki bu zamanda heç nə gizli qalmır. Buna görə də onun həmin zarafatı yazıçılarımızı Məleykə xanıma qarşı gətirdi. 


- Sizcə, imtahanda iştirak edən Yazıçılar Birliyinin üzvlərindən kimlərin dil biliyi aşağı olar?
- Bizim yazıçıların dil biliyi ən yüksək səviyyəyə layiqdir. Amma imtahanda dilçilik sualları da olur. Ola bilər ki, bizim çox mötəbər yazıçımız “-ki” şəkilçisini “-ki” ədatından və ya bağlayıcısından seçə bilməsin. O da böyük qüsur deyil. Bu, dili bilib-bilməmək deyil, dilçiliyi bilib-bilməməkdir. Ona görə də imtahana gedəndə yazıçılarımız narahat olmasınlar. 


Müsahibə yaxın vaxtlarda tam yayımlanacaq. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 İyun 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri