Icma.az
close
up
RU
BHİKnın baş katibi: COP29 iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə faydalı olacaq AZƏRTAC

BHİKnın baş katibi: COP29 iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə faydalı olacaq AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 18 noyabr, AZƏRTAC

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Bakıya gələn Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) baş katibi Luk Trianql ilə görüşüb.

AHİK-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən, o cümlədən beynəlxalq əlaqələrindən, COP29-un gedişindən söz açılıb, qarşıda duran vəzifələr müzakirə olunub.

Konfederasiya sədri Sahib Məmmədov bildirib ki, Azərbaycanın yüksək peşəkarlıqla hazırladığı COP29 şəffaf, qərəzsiz və inklüziv şəkildə keçir, tədbirin bütün aspektləri çərçivəsində dayanıqlılıq və həmrəylik tərənnüm olunur. O, əldə olunacaq nəticələrin ekoloji təsirlərin azalmasına və geniş ictimai iştiraka gətirib çıxaracağını qonağın diqqətinə çatdırıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə demokratiyanın bütün təzahürləri tam bərqərar olub, insan hüquq və azadlıqları, o cümlədən əmək hüquqları ən ali səviyyədə təmin edilir. Dövlətimiz tərəfindən həyata keçirilən kompleks tədbirlərin bilavasitə nəticəsidir ki, Azərbaycan vətəndaşlarının rifahı davamlı olaraq yüksəlir, əməkhaqları, müavinətlər və digər sosial ödənişlərin məbləğləri müntəzəm olaraq artırılır. Təbii ki, bunlar Azərbaycan həmkarlar ittifaqlarının güclənməsinə, azad və sərbəst fəaliyyətinə, əmək hüquqlarını daha effektiv şəkildə müdafiə etməsinə səbəb olur.

Sahib Məmmədov Azərbaycanda təhlükəsiz və layiqli əmək şəraitinin yaradılması istiqamətində atılan addımlardan da söz açıb, həmkarlar ittifaqları tərəfindən işçilərin sağlamlıqlarına göstərilən qayğını, normal istirahətləri üçün yaradılan şəraiti qeyd edib.

Həmçinin vurğulanıb ki, qurum fəaliyyətində beynəlxalq əməkdaşlığı prioritet hesab edir, əmək hüquqları sahəsində dünyanın mütərəqqi təcrübələrinin öyrənilməsi və tətbiqi istiqamətində iş aparır. Bu aspektdə BHİK ilə əməkdaşlığın faydalarından danışan S.Məmmədov münasibətlərin bundan sonra da genişləndirilməsi istiqamətində müvafiq addımlar atmaq, daha sıx təmaslar qurmaq niyyətində olduqlarını baş katibin nəzərinə çatdırıb.

BHİK-nın baş katibi Luk Trianql isə Azərbaycanda olmaqdan, COP29-da iştirak etməkdən məmnunluğunu bildirib. Qeyd edib ki, COP29 yüksək səviyyədə təşkil olunub və nəticələri iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə xeyli faydalı olacaq.

O, COP29 çərçivəsində baş tutan “Həmkarlar ittifaqları üçün strateji gün” mövzusunda tədbirə də toxunub, burada aparılan müzakirələrin və bölüşülən uğurlu təcrübələrin həmkarlar ittifaqlarının ədalətli keçidlə bağlı fəaliyyətində əsas olacağını bildirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti ilə yaxından tanış olduğunu qeyd edən qonaq əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Görüşdə, həmçinin tərəfləri maraqlandıran istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see409

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see218

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see198

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see152

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see149

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see148

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see133

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see126

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri