Icma.az
close
up
RU
“Binə”nin rəhbəri: “İddialı qayıtmaq istəyirik” (MÜSAHİBƏ)

“Binə”nin rəhbəri: “İddialı qayıtmaq istəyirik” (MÜSAHİBƏ)

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

2017/2018 mövsümündə Birinci Divizionda mübarizə aparan “Binə”nin hazırda əsas komandası fəaliyyətini davam etdirmir. Qəsəbə təmsilçisi 2018-ci ildən peşəkar yarışlarda iştirak etmir. Buna baxmayaraq, klubun aşağı yaş qrupları AFFA-nın təşkil etdiyi yarışlarda mübarizə aparır.

“Binə”nin rəhbəri Teymur Həsənli ilə əsas komandanın fəaliyyətini dayandırması, aşağı yaş qruplarının vəziyyəti və planlar haqda söhbətləşdik:

– “Binə” klubu 1997-ci ildən fəaliyyətdədir. Heç vaxt dağılmayıb. Sadəcə bəlli zamanlarda I Divizionda, Həvəskarlar Liqasında çıxış edib. İndi də aşağı yaş qruplarımız fəaliyyət göstərir. Geriyə baxanda Divizionu xatırlasaq, o zaman vaxt yetişmişdi və komanda peşəkar liqada olmalı idi. Neçə il Həvəskarlar Liqasında yaxşı nəticələr əldə etmişdik. Müraciət etdik və Divizionda mübarizə apardıq. Bir il oynaya bildik.

– I Divizion komandaya nələr qazandırdı?
– Böyük təcrübə oldu. Düzdür, 6-7 il keçib, amma hələ xatırlayırıq. Necə ki, “Neftçi” o vaxt – 1966-cı ildə qazandığı “bürünc”ü unutmur, bizdə də elədir. Binə sakinləri hələ də o vaxtları müzakirə edir. Binə böyük futbol potensialı olan qəsəbədir. Həm oyunçu, həm azarkeş baxımından diqqətdəyik. Burdan nə qədər oyunçular da çıxıb. Bizim aşağı yaş komandalarımızda olan oyunçular indi böyük futbolda çıxış edirlər.

– Belə idisə, nə üçün əsas komanda fəaliyyətini dayandırdı?
– 2018-ci ildən əsas komandanı dayandırdıq. Həmin vaxt böyük bir ticari marka ilə anlaşmışdıq. Hətta deyərdim ki, 3-4 böyük sponsorumuz var idi. Lakin Azərbaycanda belə qayda var ki, klubun adının yanına sponsoru olan ticarət markasının yazılması mümkün deyil. Ancaq forma sponsoru tövsiyə olundu. Bundan sonra maliyyə dayanaqlarımız zəiflədi. Məsələn, Türkiyədə indi də böyük komandaların ticari markaları var və adları yanaşı hallanır. Amma bizdə belə deyil. Sponsorun çəkilməsindən sonra komanda ayaqda qala bilməz. Biz real Müşahidə Şurası yaratmışdıq. Hardasa 30-a yaxın adam cəmləşmişdi. Prezidentlik sistemi qurmaq istəyirdik…

– Türkiyə modeli yəni…
– Bəli, istəyirdik ki, 30 nəfərdən kimsə prezident seçilsin. Yəni, klub üçün kim çox maliyyə verə, iş görə bilirsə, o gəlsin. Müəyyən müddət sonra da yenidən seçkilər olsun. Eynilə Türkiyə modeli kimi. Klubun maliyyə dayağı mənimçün önəmli idi. Müəyyən işlər də görmüşdük. 4-5 layihə var idi, sadəcə dəstək yox, əlavə təsirlər gördük. Sonra bu maliyyəni saxlaya bilmədik. Heç kimdən dəstək görmədik və ticari adımıza icazə olmadığı üçün komandanın fəaliyyətini dayandırmağa qərar verdik. Komandanı saxlaya bilmirdik, məcbur olduq. Azərbaycan Türkiyə modelinə çox uyğundur. Binə kimi qəsəbədə bu işləri görmək yaxşı olardı. Böyük camiəmiz var idi. Klubla uğur qazanmaq istəyənlər çox idi. İdarəetmədə də rəqabət olacaqdı və bu, inkişafı gətirəcəkdi.

– Hazırda bir çox klubun Müşahidə Şurası fəaliyyət göstərir.
– AFFA-nın Müşahidə Şurası layihəsi çox idealdır. Sadəcə burda adlarına görə yox, işlərinə görə kimlərsə olmalıdır. Klubun İdarə Heyətində nə qədər çox sahibkar, biznesmen olsa, daha yaxşıdır. Amma bizdə indi baxırsan ki, Müşahidə Şurasının üzvləri klubdan maaş da alır.

– Azərbaycan çempionatlarında rəqabət artıb, artıq 3 əsas və bir Region Liqası var. Yenidən fəaliyyəti bərpa etməyi düşünmürsünüz?
– İndi də futbol camiəsindən kimləsə görüşəndə sual verirlər ki, nə üçün komandanı bərpa etmirsiniz? Bunun üçün ilk növbədə maliyyə dayanıqlılığı yaratmaq lazımdır. Bununçün işlərimiz də gedir. Hətta, iki dəfə klubu bizdən almaq istəyən sponsorlar olub, qiymət belə soruşublar. Mənim cavabım da belə olub: normal strategiya və planlar olsa, klubu simvolik məbləğ – 1 manata da verməyə hazıram. Əsas ciddi planlar, layihələr olsun.

– 2018-ci ildə komandanın adı danışılmış oyunlarda hallanıb. Bu, yenidən bərpaya problem yaratmayacaq?
– Xeyr, düzdür, belə məsələlər oldu. Lazımi orqanlar araşdırmalar apardı və günahı olanlar cəzalandı. Bir-iki nəfərin səhvinin kluba aidiyyatı yoxdur. Həmin adamlarda bizdə yox, bizdən sonra işlədikləri yerlərdə olan məsələlər görə cəzalanıb.

– AFFA-da yeni rəhbərlik var. Gözləntiləriniz nədir?
– Yeni rəhbərlikdən ümidlərimiz böyükdür. Sonda işıq görürük. Gedişata uyğun olaraq, işlər görməyə çalışacağıq. Azərbaycan regionun lider dövlətiyik, ancaq bir sahədə geri qalırıq, o da futbol. Digərlərində onlardan çox üstündür. İnanıram ki, futbolumuza da gözəl günlər gələcək.

– Peşəkar liqada iştirakda hədəf nə olacaq?
– Hədəfimiz Premyer Liqaya qədər yüksəlməkdi. Ona görə bu il yox, növbəti mövsüm üçün müraciət edəcəyik. İstəyirik ki, iddialı başlayaq və gücümüz çatan qədər yuxarı qalxaq.

– Əsas komanda olmasa da, aşağı yaş qrupları fəaliyyət göstərir. Hansı kateqoriyalardır, uğurlarınız nələr olub son illərdə?
– 2012-2017-ci illər aralığında olan uşaqlardan ibarət beş yaş kateqoriyamız var. Üç meydançaya sahibik, komandalarımızın məşq etmək üçün şəraiti, inventarı var. AFFA-nın təşkil etdiyi yarışlarda mütəmadi iştirak edirik. Aşağı yaşlar məşqçilər, uşaqlar, hakimlər üçün də praktikadır. Beynəlxaql yarışlarda olmamışıq, ancaq yerli çempionatlarda mübarizə aparırıq. U-15 komandamız bir dəfə Azərbaycan ikincisi olub, finalda “Sabah”a uduzmuşuq. İndi o heyətdən böyük komandalarda oynayan uşaqlarımız var. Hətta U-19 millisinə də uşaq veririk. Ümumiyyətlə, Binədə futbola maraq böyükdür. 2018/2019 mövsümündə U-15-lərin finalında oyunumuza xeyli azarkeş də gəlmişdi.

– Hazırda Azərbaycan futbolunda sponsorlarla bağlı problemlər var. Premyer Liqa və I Liqa klublarından özünə dəstəkçi tapa bilməyənlər çoxdur. Siz bu məsələni necə həll edəcəksiniz?
– Sponsor problemi var, düzdür, Nəticə istəyən böyük komandalar əlavə sponsorlara da ehtiyac duyur. Düzü, bizdə belə problem yoxdur. İşlərimiz gedir, 2025/26 mövsümündə çempionatlarda iştirak etmək istəyirik. Geridönüşümüz bu vaxta planlaşdırılır. Binədə böyük şirkətlər var, onların dəstəyini hiss edirik. Çox dayanıqlı maliyyə ilə əsas komandanı bərpa etməyi düşünürük. Yəqin, 2025/26 mövsümü üçün müraciət edəcəyik. İstəyirik ki, öz yetirmələrimizlə yarışlara başlayaq.

– Seleksiya işləriniz hansı formada davam edir?
– Bütün rayonlardan uşaqlarımız var. Geriyə baxanda, bizə daha çox Şimal zonasından uşaqlar gəlir. Aşağı yaş qruplarımızda da ailə vəziyyətini nəzərə alıb, maaş verdiklərimiz də var. Azərbaycanda kifayət qədər istedadlı uşaqlar var və onlar üçün çalışmaq lazımdır. Kim deyirsə ki, Azərbaycanda futbolçu yoxdur, kökündən yanlışdır. Vacib məqam uşaqların potensialını üzə çıxarmaq və böyük futbola cəlb etməkdi.

Şahin Cəfərov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 25 Aprel 2026 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see783

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see526

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see315

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see294

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see286

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see269

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see259

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see248

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see247

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see245

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see242

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see235

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see231

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see228

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see225

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see203

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see201

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see190

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see184

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri