Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Bir adın qalmalı... Sevinc Mürvətqızı yazır

Bir adın qalmalı... Sevinc Mürvətqızı yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Sevinc MÜRVƏTQIZI

...Zaman axıb keçir, il ötür, vədə tamam olur, bütün yaşanmışlardan geriyə bir ad qalır. Bəzən quruca bir ad kimi baxdığımız o nəsnədə  bütöv bir dünya - ağrılar, sevdalar, ümidlər, gözləntilər toplanır. Geriyə bir adın qalması keçmişdə yaşananların, duyğuların, xatirələrin səmimi və toxunulmaz xülasəsidir. Hamının dünyada gizli-aşkar çırpınışlarının da mənası özündən sonraya ən azından adının xatırlanmasıdır. O ad bir nağıl kimidir bəzən - sonunda düşən üç almadan heç kimə pay çatmır... Ad  insanı unudulmağa qoymur, bunun üçün də dəyərlidir, çünki ad "mən də burada idim, gəldim, yaşadım və  getdim" deməyin yeganə nişanəsidir. Geriyə qalan ad insanın zamanla mübarizəsindəki  qalibiyyətini göstərir, yaddaşın ən dərin qatında susqun bir arzu kimi yaşamağa davam edir... Və təkcə insandan deyil, gerçək duyğuya və yaşantıya xitab edən hər şeydən  geriyə ad qalmalı(dır)...

Bir gün bütün sevdalar unudulur, xatirələrin ilkin parlaqlığı solur, yaşadığın nə varsa, bircə adı qalır. Bəzən ən unudulmaz, imtina olunmaz bildiyimiz sevgi də, sevgili də geriyə addan başqa heç nəyi "miras" qoymur. Özünü aid hiss etdiyin, amma sənə aid olmayan, içində o sevdanın hüznündən sonra səninlə yaşayan bir adla yoluna davam edir, çıxıb gedirsən.

Maraqlıdır ki, adla bağlı yazılan ən gözəl poetik örnəklərdən olan "Bir adın qalmalı geriyə" şeirinin  müəllifinin adının kim olması da bir zaman mübahisə mövzusu olub. Öncələr Əhməd Həmdi Tanpınara aid edilən bu şeirin müəllifinin sonradan İbrahim Sədri olduğunu təsdiqləyən dəlillər irəli sürülüb.

Və paradoksaldır ki, "Bir adın qalmalı" şeiri ilə indi iki ad paralel xatırlanmaqdadır... Gerçəyin əslinə - "aynaların ardındakı sirrə" vaqif olanda əslində nəyin kimə aid olduğunu biləcəyimiz üçün bizə indilik bəxş edilən bu hüznlü bədii gözəllikdən zövq almağımız qalır. Şeirin bütün dadını-ovqatını, təkrarsız təsirini çatdıra bilmək üçün onu orijinalda təqdim etmək qaçılmaz görünür:

Bir adın kalmalı geriye

bütün kırılmış şeylerin nihayetinde

aynaların ardında sır

yalnızlığın peşinde kuvvet

evet nihayet

bir adın kalmalı geriye

bir de o kahreden gurbet...

Qəlbimizi qırıb əslində gözümüzü açan nə varsa, onun sirrinə bəzən sadəcə aynalar şahid olur. Yaxud da bir gün anlayırsan ki, qarşındakı bütünlüklə səni özünə "güzgüləməyə" xidmət edirmiş, gəlibmiş ki, sənin özünü nə qədər sevə biləcəyini anlatsın, onun simasında öz dərinliyinin, gözləntisiz, qarşılıqsız, qatqısız, qeyd-şərtsiz sevmək istedadının olduğunun fərqinə vara biləsən. Doğru və yanlış bildiyin hər şey sənin ruhunun təkamülü üçünmüş. Bax, onda Yaradanın "aynaların ardında saxladığı sirr"in hikmətini anlayırsan. Və dünyəvi sevda məhdudiyyətindən çıxıb ilahi olana nəzər sala bilmək gücün olanda hər şeyin səndə başlayıb səndə bitdiyini, "mən" dediyini də ortadan qaldıranda gerçəkdə Ondan başqa kimsənin olmadığını görürsən. Qəfil başa düşürsən ki, bütün "ilahi oyun" səndən sənə oynanırmış, qarşına çıxan hər kəsin bütünün zərrələrini anlatdığını dərk etdiyin anda həqiqi, mütləq yalnızlığın düz ortasında çılpaq həqiqətlə üz-üzə qalırsan... O girdabdan çıxa biləndə müəllifin dediyi yalnızlıqdan sonrakı qüvvət yüklənir ruhuna. Çünki "sürgünə" göndərildiyimiz bu "qürbət" dünyada ruhumuzun güclü olmaqdan başqa çıxış yolu qalmır... Qürbət burada təkcə fiziki uzaqlıq deyil, həm də ruhi yadlaşma, anlaşılmamaq, mənəvi təcrid kimi oxunur. Qürbət həm də sevdiyin qədər sevildiyini umacağın bir eşqə özünü bilərəkdən (bəzən də ömürlük) məhkum etməkdir. Bu da məhbəsin ən dözülməz halıdır. Göy üzü həqiqətlərindən yer üzünə enəndə isə qürbət həm də sevgilinin olmadığı göz yaşına bələnmiş gündüzlərdir, "xəyanəti qoynuna aldığın gecələrdir"... Bunun dözülməz sancısına qarşısındakının tab edə bilməyəcəyini anladığı üçün şair "sən say ki, heç ağlamadım" deyir...

Sen say ki

ben hiç ağlamadım

hiç ateşe tutmadım yüreğimi

geceleri, koynuma almadım ihaneti...

Bu, poetik təzadın, içində yaşanan duyğularla zahirən göstərilən hisslərin fərqinin ifadəsidir. Bəndi oxuyursan, atəşə tutulub qovrulan ürəyin üzərinə damlayan göz yaşının da cızıltılı səsi gəlir qulağına... Və təkcə o səs yox, həm də gözlərinin şeirlərini və saçlarının şərqilərini söyləyən səda da durmadan səslənməkdədir: 

ve say ki

bütün şiirler gözlerini

bütün şarkılar saçlarını söylemedi

hele Nihavent

hele Buselik hiç geçmedi fikrimden

Burada şairin sevgilisinin bütün sənətə - şeirə, musiqiyə, melodiyaya necə sirayət etdiyini görürük. Bu, ömrünün duru, sevginin təmiz halında hər kəsin başına ən azı bir dəfə gəlmiş hadisədir.

"Nihavent" və "Buselik" - türk musiqisinin melodik anlayışlarıdır və bu sözlər duyğusal zəminin, həm kədər, həm sevincin içindəki nəğməli qatların ifadəsidir. Və bunları yaşamaq bəzən zövqdən ötə  - özünü bilə-bilə ağrıya məhkum etməkdir, o ağrını qıymadığı üçün də "sən say ki heç olmadı bütün bunlar" deyir... Məhz burada  sevənin "əyarı" ortaya çıxır, sevdiyinə qıymaması, onu incidəcək  nələr varsa, ondan uzaq tutmağa, dərinində özü yaşamağa çalışması ilə... Məhz belə sevməyi bacaranda:

ve hiç gitmedi

bir topak kan gibi adın

içimin nehirlerinden...

Bu misralar unudulmazlığın yığcam şərqisidir. Nələr gəlib nələr keçir, amma o adın oradan heç silinib getmədiyini göstərir. Ən saf halıyla...

evet yangın

evet salaş yalvarmanın korkusunda talan

evet kaybetmenin o zehirli buğusu

evet nisyan

evet kahrolmuş sayfaların arasında adın

sokaklar dolusu bir adamın yalnızlığı

bu sevda biraz nadan

biraz da hıçkırık tadı

pencere önü menekşelerinde her akşam...

Bu bənd şeirin emosional-bədii partlayış məqamıdır. Burada daxildən yandırıb qovuran yanğın da var, ləyaqətini, qürurunu itirəcək qədər yalvarmaq qorxusu da, keçmişdə yazılmış, amma artıq birdəfəlik unudulmağa üz tutmuş xatirələr də... Bu, ən güclü insanın da sevgidə nə qədər aciz, nə qədər həssas olduğunu, hətta "bir küçə dolusu" qələbəlik içində belə yalnızlığını göstərir. Zamanla mübarizə başlayır, unudulmaq qorxusu yadda qalmaq istəyi ilə birləşəndə nadan bir sevdanın  hıçqırıq dadı qalır damağında... Amma bu sakitlik də uzun sürmür, "açılır sandıq, tökülür pambıq", dağlar lərzəyə gəlir "yerə girəsi" "keçməyən sevda"nın şiddətindən:

Dağlar sonra oynadı yerinden

ve hallaçlar attı pamuğu fütursuzca

sen say ki

yerin dibine geçti

geçmeyesi sevdam...

Və mən şəxsən inanmıram bu cür  sevən birinin sevdasının bir gün "yerin dibinə keçməsinə"...

ve ben seni sevdiğim zaman

bu şehre yağmurlar yağdı

yani ben seni sevdiğim zaman

ayrılık kurşun kadar ağır

gülüşün kadar felaketiydi yaşamanın...

Bir neçə misrada sevginin sadəcə xoşbəxtlik deyil, ayrılığın qaçılmazlığı ilə yüklənmiş bir təcrübə olduğu xatırladılır. Şairin təcrübəsində - sevginin yaşandığı zaman aralığı sevgilinin fəlakətli dərəcədə misilsiz gülüşü qədər gözəldir, ayrılığı isə qurğuşun kimi çəkilməz ağırlığı ilə ruha çökəndir. Bütün bu hisslər, klassik şəhər romantizminin fonunda - yağmur, küçələr, kədər və tənhalıqla birlikdə - səssiz etiraf kimi səslənir... Fəqət duyğunun bir belə təhlükəli uclarında olsa belə, müəllif israr edir ki, "yine de bir adın kalmalı geriye, bütün kırılmış şeylerin nihayetinde..." Bu misralar insanın unutmağa və unudulmağa müqavimətidir - nə  olursa olsun, bütün bunlardan sonraya bircə ad qalmalıdır. Ömrün müvəqqətiliyinin labüdlüyü, dağılmanın və itkilərin qaçılmazlığının fonunda bir gün hər şey qırılır: güvən də, ürək də, münasibətlər də... Hətta zamanla insan "qırılıb öz içinə tökülür termos şüşəsi kimi". Şair deyir ki, hər şeyin sonunda, heç olmasa, adın qalsın - çünki o ad bütöv bir duyğu dünyasının, yaşanmış bir ömrün saxlancıdır. Bu, insanı həm xatirələrdə yaşatmağa davam etmə istəyi, həm də özünün də tamamilə yoxa çıxmamaq üçün tutunduğu son tutalqadır. Sonluq da buna uyğun olaraq isə əslində sevgilidən daha artıq - sanki özünə ünvanladığı misralara tapşırılır:

beni affet,

kaybetmek için erken,

sevmek için çok gec...

"Məni bağışla" deyərkən insan təkcə qarşısındakından deyil, eyni zamanda zaman-zaman özünə verdiyi iztirablara görə özündən halallıq istəyir. Bu misralarda həyatın ən böyük ironiyası görünür, hələ itirmək üçün çox erkəndir,  sevgi hələ tam bitməyib, hələ içəridə bir qığılcım var, hələ baxışlarda bir ümid işıltısı sezilir. Lakin eyni zamanda sevmək üçün də artıq gecdir, bu qədər ağrılı yaşantılardan - "bütün qırılmış şeylərdən sonra" zaman da ikiyə bölünüb: keçmişin ağırlığı və gələcəyin qeyri-müəyyənliyi arasında ipdən asılı qalan bir sevgi var. Nə tam yaşanan, nə də tam yox olan - varlığı dağınıq, yoxluğu da yarımçıq olan bu duyğu bir gün mütləq "əfvə düşməlidir"...

Bu misralar göstərir ki, bəzi sevdalar nə dolu-dolu yaşanmağa, nə də unudulmağa layiqdir - sadəcə qəlbin dərin yerində, öz yarımçıq hekayəsini anladan bir adı ilə yaşamalıdır...

Həyat elə budur: sevginin dolğun  yaşana bilmədiyi, unutmağın isə heç vaxt tamam mümkün olmadığı o incə, kövrək aralıqda - bir ad yaddaşın səssiz daş kitabəsinə qazınır. Zamanın amansız gedişatında o ad bəzən bir baxışda canlanır, bir melodiyada xatırlanır, bir qoxuda dirilir. Ən gözəl sevgi də, ən ağır ayrılıq da, ən təmiz göz yaşı da, nəhayətdə özü ilə bütöv bir duyğu arxivini daşıyan bircə adın ətrafında cəmlənə bilir. Və insan o adla həm yadda saxlayır, həm də yadda qalıb özü-özündə tamamlanır. Bu ad - unudulmayanların, yaşanıb bitməyənlərin, tamamlanmayan sevdanın son səssiz şahididir. Son şahid isə çox dəyərlidir - sözün, xatirənin və haqqın sarsılmaz rəmzidir, yaşananların canlı yaddaşıdır... Buna görə də "Bir adın qalmalı..."

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:395
embedMənbə:https://525.az
archiveBu xəbər 21 İyun 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri