Bir anlıq məsuliyyətsizlik bütöv bir meşəni yox edə bilər FHN dən XƏBƏRDARLIQ VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Yay mövsümünün başlaması ilə havaların istiləşməsi və quraqlığın artması fonunda meşə yanğınları riski yüksəlib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə rəsmi müraciət edərək, meşələrdə və yol kənarlarında yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini vurğulayıb.
Avtosfer.az bildirir ki, nazirlik tərəfindən yayılan videoda siqaret kötüyünün meşələrdə və ya avtomobillərdən yollara atılmasının potensial yanğın səbəbi olduğu qeyd olunub. Bildirilib ki, ani bir diqqətsizlik böyük fəlakətə — genişmiqyaslı meşə yanğınlarına yol aça bilər.
FHN həmçinin yolların kənarlarına və ictimai ərazilərə zibil atmağın da təhlükəli nəticələr doğura biləcəyini xüsusi vurğulayıb. Qeyd olunub ki, yol kənarına atılan tullantılar, xüsusilə şüşə butulkalar və yanar materiallar, günəş şüalarının təsiri ilə alovlana bilər, bu isə hem avtomobil yollarında, həm də yaxınlıqdakı ərazilərdə yanğınlara səbəb ola bilər.
Eltac Zülfüqaroğlu
Baxış sayı:116
Bu xəbər 11 İyun 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















