Icma.az
close
up
RU
“Bir dəfə onlarda olanda məndən soruşdu ki...” Heydər Əliyevin bacısı qızı

“Bir dəfə onlarda olanda məndən soruşdu ki...” Heydər Əliyevin bacısı qızı

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Əməkdar incəsənət xadimi, Heydər Əliyevin bacısının qızı Fəxriyyə Xələfova Ümummilli liderlə bağlı Globalinfo.az-a xatirələrini bölüşüb:

“Fəaliyyətimin əvvəlində, daha dəqiq desəm, 2000-ci ildə Bakıda ilk Beynəlxalq Moda Festivalını təşkil etdim. Moda anlayışını daha aydın təqdim etmək üçün tanınmış dizaynerlərin ölkəmizə dəvət olunmasını vacib saydım. Bu məqsədlə dünyaca məşhur mərhum modelyer Valentin Yudaşkini ölkəmizə çağırdım. Bu barədə mətbuatda yazılar dərc olundu. Heydər Əliyev mətbuatı daim izlədiyindən xəbəri qəzetdən oxuyub bizi Prezident Sarayına rəsmi qəbuluna dəvət etdi. Görüşdə əsasən milli dəbin inkişafı ilə bağlı söhbət etdik. Heydər Əliyev böyük siyasətçi olsa da, mədəniyyətin bütün sahələrini dərindən bilir və təhlil edirdi. Bizimlə geniş müzakirələr apardı. Valentin Yudaşkin hətta etiraf etdi ki, o, Heydər Əliyevi hələ sovet dövründən bir modelyer kimi izləyir və ona pərəstiş edir. Dedi ki, belə bir böyük siyasətçi ilə eyni məkanda olmaq onun üçün inanılmazdır. Yudaşkin Heydər Əliyevin özünəməxsus geyim üslubu ilə seçildiyini də vurğuladı. Doğrudan da, Ulu öndərin geyimləri həmişə mövsümə uyğun seçilirdi. Gənc yaşlarında da eleqant kostyum və şlyapada çəkilmiş fotoları var və orada da hər detal incəliklə düşünülüb. Bu, daxili zövqün göstəricisidir”.

F.Xələfova Heydər Əliyevin dayı kimi çox mehriban olduğunu da bildirib:

“Xüsusi günlərdə, xüsusilə də doğum günlərində bir araya gələrdik. Bu görüşləri əsasən Zərifə Əliyeva təşkil edirdi. Məktəbdə oxuduğumuz dərslərimiz barədə soruşar, fənlərlə bağlı suallar verər, təhsilimizə diqqətlə yanaşmağı tapşırardı. Ailə mühitində də geyimə münasibət xüsusi idi, orada da zövq özünü göstərirdi. Dayı kimi bizə çox qayğı göstərirdi. Vaxtı az olsa da, hər birimizlə maraqlanmağa çalışırdı. Evində böyük kitabxana vardı, orada nadir kitablar və gözəl atlaslar toplanmışdı. O atlaslar vasitəsilə bizə dünyanı tanıdırdı. 1970-80-ci illərdə internet olmadığı üçün onun bu yanaşması bizim üçün böyük məktəb idi”.

Fəxriyyə Xələfova incəsənətə gəlməsi üçün Heydər Əliyevin xeyir-duasını aldığını qeyd edib:

“Bir dəfə onlarda olan zaman nə ilə məşğul olmaq istədiyimi soruşanda, Bakı Dövlət Universitetinin biologiya fakültəsində oxumağıma baxmayaraq, moda ilə məşğul olmaq arzumun olduğunu dedim. Onun bu istəyimə münasibəti mənim üçün çox maraqlı idi. Mənə təbəssümlə xeyir-dua verdi. Halbuki o vaxt moda ilə peşəkar məşğul olmurdum, bu, sadəcə arzu idi. İllər sonra isə həmin arzum reallaşdı. İlk addımlarım zamanı, dediyim kimi, Heydər Əliyev məni və Yudaşkini rəsmi qəbul etdi”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri