Icma.az
close
up
RU
Bir insanın öz evində nə qədər “yeri” var? ARAŞDIRMA

Bir insanın öz evində nə qədər “yeri” var? ARAŞDIRMA

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Mənzil təkcə dörd divar deyil, insanın şəxsi məkanı, rahatlıq tapdığı sahədir. Maraqlıdır ki, bu “şəxsi məkanın” ölçüsü ölkədən ölkəyə ciddi şəkildə dəyişir. Məsələn, Avropada tək bir insan üçün ayrılan yaşayış sahəsi bəzən bir mənzil boydadır: Türkiyədə 40 m², Böyük Britaniyada 43 m², Almaniyada 48 m², Fransada isə 51 m² (Bakıda ikiotaqlı mənzil həcmində)
Amma postsovet ölkələrində bu sahə getdikcə daralır: Rusiyada  bu yaxınlarda adambaşına düşən sahə 29 m² təsdiqaləndi, Qazaxıstan 26 m², Özbəkistan təxminən 25-30 m²-dir. Avropa ölkələrindən kəskin fərqlənmənin bir səbəbi də tarixi amildir: postsovet ölkələrində mənzillər daha kiçik layihələndirilib. Xüsusən də “Xruşşovka” adlandırılan kiçik, dar mənzillərə keçmiş sovet respublikalarının hər tərəfində rast gəlmək olur.
 

Üstəlik bu ölkələrin əksəriyyətində gəlir səviyyəsi aşağıdır, insanlar daha böyük ev almağa çətinlik çəkirlər. Bundan başqa sovet, həmçinin şərq ailəsi modelində insanlar sıx yaşamağı bacarırlar, yaxud buna məcburdurlar. Yəni eyni ev sahəsini şəxsi imkan oldu-olmadı mütiliklə bölə bilirlər.


Bəs Azərbaycanda “şəxsi məkan” neçə m² -dir?
Azərbaycan da postsovet ölkələrindən biri olaraq, digər tarixdaşlarından fərqlənmir. Bizdə də bu rəqəm təxminən 20-30 m²-dir. Amma paytaxtla regionlar arasında fərq kifayət qədər hiss olunur. Bakıda adambaşına düşən yaşayış sahəsi adətən daha aşağıdır (18-25 m²).
Buna səbəb paytaxtda əhali sıxlığının yüksək olmasıdır. Regionlarda bu göstərici adətən daha yüksəkdir: 25-35 m², hətta bəzən daha çox, fərdi evlər geniş olur, nəzərə alaq ki, rayonlarda həyət evləri üstünlük təşkil edir. Ailələr eyni evdə yaşasa da ümumi sahə böyük olur, adambaşına rahat şəxsi sahə düşür.
Şəfiqə şəfa, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Mart 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see399

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see277

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see273

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see266

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see262

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see260

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see258

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see257

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see256

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see243

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see236

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see235

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see235

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see234

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see233

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see232

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see232

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see231

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see231
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri