Icma.az
close
up
RU
Bir məktubun izi ilə: Casusluğun YENİ MODELİ

Bir məktubun izi ilə: Casusluğun YENİ MODELİ

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Soyuq müharibə dövründə Sovet İttifaqının ali rəhbərliyində elə bir məmur var idi ki, illərlə ABŞ-a məxfi məlumat ötürürdü. O, Kreml üçün etibarlı, Qərb üçün isə qiymətsiz mənbə idi.
Hər dəfə Sovet nümayəndə heyəti Qərblə danışıqlara oturanda, Qərb tərəfi artıq bütün planlardan xəbərdar olur, danışıqlara tam hazırlıqlı girirdi. Nəticədə, danışıqlar masasında hər dəfə SSRİ hədəfinə çata bilməyən tərəf olurdu — çünki qarşı tərəf artıq “oyun kitabını” əvvəldən oxumuşdu.
Tarix təkrarlanır...
Tarix göstərdi ki, Sovet imperiyasına zərbəni vuran düşmən kənarda deyil, elə içəridə idi. 
Azərbaycanın müstəqillik dövründə bu ssenarinin yerli siması Ramiz Mehdiyev oldu. Zaman göstərdi ki, o, illərlə dövlət içində dövlət rolunu oynayaraq milli maraqlara qarşı sistemli şəkildə işləyib. Xüsusilə Qarabağ məsələsində onun fəaliyyəti, indi artıq faktlarla sübuta yetirildiyi kimi, Azərbaycanın strateji mövqelərinə qəsdən zərbə vurmaq məqsədi daşıyırdı.
Bəzi dairələrdə bu barədə illərdir danışılır: Prezident Administrasiyasında ideoloji xəttin formalaşdırılmasına rəhbərlik edən Mehdiyev, eyni zamanda daxili ictimai-siyasi “nastroyeniye”ləri xarici kanallara ötürən informasiya mənbəyi kimi də fəaliyyət göstərirdi.
Nəticədə, Qarabağ danışıqlarında qarşı tərəflər Azərbaycan cəmiyyətinin daxilindəki vəziyyətdən, ictimai əhvaldan, daxili debatlardan əvvəlcədən xəbərdar olurdu. Beləcə, masa arxasında təmsilçilərimiz qarşı tərəflə dialoqda problemlərlə üzləşirdi. Bu, SSRİ-dəki casusluq tarixinin bir növ Bakı variantı idi.
Ramiz Mehdiyevin dövlət çevrilişi hazırlamaq və Vətənə xəyanət ittihamları ilə cinayət məsuliyyətinə cəlb olunması Azərbaycan siyasi tarixinin qaranlıq səhifələrindən birini açır. 
Onun illərlə dövlət strukturlarında, elmi institutlarda, parlamentdə və mediada səssizcə qurduğu kölgə şəbəkəsi artıq ifşa olunur. İndi aydın görünür ki, Ramiz Mehdiyev “elmi məktəb” və ya “akademik dairə” adı altında sadəcə ideoloji sədaqət şəbəkəsi deyil, həm də idarə olunan siyasi xaos mexanizmi qurmağa çalışıb — dövlətin daxilində paralel təsir mərkəzləri yaratmaq niyyəti ilə. 
Xəyanətin yazılı sənədi: Dövlət çevrilişinin planı
Onun Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə yazdığı məktub isə illərlə hazırlanan bir dövlət çevrilişi planının iyrənc detallarını üzə çıxarır. Bu, təsadüfi bir yazışma deyil — bu, xəyanətin və hakimiyyət hərisliyinin yazılı sübutudur.
Plan detalına qədər hazırlanmışdı: 50 nəfərlik “dövlət şurası” – sanki bir mafioz qrupun kod adı, onun altında “oyuncaq parlament” və tam nəzarət altında olan “marionet baş nazir”. Amma baş rolda, təbii ki, yenə də köhnə intriqa ustası — Ramiz Mehdiyev. 
Bu məktub göstərdi ki, məqsəd sadəcə təsir uğrunda mübarizə deyildi — məqsəd dövlətin dayaqlarını sarsıtmaq, ölkəni xaosa sürükləmək idi. Onun təsəvvüründə “dövlət şurası” xalqın iradəsi deyil, şəxsi qisas planının icra komitəsi idi. Mehdiyev özünü bu “şura”nın sədri kimi görürdü.
Əslində bu, Ramiz Mehdiyevin gizlətməyə çalışdığı ambisiyalarının maskasız formasıdır — bu məktubda hər zaman olduğu kimi nə ideologiya, nə dövlətçilik, nə də xalqa xidmət anlayışı var. Yalnız hakimiyyət ehtirası, qısqanclıq, şəxsi kin və xəyanət.
Belə bir planın müəllifi olmaq təkcə siyasi cinayət deyil — bu, mənəvi rüsvayçılıqdır. Bu, təkcə bir şəxsin ifşası deyil — millətin taleyini şəxsi hakimiyyət hərisliyinə qurban verən bir adamın tam süqutunun rəsmi möhürüdür.
“İdarəolunan gərginlik” 
Ramiz Mehdiyev uzun illər boyu siyasətə bir növ laboratoriya kimi baxırdı. 
Cəmiyyətdə süni qarşıdurma yaratmaq, radikal və “hakimiyyətə qarşı” görünən qrupları pərdələnmiş şəkildə nəzarətdə saxlamaq, gərginliyi yönləndirmək – bütün bunlar “idarəolunan gərginlik” adlanan ssenarinin əsasını təşkil edirdi.
Mehdiyev üçün bu modelin məqsədi sadə idi: Nə qədər ki, gərginlik var, onu idarə edən vacib fiqur sayılır. Sabitlik yarandıqda isə o, “artıq adam”a çevrilir.
2013-cü ilin siyasi eksperimenti
2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanda qəribə bir dinamika müşahidə olunurdu. Bir tərəfdə “Ziyalılar Forumu”, digər tərəfdə isə  “Milli Şura” adlı yeni format ortaya çıxdı – onların ikisi də eyni ideoloji yanaşmanın məhsulu idi.
Əvvəlcə bu birliklər “azad düşüncə platforması” kimi təqdim olundu. Lakin çox keçmədən bəyanatlar siyasi ritorika aldı və “hakimiyyətə qarşı mübarizə” adı altında radikal çağırışlara çevrildi.
“Xaricdə təhsil almış gənclər” – növbəti hədəf
Həmin dövrdə yeni bir tezis dövriyyəyə buraxıldı: “Xaricdə oxuyan tələbələr Avropada azadlıq ruhuna yoluxur və Prezidentə qarşı çıxmağa başlayırlar”. Bu fikir məqsədli şəkildə ictimai diskursa yeridildi.
Beləcə, xaricdə təhsil alan gənclərdən düşmən obrazı formalaşdırılmağa başlandı. Prezident İlham Əliyevin şəxsən önəm verdiyi və xüsusi diqqətlə başladığı “Xaricdə təhsil proqramı”nın mahiyyəti təhrif olunurdu.
Prezidentin ideyası gənclərin beynəlxalq səviyyədə yetişdirilməsi idi, lakin Mehdiyevin və bəzi həmkarlarının məqsədi tam əksinə idi – bu gəncləri nüfuzlu Qərb universitetlərindəki təhsildən uzaqlaşdırmaq və onları Rusiya universitetlərinə yönləndirmək idi.
Bu istiqamətdə Ramiz Mehdiyev “yeni strategiya” hazırlamağa başladı. Planın mahiyyəti aydın idi: Avropada təhsil alan gəncləri “şübhəli” elan edərək, “Qərb emissarı” damğası vurmaq... 
Bu prosesin nəticəsində Prezidentin strateji təhsil siyasəti içəridən məqsədli şəkildə sabotaj olunurdu. Gənclərin üzərinə sistemli şəkildə inamsızlıq kölgəsi salınır, onların milli sədaqəti şübhə altına alınırdı. 
Əsl məqsəd isə aydın idi — yeni nəsli dövlətdən soyutmaq, onları ya müxalif düşərgəyə yönləndirmək, ya da özünün idarə etdiyi “intellektual müxalifət” ordusuna çevirmək idi.
“Milli Şura” və Moskva xətti
Elə həmin dövrdə Rusiyada fəaliyyət göstərən “Milyarderlər İttifaqı”nın “Milli Şura” ilə gizli əlaqələri barədə ciddi və əsaslı iddialar səslənirdi.

Azərbaycan mənşəli bəzi iş adamları vasitəsilə Moskva ilə müxalifət arasında koordinasiyalı vasitəçilik kanalları qurulduğu artıq gizlədilə bilmirdi.
İllərlə “anti-Rusiya” ritorikası ilə çıxış edən “Milli Şura”nın üzvlərinin bir anda bu mövqedən imtina etməsi təsadüf deyildi — bu, artıq siyasi sifarişin icrası idi. Rüstəm İbrahimbəyovun “vahid namizəd” kimi irəli sürülməsi və ardınca Rusiya Prezidentinə göndərilən minnətdarlıq dolu məktub bu oyunun son pərdəsi oldu.
Bütün bu ssenarinin arxasında isə Ramiz Mehdiyev dayanırdı — kölgədən idarə edən, milli maraqları xarici dairələrin masasında satmağa çalışan əsas fiqur...
“Mitinq taktikası”: İctimai şou, yoxsa siyasi illüziya?

2013-cü ildən sonra “Milli Şura”nın fəaliyyət xətti əsasən “mitinq taktikasına” söykəndi. Mitinqlər bir növ siyasi teatr formasında qurulurdu – azsaylı iştirakçılar qarşısında emosional çıxışlar edilsə də, real təsir gücü sıfıra bərabər idi.
Bu mitinqlər əsasən media vasitəsilə şişirdilir, xarici KİV-lərdə “Azərbaycan xalqı küçələrdədir” başlıqları ilə təqdim olunurdu. Reallıqda isə bir neçə yüz nəfərin qatıldığı aksiyalar ölkə həyatında heç bir əhəmiyyət daşımırdı.
Lakin məqsəd cəmiyyətə “hakimiyyət təzyiq altındadır” görüntüsü vermək və bu yolla daxili gərginliyi davam etdirmək idi. Əslində, bu “danışılmış döyüş” idi. 
“Mövcudluğun açarı” və sistemin paradoksu
Mehdiyev üçün süni gərginlik “mövcudluğun açarı” idi. Onun üçün sabitlik təhlükə demək idi.
Hakimiyyət daxilində “radikal müxalifətlə amansız mübarizə aparan” kimi görünür, cəmiyyətə isə “sabitliyin təminatçısı” obrazını təqdim edirdi. Yəni, eyni anda həm “yanğını alovlandıran”, həm də “yanğını söndürən” rolunda çıxış edirdi.
2019 – Ssenarinin iflas ili
Ramiz Mehdiyevin vəzifədən uzaqlaşdırılması ilə “mitinq teatrı” da süquta uğradı. 23 oktyabr 2019-cu ildə - “Milli Şura”nın sonuncu aksiya cəhdindən cəmi dörd gün sonra Mehdiyev tutduğu vəzifədən kənarlaşdırıldı. 
Bu günün pəncərəsindən baxanda mənzərə daha aydın görünür: 19 oktyabrda Bakıda icazəsiz mitinq keçimək istəyi məhz Mehdiyevin 23 oktyabrda vəzifədən uzaqlaşdırılmasını əngəlləməyə hesablanmışdı. 
Lakin “Milli Şura”nın mitinq cəhdi - Ramiz Mehdiyevin sonuncu sifarişi də uğursuzluğa düçar oldu. Beləcə radikal müxalifətin enerjisi sanki bir anda söndü. Mitinqlər yoxa çıxdı, bəyanatlar dayandı, sosial şəbəkələrdə “hakimiyyətə təhlükə” ritorikası kəsildi.
Bu, artıq təsadüf deyildi – çünki ssenari müəllifi səhnə arxasından getmişdi.
Mehdiyevin həbsi və “dolayı müdafiə” planı

Ramiz Mehdiyevə qarşı “Vətənə xəyanət” ittihamı irəli sürüləndə, radikal müxalifətin bəzi nümayəndələri yenidən fəallaşmağa başladı. Əslində, bu şəxsləri “radikal” adlandıran da məhz Mehdiyevin özü idi. Onların radikallığı isə real siyasi mövqedən çox, söyüş və təhqir taktikasına əsaslanırdı. Azərbaycan cəmiyyətinə təsir imkanları isə faktiki olaraq sıfıra bərabər idi.
Mehdiyevi “ideoloji düşüncə qabiliyyətli siyasətçi”, “hakimiyyətin ideoloji sütunu” adlandıran həmin “müxalifətçi”lər bu dəfə açıq şəkildə müdafiə bəyanatları verməsələr də, “ittihamlar siyasi motivlidir” kimi mesajlar səsləndirildi.
Bu, əslində dolayı müdafiə mexanizmi – həm ictimai rəyin yönləndirilməsi, həm də Mehdiyevin qurduğu sistemin izlərinin silinməsi cəhdi idi.
“İdarəolunan xaos”un sonu
Bugünkü reallıq göstərir ki, Ramiz Mehdiyevin “siyasi laboratoriyası” illərdir zəhər istehsal edən bir mərkəz olub. O laboratoriyada yetişən bəzi “siyasi mutantlar” indi də səhnədədirlər — kimisi “QHT rəhbəri”, kimisi “media eksperti”, kimisi də “müstəqil analitik” adı ilə. 
Onların məqsədi eynidir: cəmiyyəti parçalamaq, dövlətə inamı sarsıtmaq və hakimiyyət maraqlarını qorumaq üçün xaosu normal vəziyyət kimi təqdim etmək.
Lakin artıq bu taktika keçmir. Cəmiyyətin siyasi şüuru 2010-cu illərin səviyyəsində deyil. Sosial medianın, açıq məlumat axınının mövcudluğu, o cümlədən yeni siyasi nəsilin formalaşması Mehdiyevin köhnə “idarəolunan xaos” sisteminə yer buraxmır və buraxmayacaq. (Bizim.Media)
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 28 Oktyabr 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda içməli su yola axır: Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın

27 Oktyabr 2025 01:56see226

Son çempion məğlubiyyətləri sıralayır

26 Oktyabr 2025 21:44see224

Zəlzələ səbəbindən Balıkesirdə məktəblərdə bir günlük tətil elan olundu

28 Oktyabr 2025 02:51see193

Qırmızı kələmin üç əsas sağlamlıq faydası müəyyən edilib...

27 Oktyabr 2025 23:25see186

Alişan Uzak şehir in setində FOTOLAR

27 Oktyabr 2025 06:32see185

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see167

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see152

Buna İsrail qərar verəcək, ABŞ da bunu qəbul edir Netanyahu

26 Oktyabr 2025 15:50see145

Söküntü zamanı ədalətli kompensasiya: Beynəlxalq təcrübə və Azərbaycan reallığı

27 Oktyabr 2025 15:40see145

Payızda bu qidalar immuniteti gücləndirir

27 Oktyabr 2025 04:04see136

“Qəzzanın İsrail seçkilərinə təsiri: müharibədən sonra siyasi xəritə necə dəyişir?“ İsrail mətbuatı

26 Oktyabr 2025 20:55see135

Kremlin Vaşinqtonla razılaşmadığı məsələ Peskov danışdı

26 Oktyabr 2025 14:51see134

Tbilisinin mərkəzində müxalifət yürüş mitinq keçirir

26 Oktyabr 2025 21:00see132

Çipli nömrələrə son Yeni nömrələr çipsiz verilir

27 Oktyabr 2025 23:41see129

Tarixin ən məşhur qırılmaz kodlarından birinin həlli tapıldı...

26 Oktyabr 2025 21:54see128

Luvr soyğunu ilə bağlı iki şübhəli saxlanıldı “Le Figaro”

26 Oktyabr 2025 15:29see128

Osimhen Okan Buruka təriflədi: Onun rəhbərliyi altlnda oynamaqdan çox məmnunam

27 Oktyabr 2025 00:39see127

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see127

Siyasətlə evi isidə bilmərik Siyarto

26 Oktyabr 2025 20:40see126

Zelenski: Tramp Ukraynada hazırkı cəbhə xəttində hərbi əməliyyatların dayandırılması ilə razıdır

27 Oktyabr 2025 01:21see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri