Bir millət olmaqla yanaşı, həm də bir orduyuq Hulusi Akar
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
"Azərbaycan və Türkiyənin ortaq ordusunun formalaşdırılması davamlı prosesdir".
Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akar Milli Məclisdə keçirilən TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitə sədrlərinin ikinci iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Prezident İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyini dəstəkləyir:
"Onun dediyi kimi, artıq bir millət iki dövlət yox, bir millət üç dövlətik. Bundan əlavə, bir millət olmaqla yanaşı, həm də bir orduyuq. Hazırda ortaq ordu istiqamətində proses davam edir. Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə çalışmalıdırlar. Bunun üçün birlikdə hərbi təlimlər şərtdir. Silahların, təchizatlar uyğunlaşdırılmalıdır. Proses uğurla davam edir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 15 Aprel 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















