Icma.az
close
up
RU
Bir səmtin ensiklopediyası Türkan Turan yazır

Bir səmtin ensiklopediyası Türkan Turan yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkan TURAN

Təsəvvürünüzdə bir yer canlandırın - din, dil, irq fərqi olmayan, məscidlərin, sinaqoqların, kilsələrin kürək-kürəyə ucaldığı, bir tərəfdə dindarların ibadət etdiyi, bir tərəfdə fahişələrin özünü satdığı yer. Neçə əsrlik tarixi göz bəbəyi kimi qoruyub saxlayan həmin məkandır bu yer - mühacirlərin sığınacağı, axmaqların oylağı, zəiflərin hamballıq etdiyi, zənginlərin at oynatdığı, zamanın sürətlə axdığı, amma tarixin yerində qaldığı Karaköydür.

Bir vaxtlar Karaköy deyəndə hamının ağlına iqtisadiyyat, pul, xəzinə gəlirdi. Çünki şəhərin əsas limanı idi və bu liman yüz illər boyu ticarətin mərkəzi sayılırdı. Sadəcə ərazidə yaşayanların deyil, limandan gəlib keçən hər millətdən izləri də daşıyır. Hətta buralar 1500-cü illərdə İspaniya inkvizisiyasından qaçan yəhudilərə ev sahibliyi etmişdi. XIX əsrin sonlarından etibarən Osmanlının xəzinə mərkəzi idi. Bir dönəm də Bolşevik inqilabının didərgin saldığı belaruslara qucaq açmışdı. Təlaş içində yaşayan bu günün insanları binalardakı əsrarəngizliyin, detalların, ihtişamın fərqində olub-olmadıqlarını demək çətindir, amma Karaköy baxan deyil, görən gözlər üçün ensiklopediyadır. Qalata körpüsünün yanından yuxarıya, Bezmialəm Məscidinə doğru uzanır. Adını bir vaxtlar burada yaşamış Karaim yəhudilərindən alıb. Başqa rəvayətdə isə, Bizans dönəmində ərazidə yaşayan Karay türklərinə görə Karayköy olduğu və günümüzə qədər dəyişərək Karaköy olaraq gəlib çıxdığı deyilir.

Ətrafda asta addımlarla yeriyən kimsə görsəniz, bilin ki, turistdir. Yerlilər daha çox yerimək və qaçmaq arasında vargəl etdikləri üçün ətrafı seyr edərək gəzmirlər. Daha çox məkanlarda oturmağa üstünlük verirlər. Şəhərin dörd tərəfinə yayılan ərəblərin çox üstünlük vermədikləri yerdir bura. Çünki lüks deyil, həddən artıq sadə, dərin tarixi, keçmişi olan yerdir. Ərəblər isə dərinliyə deyil, görüntüyə daha çox meyillidirlər. Amma ruslar... buranı özlərinə məskən seçiblər desəm, yəqin ki, yanılmaram. Çünki tarixini, rusların həyatındakı rolunu bilirlər. Yuxarıda da qeyd etdiyim kimi, vaxtilə Karaköy rusların axın etdiyi yer olub. Hər tərəfdə onlardan bir iz görmək mümkündür. Ancaq burada ən çox görəcəyimiz şey kilsədir. Binaların tavan qatında, hər küncdə, hər döngədə kilsə var. Hətta kilsələri ilə məşhur olan İstiqlal caddəsində yeddisi mövcud olduğu halda, burada nə az, nə çox, düz 20-ə yaxın kilsə var.

Banklar küçəsi, Mongerinin şah əsəri

Kilsələrdən bəhs edəcəm, ancaq əvvəlcə Karaköydən Qalataya tərəf uzanan məşhur Banklar küçəsinə gedək. Bura XIX əsrdə əsası qoyulan abidələri ilə sanki o dönəmə açılan qapıdır. Sənət əsəri sayılan binalardan biri Karaköy Palasdır. İtalyan memar Culio Mongeri tərəfindən Bizans, Səlcuk və Osmanlı tərzlərinin sintezi şəklində 1920-ci ildə inşa edilən möhtəşəm abidədir. Bina günümüzdə “Xalq Bank”ın şöbələrindən biri kimi fəaliyyət göstərir. Sanay-i Nəfisə məktəbinin müəllimlərindən olan Mongerinin şah əsəri sayılan və az qalsın hər kəsin önündə şəkil çəkdirdiyi, İstiqlal caddəsinin baş tacı sayılan St Antuan Kilsəsinin memarı olduğunu xüsusilə vurğulamaq istərdim. Ona görə də, elə bir əsərin sahibinin belə bir bina inşa etməyi insanı təəccübləndirmir. Qarşısındakı Voyvoda küçəsinin əsas meydanla birləşdiyi yerdə görünən Nordstern Xanı olan iş mərkəzinin memarının kim olduğu bilinməsə də, memarlıq üslubuna görə, Culio Mongerinin əsəri olduğu deyilir. 1889-cu ildə inşa edilən bina, iddialı tağları, naxışlı pəncərələri ilə qotikdən renessansa keçid dönəminin memarlıq xüsusiyyətlərini iks etdirir. Hazırda sığorta şirkətlərindən birinə ev sahibliyi edir. Şirkət binanı xalqdan tamamilə qoparmamaq üçün birinci mərtəbəni sənət mərkəzinə çevirib.

Karaköy bərələrinə gedən yolun üstündə isə neoklassik üslubun istifadə edildiyi möhtəşəm bina var. I Dünya müharibəsindən öncə Avstriya Bankı olaraq fəaliyyət göstərən binanın inşa tarixi 1912-ci ildir. Binanın Haliçə baxan yönündə ən uc nöqtəsində, yəni başında iki heykəl var. Kişi olan heykəl sənayeni, qadın olan heykəl ticarəti təmsil edir.

Bəziləri bu heykəlləri Tövratla əlaqələndirir. Kişi heykəlinin yəhudilərin müqəddəs bildiyi Hiram Usta, qadının isə anası Dul qadın olduğunu deyirlər. Hər iki iddianı birləşdirən tək ortaq nöqtə var; o dönəmdə bu cür heykəlləri binanın üzərinə qoyulmasına necə icazə verilib?!

Yeraltı məscid

Karaköyün gizli xəzinələrindən biri də Yeraltı Məsciddir. Əslində buranın hekayəsi VII əsrə gedib çıxır. O vaxt burada qala varmış. Haliçə icazəsiz gələnləri tutub buradakı zindana atırmışlar. Həmin ərəfələrdə Ərəb mühasirəsi başlayır. Vehbi Bin Hüseyrə və Süfyan Üyeynə burda şəhid olurlar. Əziz hesab edilən hər iki şəxs qalanın zirzəmisində gizli şəkildə dəfn edilirlər. Zirzəminin qapısının kilidləri əridirlər. Əsrlər sonra zirzəmidəki bu qəbirlər tapır və türbə edirlər. Baş vəzir Kösə Mustafa Paşa dönəmində onun əmri ilə həmin türbələr məscidə çevrilir. Açığı, burada yatan iki şəxsdən və öldükləri tarixdən başqa məscid haqqında qalaq-qalaq yazılacaq xüsusi memarlığı yoxdur.

Müsəvi izi

Qalata tunelinin girişindən solda Pərçəmli küçəsində Zülfaris Sinaqoqu var, hazırda muzey kimi fəaliyyət göstərir. Abidə bir vaxtlar ərazidə yaşayan müsəvilər tərəfindən tikilib. Onların getməsi ilə qapılarını qapadıb. Buraya gələn ziyarətçiləri muzeyin qarşısında “yanan od” heykəli qarşılayır. Ölkələrini qorumaq uğrunda ölən türkəsilli müsəvi əsgərlərin xatirəsini əbədiləşdirmək üçün ucaldılan bu heykəlin müəllifi Nadia Ardittidir. Muzeyin əsas binası neoklassik tərzdədir. Adama elə gəlir ki, binanı inşa edən sanki bütün istedadını, bacarığını, qabiliyyətini bu bina üçün istifadə edib və bitirib. Elə restavrasiya da əslinə uyğun tərzdə aparılıb. Muzeydə müsəvilərdən, onların cehiz, evlilik, sünnət kimi adətlərindən ibarət bölmələr mövcuddur.

Kilsə necə Ərəb məscidi oldu?

Muzeydən çıxıb yola davam edərkən, Tərsanə küçəsinə çıxırsan. Küçə ilə bir az irəlilədikdən sonra qarşına əzəməti, görkəmi ilə görənləri valeh edən Ərəb məscidi çıxır. Ətrafına qarışqa kimi səpələnmiş dükanlar, mağazaların arasından bütün keyfiyyəti, qədimiliyi ilə insanı yolundan edir. Qeyd edim ki, abidəyə baxan kimi ərəblərlə və məscidlə əlaqəsi olmadığını dərhal anlayırsan və yanılmırsan. Çünki bura İstanbulda məscidə çevrilən ilk kilsədir. 1323-37-ci illərdə Paul kilsəsinin olduğu yerdə dominikanlı keşişlər tərəfindən inşa edilib. Cənəvizlilərin burada ibadət etdikləri ehtimal olunur. Çünki kilsədə aparılan qazıntı işləri zamanı cənəvizlilərə aid qəbir daşları tapılıb və həmin daşlar hazırda Arxeologiya Muzeyində sərgilənir. XVI əsrdə İspaniya inkvizisiyasından qaçmağı bacaran və İstanbula gələn ərəblər tərəfindən istifadə edilməyə başlanır və ona görə də adı Ərəb Məscidi olaraq qalır.

Rüstəm Paşanın Sinana tikdirdiyi xan

Karaköy həm də xanları ilə məşhurdur. Onlardan ikisi Osmanlının erkən dönəmlərindən qalmadır. Bu xanlar Mehrimah Sultanın əri Rüstəm Paşa tərəfindən Memar Sinana inşa etdirilib. Bənzərsiz gözəlikdəki bu abidələrin adı Rüstəm paş Xanı və Qurşunlu xandır. Sinan buranı dağılmış Cənəviz kilsəsinin üstündə ucaldıb. Bir az irəlidə isə doqquz qübbəli görüntüsü ilə ətrafdakı bütün binalara meydan oxuyan Fateh Xanı var. Bura Sultan Fateh Mehmetin İstanbulu aldıqdan sonra inşa etdirdiyi ilk binadır.

Atatürkün dostu, Ergenekon məsələləri...

Karaköydəki kilsələrdən tək-tək yazsam, yəqin ki, kitab olar. Ona görə də, diqqətimi çəkən bir neçə abidədən bəhs edəcəm.  Onlardan biri qapısında Atatürkün şəklini gördüyüm kilsədir. Həyətə daxil olanda üzümü hansı tərəfə çevirsəm, Atatürklə göz-gözə gəldim, ona aid sözlər oxudum. Ardınca saat 15:00-ı gözləyib, çərşənbə ayininə qatıldım. Duaların türkcə edilməsi də maraqlı gəldi. Sən demə, bura, Atatürkün “O, milli mübarizədə bizə bir ordu qədər qədər yardım etdi” dediyi dostu, din xadimi III Papa Eftimin qurduğu Türk Ortodoks kilsəsi imiş. Müstəqil Türk Ortodoks Patriarxlığı, Şərq Ortodoks Kilsəsi tərəfindən tanınmayan Ortodoks kilsəsidir. 2002-ci ildə Eftim vəfat edir. Yerinə kimin keçməsi ilə bağlı bir müddət mübahisələr olur. Sonra necə olursa kilsənin adı “Ergenekon əməliyyatları”na qarışır və işləri idarə edən Papa Eftimin nəvəsi Sevgi Erenerol həbs edilir. Guya, Türk Ortodoks Patriarxlığı Ergenekonun qərargahı imiş. Qısacası, kilsənin başı bir az bəlalıdır. İçərisində tarixi əşyalar, tabutlar, vaftiz üçün gümüş qablar görülməyə dəyər əsərlərdəndir. Təbii ki, Atatürkün necə qalib gəldiyini, necə insanlarla yola çıxaraq bacardığını görmək üçün də bu kilsə ziyarət edilməlidir. Çünki bəzən əhəmiyyətli olan yolun çətinliyi deyil, yola kimlərlə çıxdığındır. Bunu müəyyənləşdirdikdən sonra varacağın nöqtəni təxmin etmək elə də çətin deyil. Atatürk kimi...

Pargalıdan sonra...

Karaköyün unudulmuş ibadət yerləri arasında rus kilsələri də çoxdur. Məsələn, binanın tavan qatında Rus Ortodoks kilsəsi var. Həm kilsə kimi fəaliyyət göstərir, həm də xüsusi sərgilərə ev sahibliyi edir. Kilsə haqqında detallı məlumat verə bilməyəcəm, çünki dördüncü mərtəbəyə qədər çıxdım, ancaq kilsəni görmək üçün o qədər ziyarətçi vardı ki, altıncı mərtəbəyə, yəni kilsənin yerləşdiyi yerə qədər çıxmağım üçün saatlarca gözləməli olacağımı düşünüb geri qayıtdım. Yan binada tavan qatında başqa kilsə adı görüb yuxarı çıxdım. Bolşevik İnqilabı ərəfələrində İstanbula sığınan belarusların açdığı Əziz Andreas Müqəddəs Skiti monastırıdır bura. Doğrudur, olduqca balacadır, amma içərisindəki mavi və göy rəngin hakim olduğu memarlığı görmək üçün lazım gəlsə, fəaliyyət göstərdiyi beşinci mərtəbəyə beş dəfə də çıxıb düşməyə dəyər. Bura daha çox yaşlı nəslin gəlməyə davam etdiyi ibadətgahdır. Gənc belarusların dua etdiyi ünvanı Panteleimon kilsəsidir.

Karaköy başqa aləmdir. Gəzib, görə bildiyim qədərini yazdım. Bilirəm ki, burada gördüklərim görmədiklərimin yarısıdır. Olar də, var olduğu hər dönəmdə, hər dildən, hər dindən, hər irqdən olan insanların gəldikləri, iz qoyduqları, çıxıb getdikləri yerdir bura. Yaxşı, hamısını qoyaq bir kənara mənim üçün qiymətli olan Parqalı İbrahim Paşanın kimsəsiz, yalqız, əksəriyyətin bixəbər olduğu, binaların arasında sıxışıb qalan məzarı da burdadır. Karaköyü həmin məzarı axtara-axtara kəşf etdim. Paşadan öncə bura sadəcə ötüb keçdiyim yer idi. Bu haqda ətraflı yazacam.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyun 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see137

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see131

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see125

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see120

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see119

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see114

Mançester Siti iki müdafiəçiyə elçi düşdü edir Biri razılıq verdi, o biri...

02 İyun 2025 16:00see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Ağdamda 747 nəfər işlə təmin olunub

02 İyun 2025 15:16see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri