Icma.az
close
up
RU
“Birinci siniflərin bilməli olduğunu bəzi müəllimlər bilmədi”

“Birinci siniflərin bilməli olduğunu bəzi müəllimlər bilmədi”

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Məlum olduğu kimi, fevralın 28-dən martın 19-na qədər Bakı və Abşeron-Xızı Regional İdarələri üzrə fortepiano və musiqi nəzəriyyəsi müəllimlərinin attestasiyası keçirilib. 1700 nəfərə yaxın müəllimin iştirak etdiyi attestasiyada professor, əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Rimazi fortepiano müəllimləri üzrə komissiyanın sədri olub.

Bakupost.az bildirir ki, “Qafqazinfo" attestasiya prosesi ilə bağlı sualları cavablandıran Nəzakət Rimazi ilə müsahibəni təqdim edir:

- Nəzakət xanım, musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası prosesini necə qiymətləndirirsiniz? Proses necə keçdi?

- Ümumilikdə, attestasiya olduqca vacib proses olaraq çoxdan həyata keçirilməli idi.

- Attestasiyada daha çox müşahidə etdiyiniz məqamlar nələrdən ibarət idi? Ümumiyyətlə, bu attestasiyaya zərurət var idi?

- Bəli, əlbəttə, zərurət göz önündə idi. Bizim gənc musiqiçi nəslinə peşəkarlığı yüksək olan müəllimlər dərs deməlidir. Təəssüf ki, 6 gün ərzində sədrlik etdiyim komissiyada attestasiya olunan məktəblərin müəllimləri arasında çox da güclü namizədlər yox idi və nəticə etibarilə imtahanı uğursuz başa vuranların sayı az olmadı. Zəif cavablar üstünlük təşkil edirdi. Düşünürəm ki, bir çox müəllim bu prosesi ciddi qəbul etməmiş və ona ciddi hazırlaşmamışdı.

- Bəzi sosial media səhifələrində komissiya üzvlərinin çətin suallar verdiyi qeyd olunur. Doğrudanmı belə idi?

- Əslində, digər komissiyalarda hansı sualların verildiyini bilmirəm, buna görə də konkret fikir bildirə bilmərəm. Sadəcə onu qeyd edə bilərəm ki, verdiyimiz suallar çox sadə idi. Hətta o qədər sadə idi ki, onları 7 illik musiqi məktəbinin şagirdləri belə bilirlər.

Mən Ali Məktəbdəki iş fəaliyyətimlə birlikdə musiqi məktəbində də fəaliyyət göstərmişəm. Məktəb müəllimlərinin metodologiyasına və iş prinsipinə yaxından bələd olduğum üçün onlara məhz özlərinə uyğun yanaşma tərzi nümayiş etdirdim.

Komissiya sədri olduğum müddət ərzində müəllimlərə daha çox pedaqoji təcrübələrinə dair və bəsit suallar verirdik. Məsələn, bir müəllimə hansı bəstəkarın əsərini ifa edirdisə, adətən o bəstəkarın yaradıcılığı ilə bağlı suallar ünvanlayırdıq və mövzudan kənara çıxmırdıq. Üzdən oxuma zamanı isə biz əsərin aid olduğu tonallığın hansı işarələrə malik olduğunu soruşurduq. Normalda bunu 1-ci və 2-ci sinif şagirdləri bilməlidir. Təəssüf ki, bəzi müəllimlər bu sualları belə cavablandıra bilmirdilər və bu, bizi çox təəccübləndirirdi.

- Sizcə, musiqi və incəsənət məktəbi müəllimlərinin daha çox hansı peşəkar təlimlərə ehtiyacı var? Bu təlimləri Bakı Musiqi Akademiyası ilə birgə Mədəniyyət Nazirliyi həyata keçirə bilərmi?

- Təlimlərin Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti tərəfindən keçirilməsi məqsədəuyğundur. Çünki, BMA ölkənin ən qabaqcıl musiqi ocağıdır. Bunun bariz nümunəsi kimi attestasiya olunanlar sırasında Musiqi Akademiyasının məzunlarının yüksək səviyyədə çıxışlarını qeyd etmək olar.

- Attestasiyanın nəticələrinə əsasən uyğun olmayan müəllimlərə nə tövsiyə edərdiniz?

- Bütün müəllimləri eyni kateqoriyaya aid etmək doğru olmaz. Attestasiyadan keçməyən müəllimlərin səviyyəsi fərqli idi. Bəziləri az fərqlə uğursuz oldu, bəziləri isə çox zəif nəticə göstərdi. Məsələn, bəzi müəllimlər elementar biliklərə malik deyildi. Onlara sadəcə bir-iki aylıq təlim keçmək kifayət etməz, çünki onlar musiqi nəzəriyyəsini və tədris metodlarını tamamilə yenidən öyrənməlidirlər. Belə müəllimlər ya sıfırdan başlamalı, ya da başqa ixtisasa yönəlməlidir. Lakin bəzi müəllimlər müəyyən səviyyədə suallara cavab verə bilirdi və onların ifası da tam zəif deyildi. Bu kateqoriyaya aid olanlara isə təlimlərin müəyyən qədər faydası ola bilər. Yəni, müəllimlərin səviyyəsi fərqli olduğu üçün yanaşma da fərqli olmalıdır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 03 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri