Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanda səfərdədir AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanda səfərdədir
11 Noyabr 2024 18:02

