Icma.az
close
up
RU
“Biz çempionatı təşkil edərkən bəzi problemlərin üzə çıxacağını bilirdik”

“Biz çempionatı təşkil edərkən bəzi problemlərin üzə çıxacağını bilirdik”

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Futbol üzrə ölkə çempionatının bütün liqalarında qış fasiləsi yarandı.

Cari futbol mövsümü hadisə baxımından yetərincə zəngindi. Xüsusən də bu fikri 2-ci liqaya aid etmək lazımdı. Kənardan baxanda belə düşünmək olar ki, bu liqa vaxtından əvvəl dünyaya gələn uşağa bənzəyir. Oyuna çıxmaqdan imtina edən kim, iştirak ərizəsində adı olmayan futbolçusunu meydana buraxan kim, rəhbərsiz qalan klub hansı...
İkinci liqada 14 komanda iştirak edir ki, əksəriyyəti sponsorsuzdu. 2023-cü ildə 10 komanda ilə yaranan, sonradan 14 komandaya çatdırılan liqada büdcə ilə bağlı qarışıqlıq geniş vüsət alıb. “Füzuli”, “Lerik”, “Sheki Siti” və “Ağdaş” pulsuzluqdan əziyyət çəkir. “Sheki Siti”, “Göygöl” və “Hypers Quba” iştirak ərizəsinə salınmayan futbolçusunu meydana buraxdığı üçün texniki məğlubiyyət alıb. “Lerik” isə yolpulu tapa bilmədiyinə görə 7-ci turun “Şəfa” ilə oyununa çıxmadı. “Ağdaş”ın prezidenti Rəhman Əliyev çayda boğularaq dünyasını dəyişdiyinə görə onun işlərini baş məşqçi görür. Yəni ağdaşlılar çempionatı yola verir.
Bir neçə gün öncə “Qusar” “Şahdağ Qusar”la oyuna çıxmadı. Nədi-nədi, bir neçə futbolçusu “Birbaşa Bakı”nın heyətində minifutbol çempionatında oynamağı daha üstün tutdu. Bir sözlə, 2-ci liqada problemlər aşıb-daşır. Bəs bu liqanın problemləri azalmaq əvəzinə niyə ilbəil daha da artır?
Bu sualı Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasova ünvanladıq. Onun “Futbol+”ə cavabı belə oldu:

“Peşəkar Futbol Liqası tərəfindən 2-ci liqada qeyd etdiyiniz problemlərlə bağlı müntəzəm müzakirələr aparılır. Təbii ki, hansısa komandanın oyunda iştirak etməməsi çempionat üçün yaxşı hal deyil. AFFA İcraiyyə Komitəsinin qərarı ilə 2-ci liqanın təsis olunmasından sonra yarışın keçirilməsi Peşəkar Futbol Liqasına həvalə olundu. Biz çempionatı təşkil edərkən bəzi problemlərin üzə çıxacağını bilirdik. Amma çatışmazlıqları bilə-bilə gözləmək onların həllinə gətirib çıxarmayacaq. Xüsusilə bölgələrdə belə yarışların təşkil edilməsi futbolun kütləviliyi baxımından önəmli yerlərdən birini tutur. Biz də bunu nəzərə alaraq bu il də eyni qayda ilə çempionatı keçirmək qərarına gəldik. Yanaşmamız mənfi məqamları görüb onların həlli istiqamətində addımlar atmaqdı. İkinci liqada bütün oyunların canlı yayınlanması çempionatın təbliğində mühüm yerlərdən birini tutur. Bununla yanaşı, yeni istedadların üzə çıxarılması, peşəkar məşqçilərin formalaşması əsas məqamlardan sayılır. Gələcəkdə liqanın səviyyəsinin artacağına ümid edirik”.


RÖYANƏ OĞUZ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Dekabr 2024 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri