Rikardo Fernandeşdən iddialı mesaj: “Daha artığı mümkündür”
sport24.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İlk dövrəni komandamız üçün uğurlu hesab etmək olar. Bacardığımız qədər xal toplasaq da, etiraf etməliyəm ki, daha artığına nail olmaq istəyirdik". Bu sözləri Sport24.az-a açıqlamasında "Şamaxı"nın qapıçısı Rikardo Fernandeş deyib.
Portuqaliyalı futbolçu komandasının Misli Premyer Liqasının ilk dövrəsində nəticələri şərh edib:
"Digər komandalarla müqayisədə, xüsusilə maliyyə baxımından imkanlarımızın məhdud olduğunu bilirik. Buna baxmayaraq, əlimizdə olan imkanlarla mübarizə aparırıq və hər zaman daha artığına nail olmağı hədəfləməliyik. Daha çox xal toplaya bilərdikmi? Hazırda məsələyə bu prizmadan yanaşmağın mənası yoxdur. Xalları harada itirdiyimizi və nələri yaxşılaşdıra biləcəyimizi müəyyənləşdirməliyik. Səhvləri minimuma endirməyə, hər gün və hər oyunda inkişaf etməyə çalışmalıyıq. Yalnız mövsümün sonunda "Şamaxı"nın turnir cədvəlindəki mövqeyindən razı və ya narazı qala bilərəm. Çempionatın cəmi üçdə biri geridə qalıb və qarşıda mübarizə aparmaq üçün hələ çox xal var. Yekun qiymətləndirməni mövsümün sonunda verəcəyik".
Qeyd edək ki, "Şamaxı" Misli Premyer Liqasında 11 turdan sonra 14 xalla 7-ci pillədə qərarlaşıb.
Baxış sayı:64
Bu xəbər 14 Noyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















