Bayram günləri xəstəxanalarda həkim niyə tapılmır?
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycanda səhiyyə sistemində mövcud problemlərdən biri də bayram günləri və həftəsonları tibb müəssisələrində tibbi xidmətin təşkilində müşahidə olunan çətinliklərdir.
Belə günlərdə bəzi xəstəxanalarda həkim çatışmazlığının yaranması, növbətçilik qrafikinin düzgün təşkil edilməməsi və təcili tibbi müdaxiləyə ehtiyac olduqda müvafiq mütəxəssisin tapılmaması vətəndaşların haqlı narazılığına səbəb olur.
Xüsusilə qəfil sağlamlıq problemləri və ağırlaşmalar zamanı həkimə vaxtında çıxışın təmin edilməməsi xəstələrin həyatı üçün ciddi təhlükə yaradır.
Bayram və istirahət günlərində xəstəxanalarda həkim çatışmazlığının əsas səbəbləri nədir və bu problemin aradan qaldırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, insan sağlamlığı ilə bağlı gözlənilməz hallar hər an baş verə bilər:

"Bayram və qeyri-iş günlərində də xəstəxanalarda növbətçi həkimlər fəaliyyət göstərir. Mövcud qaydalara əsasən, xüsusilə stasionar şöbələrdə, eləcə də təcili tibbi yardım və qəbul şöbələrində növbətçilik təşkil olunur. Bu, əsasən cərrahiyyə və travmatologiya profilli, təxirəsalınmaz tibbi yardım göstərən xəstəxanalara aiddir.
Qəbul şöbəsində hər zaman növbətçi həkim olur. Təcili tibbi yardım həkimi xəstənin ilkin müayinəsini aparır, zəruri tibbi müdaxilələri həyata keçirir və onun vəziyyətini stabilləşdirməyə çalışır. Məsələn, sınıq zamanı zədələnmiş nahiyənin hərəkətsizləşdirilməsi, qanaxma zamanı onun dayandırılması kimi ilkin müdaxilələr edilir. Bundan sonra ehtiyac yaranarsa, xəstə müvafiq ixtisaslı həkimə yönləndirilir.
Bəzi xəstəxanalarda isə zərurət yarandıqda evdən çağırılan növbətçi mütəxəssislər də fəaliyyətə cəlb olunur. Belə bir ehtiyac yarandıqda müvafiq ixtisas üzrə həkim xəstəxanaya dəvət olunur".
Professor qeyd edib ki, əsas məqsəd həyat üçün təhlükə yaradan təxirəsalınmaz vəziyyətlərdə vaxtında tibbi müdaxiləni təmin etmək və xəstənin həyatını xilas etməkdir:
"Ümumiyyətlə, həkimlərin istirahət və bayram günlərində bütün günü xəstəxanada olması tələb olunmur. Bu səbəbdən yalnız bayram və qeyri-iş günlərində deyil, adi iş günləri başa çatdıqdan sonra, axşam saatlarında da növbətçi həkimlər fəaliyyət göstərir.
Onlar həmin vaxt ərzində yaranan təcili tibbi vəziyyətlərə dərhal müdaxilə edirlər. Xəstəxanalarda tibbi xidmətin təşkili elə qurulmalıdır ki, təcili müdaxiləyə ehtiyac yarandıqda günün və ya təqvimdəki istirahət gününün fərqi olmadan xəstəyə yardım göstərilməsi mümkün olsun".
Gülər Həsənli
"Cebheinfo.az"
Açar sözlər: həkim Adil Qeybulla
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 14 Noyabr 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















