Icma.az
close
up
RU
“Biz cənab Prezidentin Ermənistana növbəti dəfə ciddi xəbərdarlıq etdiyini gördük”

“Biz cənab Prezidentin Ermənistana növbəti dəfə ciddi xəbərdarlıq etdiyini gördük”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

“Cənab Prezident ADA Universitetində “Yeni dünya nizamına doğru" mövzusunda keçirilmiş beynəlxalq forumdakı çıxışında olduqca önəmli, mühüm mesajlar səsləndirdi. O, Azərbaycanın əldə etdiyi uğur, xüsusilə də Qarabağ Zəfəri, Azərbaycan-Ermənistan münasibətləri və digər məsələlərdən danışdı. Biz cənab Prezidentin Ermənistana növbəti dəfə ciddi xəbərdarlıq etdiyini gördük. Təəssüflə qeyd etməliyik ki, dəfələrlə Azərbaycanın söyləməsinə baxmayaraq Ermənistan eyni siyasətini davam etdirir, yenidən müharibəyə hazırlaşır, yeni silahlar, texnikalar alır. Yəni biz bunu artıq dəfələrlə müşahidə edirik və görürük”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat Prezident İlham Əliyevin, eyni zamanda, Azərbaycan Qərb münasibətlərinə də çox geniş toxunduğunu bildirib: “Cənab Prezident Qərb dövlətlərinin ikili standartları, bu yöndə Azərbaycanın mövqeyi məsələsindən danışdı. Həmçinin dövlət başçısı Azərbaycanın Türk Dövlətləri Təşkilatı ilə əlaqəsindən bəhs etdi və bununla bağlı çox vacib mesajlar verdi. Eləcə də Yaxın Şərqlə bağlı cənab Prezidentin çox önəmli mesajları oldu. Yaxın Şərqdə İsrail Türkiyə qarşıdurmasının baş verməməsi üçün müəyyən addımların atılması önəmli bir uğura malikdir. Yəni bu gün Azərbaycan bunu edir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox sıx əməkdaşlığı, fəaliyyəti, prosesi uğurla həyata keçirir. Bu, Azərbaycanın apardığı uğurlu siyasətin göstəricisidir. Hesab edirik ki, cənab Prezidentin bu açıqlamaları Azərbaycanın necə uğurlu və uzaqgörən bir siyasət həyata keçirdiyini bir daha göstərir və təsdiq edir. Cənab Prezidentin rəhbərliyi ilə bu gün Azərbaycan dünyada öz rolunu, mövqeyini gücləndirir və daha da artırır. Bu bir daha Azərbaycanın bölgəmizdə nə qədər böyük bir rola, nüfuza, əhəmiyyətə malik olduğunun göstəricisidir”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 11 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see283

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see229

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see178

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see165

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see163

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see161

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see147

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see138

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see137

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see131

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see130

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see123

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see122

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri