Icma.az
close
up
RU
“Bizdən şübhələnən istintaqa müraciət etsin” 16 yaşlı qızın ölümündə müəmmalar

“Bizdən şübhələnən istintaqa müraciət etsin” 16 yaşlı qızın ölümündə müəmmalar

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Nurcanın ölümü məni çox sarsıdıb. Əlavə olaraq jurnalistlərin müraciətləri də mənə təsir edir. İlkin olaraq məsələni araşdırmaq lazımdır. Kiminsə dediyinə görə iddia irli sürmək lazım deyil”.

Bu sözləri “Yeni Sabah”a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təsisçisi və sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, rəhbəri olduğu təşkilatın sığınacağında baş verən faciənin araşdırılması hələlik istintaq mərhələsindədir:

“Tam əmin olmaq istəyən hər kəs prokrorluğa müraciət edə bilər. Hələlik istintaq gedir. Ona görə də bu məsələ ilə bağlı məlumat verə bilmirəm. Kənardan da elə görünməsin ki, özümü müdafiə edirəm. Lakin hər kəs bilsin ki, bizim təşkilatın heç bir nümayəndəsinin uşaqlara qarşı mənfi davranışı olmayıb. Qalan məsələlərdə də şübhələr varsa, araşdırma etməkdə azadsınız”.

Mehriban Zeynalova qeyd edib ki, hadisə baş verən kimi bütün aidiyyəti qrumlara məlumat verilib:

“Hadisə baş verən kimi hadisə yerinə təcili tibbi yardım, polis əməkdaşları və prokrorluq nümayəndələri dəvət edilib. Məsələni ictimaiyyətdən də gizlətməmişik. Haqqımızda çoxlu iddialar səslənir, susuruq ki, araşdırmalar nəticəsində əsas rəy verilsin. Özümüzə əmin olmasaydıq, bunların heç birini etməzdik”.

Xatırlatma: noyabrın 19-da Bakıda yerləşən “Təmiz Dünya” Qadınlara Yardım İB-nin sığınacağında yaşayan 16 yaşlı Nurcan Cəfərova 4-cü mərtəbədəki pəncərədən yerə yıxılıb. Ölən azyaşlının qohumları yeniyetmənin insan alverinin qurbanı olduğunu iddia edirlər.

Yeniyetmənin anası dünyasını çoxdan dəyişib. Atası Elşad Səfərov isə ölkəyə qayıtdıqdan sonra, noyabrın 18-də uşaqdan rəsmi qaydada imtina edib. 

Aydan Hacı 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 24 Noyabr 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri