Icma.az
close
up
RU
Bizim əsas istəyimiz budur ki, Zəngəzur dəhlizi də elə sülh prosesinə paralel reallaşsın

Bizim əsas istəyimiz budur ki, Zəngəzur dəhlizi də elə sülh prosesinə paralel reallaşsın

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Zəngəzur dəhlizi ilə bağlı məsələ artıq beş ilə yaxındır ki, müzakirə predmetidir. Bir sıra dövlətlər bununla bağlı fərqli fikirlər səsləndirirlər. Amma bununla bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur. İkinci Qarabağ müharibəsi bitdikdən sonra biz keçmiş Qarabağ münaqişəsi ilə bağlı bütün nəqliyyat və iqtisadi kommunikasiyaların blokdan çıxarılması, o cümlədən də elə 10 noyabr 2020-ci il tarixli bəyanatda öz əksini tapan bu tələblə bağlı, habelə Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı prosesin onsuz da reallaşacağını dəfələrlə təkrar etmişik.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına bildirib ki, Zəngəzur dəhlizi hərhansı bir formada onsuz da fəaliyyətə başlayacaq: “Bizim əsas istəyimiz budur ki, bu məsələ elə sülh prosesinə paralel reallaşsın, güc yolu ilə deyil, diplomatiya, danışıqlar yolu ilə reallaşsın.

Bununla bağlı təkcə Ermənistanın deyil, bəzi digər dövlətlərin də mövqeyi birmənalı olmayıb. Elə Rusiyanın özü bu dəhlizə nəzarətin yalnız onun əlində olacağı təqdirdə bu dəhlizin reallaşacağından yana olduğunu açıq şəkildə ortaya qoyur”.

Xəyal Bəşirov

Politoloqun fikrincə, İran tərəfi zaman- zaman buna qarşı çıxırdı. İkinci Qarabağ müharibəsindən sonrakı illərdə, daha sonra Zəngəzur dəhlizinə alternativ olan yolun İran ərazisinə keçməsi ilə bağlı Azərbaycanla razılaşmanın əldə edilməsindən sonra sanki elə bil həmin o əvvəlki qarşı çıxma yaddan çıxdı. Sanki İran tərəfi buna qarşı çıxmırdı.

“Düzdür, bu dövlətlərin daxillərində olan bəzi qüvvələr də Cənubi Qafqazdakı sülhün təhlükəsizliyin bərqərar olmaması üçün bu məsələləri ortalığa atırlar. Amma hər bir halda reallıq göz qabağındadır. Baş verən prosesləri hər birimiz müşahidə edirik. Qərbdən olan bir sıra dövlətlər, məsələn, Fransa qəti şəkildə bu dəhlizin istifadəsindən yana olmadığını göstərirdi. Bunu türk dünyasının birləşməsi kimi qəbul edən qüvvələr var. Bunu Azərbaycanla Türkiyənin yaxınlaşması kimi qəbul edən qüvvələr var. Hansı ki, bu yol tarix boyu olub”-deyən Xəyal Bəşirov qeyd edib ki, bu gün bizə Kalinqrad modelini təklif edənlər var.

Amma elə Kallinqrad modeli də Sovetlər İttifaqı dönəmində elə bir əhəmiyyətə malik deyildi. Yəni onsuz da sovetlər hələ süquta uğramamışdan öncə elə Belarusiyanın özü də Baltikyanı ölkələr, o cümlədən Litvanın özü də Sovetlər İttifaqına aid olduğuna görə o zamanlar bu aktual deyildi.

Eyni proses Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında olan yola da aiddir. Çünki həmin yol uzun onilliklər boyu dəmir yolu olub, avtomobil yolu olub. Hətta bu yollardan öncə həmin o ərazilər Azərbaycanın tarixi əraziləri olub. At arabalarının nəqliyyat vasitəsi olduğu dönəmdə də o yollar olub. Azərbaycanlılar yoldan istifadə ediblər.

İndi dünyada, o cümlədən Cənubi Qafqazda siyasi mənzərə dəyişib.

“Artıq Sovet İttifaqı süquta uğradıqdan sonra o, cümlədən Ermənistan Azərbaycan ərazilərini işğala məruz qoyduqdan sonra bütün nəqliyyat və iqtisadi kommunikasiyalar, o cümlədən də Zəngəzur dəhlizinin keçdiyi Ermənistan arasındakı 42 kilometrlik yol aktuallığını itirmişdi.

Çünki bizim üçün prioritet, əsas aktual məsələ işğala son qoymaq, Qarabağı və digər torpaqlarımızı qaytarmaq idi.

Çünki Zəngəzur dəhlizinin aktuallığını ortaya qoyacaq dövlətlərdən ən birinci dövlət Azərbaycan olmalı idi. Elə Azərbaycan da oldu. İkinci Qarabağ müharibəsindən sonra məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə bu məsələ gündəmə gətirildi və bununla bağlı sonrakı addımlar atıldı. Azərbaycan İkinci Qarabağ müharibəsində işğala son qoyduqdan sonra artıq bir sıra məsələlərin, o cümlədən də Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı zəruriliyi ortaya qoyub və artıq Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirmək üzrədir.

Demək olar ki, Ermənistan isə bu istiqamətdə addımlar atmır, müxtəlif formalarda bu prosesə ad verməyə çalışır və təbii ki, bütün bunlar da bu prosesin pozulmasına xidmət edirdi. Amma indi artıq Ermənistan özü də bunun zəruriliyini görür və heç bir halda bu prosesi poza bilməyəcəyini də artıq anlamaqdadır”-deyən politoloq hesab edir ki, İranın mövqeyində dəyişiklik var və bu dəyişikliklərin olması reallıqların artıq qəbul edilməsi anlamına gəlir.

Xəyal Bəşirov hesab edir ki, Kolinqrad modelinin olması, təklif edilməsi bəlkə də elə bu reallığa uyğundur.

Rusiya, Belarus, Litva və Polşa arasında müqavilə imzalanıb ki, Kalinqrad ərazisindən Rusiya ərazisinə, Rusiya ərazisindən Kalinqrada gediş gəliş təmin olunmalıdır.

İlk əvvəl burada sadəcə yüklərin göndərilməsi ilə bağlı razılıq əldə edilib. Amma daha sonra nəqliyyat vasitələrinin gediş -gəlişi, o cümlədən insanların gediş -gəlişi ilə bağlı razılıq əldə edilib.

Azərbaycan bütün bu məqamları tarixdə baş vermiş bu prosesləri nəzərə alıb, 10 noyabr 2020-ci il tarixli bəyanatın tələblərinə daxil edib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında insanların və yüklərin maneəsiz gediş gəlişini təmin etmək lazımdır.

Maneəsiz gediş- gəliş də dedikdə, burada Azərbaycan prezidenti, Azərbaycanın digər rəsmi şəxsləri bunu açıq şəkildə dəfələrlə bəyan ediblər, xüsusilə də prezident qeyd edib ki, Azərbaycan vətəndaşları o yolu gedib gələrkən öz digər ərazilərində olduğu kimi, bir rayondan digər rayona getdikləri kimi gedib -gəlməlidirlər.

Orada Ermənistanın, deməli, sərhədçilərinin üzünü görməməli, onların kaprizləri ilə oynamamalı, onların hansısa tələblərinə riayət etmək məcburiyyətində qalmamalıdır.

Bu, Azərbaycanın öz ərazisini öz ərazisi ilə birləşdirən bir yol kimi anlaşılmalıdır və burada heç bir maneə olmamalıdır.

Azərbaycanın əsas ərazisini birləşdirən bu yol həm də Zəngəzur dəhlizi kimi orta dəhlizi birləşdirən əsas həlqə kimi qəbul edilməlidir. Gələcəkdə Ermənistan bundan Azərbaycan vətəndaşlarından və yaxud Azərbaycana aid olan yüklərdən deyil, ayrı- ayrı dövlətlərin bu yoldan istifadə edəcəyi təqdirdə bundan iqtisadi dividendlər əldə edə bilər.

İndi bir sıra dövlətlərin, o cümlədən Amerika Birləşmiş Ştatlarının bu prosesə qoşulması və bununla bağlı təşəbbüslər irəli sürülməsindən sonra artıq Ermənistanda da müəyyən hərəkətlilik var.

Ümid edək ki, bu hərəkətlilik yekun bir nəticəyə gətirib çıxaracaq. Biz sülh prosesi ilə paralel şəkildə sülhün əldə edilməsi ilə yanaşı, həm də Zəngəzur dəhlizinin reallaşdırılmasının şahidi olacağıq. Çünki bu, ümumilikdə təkcə Azərbaycan vətəndaşlarının maraqlarına xidmət etməyəcək. Ümumilikdə regionun ayrı-ayrı ölkələrinin, dünyanın bu yoldan iqtisadi prioritetlər üçün məqsədlər üçün istifadə edəcək.

Ayrı ayrı dövlətlərin maraqlarına xidmət edəcək.

Politoloqun fikrincə, buna da maneəçilik etmək sadəcə və sadəcə siyasi və iqtisadi cığallıqdan irəli gəlir. Bu da Ermənistanı və yaxud Ermənistana havadarlıq edən, bu prosesi pozmaqdan yana olan ayrı- ayrı dövlətlərin təsiri altında törədilə biləcək addımdır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Avqust 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri