Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Bizim ömür kitabımız... Sabir Rüstəmxanlı 80

Bizim ömür kitabımız... Sabir Rüstəmxanlı 80

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyinin təşəbbüsü ilə Sarayevonun "Bookline" nəşriyyatı bu günlərdə 80 illik yubileyi qeyd olunan Xalq şairi Sabir Rüstəmxanlının "Ömür kitabı" əsərini nəşr edib. Səfir Vilayət Quliyev kitaba kiçik müqəddimə yazıb. Möhtərəm "525-ci qəzet"dən həmin yazını Səfirin və Səfirlik əməkdaşlarının səmimi yubiley təbriki kimi öz səhifələrinə verməsini xahiş edir, Sabir Rüstəmxanlıya bir daha möhkəm cansağlığı, uzun ömür, 60 ildən bəri sayıqlıqla dayandığı ədəbi-ictimai "postunda" xidmətini eyni şərəf və məhsuldarlıqla davam etdirməyi arzulayırıq.

Sabir Rüstəmxanlı (1946) müasir Azərbaycan ədəbiyyatının ölkəmizdə və xaricdə kifayət qədər yaxşı tanınan görkəmli nümayəndələrindən biridir. Son yarım əsr ərzində şair, yazıçı, publisist, ictimai və dövlət xadimi, siyasətçi kimi geniş fəaliyyət göstərib, dünya miqyasında Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliğatçısı, Azərbaycan maraqlarının müdafiəçisi kimi tanınıb. Ötən əsrin 1990-cı illərində geniş vüsət alan və suveren Azərbaycan dövlətinin qurulması ilə nəticələnən milli azadlıq mübarizəsində xüsusi yeri və rolu var. Həm də azadlıq və müstəqillik ideyaları onun yaradıcılığına sovet imperiyasının süqutu ərəfəsində daxil olmamışdı. Sabir Rüstəmxanlının da adı bu süqutun labüdlüyünü sezən, xalqını öz taleyinə sahib çıxmağa səsləyən qələm adamlarının sırasında çəkilə bilər. Hələ sovet sisteminin mövcud olduğu şəraitdə mübarizə ruhlu şeirləri, publisist məqalələri ilə soydaşlarını rejimin əsl mahiyyətindən xəbərdar etmiş və onları gələcək müstəqilliyə hazırlamağa çalışmışdı. Qəzet redaktoru və naşir, millət vəkili və nazir kimi praktiki mənada da bu mübarizəyə layiqli töhfəsini vermiş, daim xalqla bir yerdə olmuşdu. Bədii yaradıcılığı və ictimai-siyasi fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının arzu və məqsədlərinin ifadəçisinə, səsinə və sözünə çevrilməyi bacarmışdı.

Bütün bu xüsusiyyətlər onun ən populyar yaradıcılıq nümunələrində biri olan "Ömür kitabı" tarixi-publisist əsərində parlaq bədii-publisist təcəssümünü tapıb. Sabir Rüstəmxanlı onlarla şeir kitabının, bir neçə romanın, çoxsaylı ədəbi-tənqidi və publisist məqalələrin müəllifidir. Əksəriyyəti yüksək ədəbi meyarlara cavab verən bu əsərlər içərisində "Ömür kitabı" onun vizit kartına çevrilib. İndiyə qədər ölkəmizdə dəfələrlə nəşr olunan, bir sıra xarici dillərə tərcümə edilən əsər aradan keçən illər ərzində həm də on minlərlə azərbaycanlının masaüstü kitabı olub. Çünki onun səhifələrində vətən tarixi öz gerçək, prinsipial, ən başlıcası isə qədirşünaslıq və ürək yanğısı ilə dolu əksini tapıb. Azərbaycanın tarix boyu Cənubi Qafqaz və Yaxın Şərq regionunda tutduğu önəmli yer, oynadığı mühüm ictimai-siyasi və ədəbi-mədəni rol göstərilib. Azərbaycan xalqının tarix boyu üzləşdiyi çətinliklər, məruz qaldığı sınaqlar obyektiv şəkildə əks etdirilib. Tədqiqatçılardan birinin haqlı olaraq qeyd etdiyi kimi, "Biz insanların kitabın cazibəsinə necə düşməsinin nümunəsini Sabir Rüstəmxanlının "Ömür kitabı"nda gördük. Nə ona qədər, nə də ondan sonra belə bir nümunə olmamışdı. Bu, bir hadisə idi və yalnız ədəbi hadisə deyildi. Ondan daha böyük milli hadisə idi. "Qələmin müqəddəs vəzifəsi millətə xidmətdən ibarətdir", deyən M.Ə.Rəsulzadə sanki bu sözləri "Ömür kitabı" üçün yazmışdı". Tam əminliklə demək olar ki, bu kitab müstəqilliyə qədəm qoyduğumuz, milli dövlətçilik havası ilə nəfəs almağa başladığımız 1990-cı illərdə insanlarımızın özünü dərk prosesində və həyata, dünyaya baxışının formalaşmasında mühüm rol oynamışdır. Eyni maarifləndirici və ruhlandırıcı missiyasını bu gün də davam etdirir. Və inanıram ki, soydaşlarımız arasında vətəninə, torpağına, tarixinə, türk mənliyinə və şəxsiyyətinə təşnəlik hissi durduqca bu kitab da sonsuza qədər davam edən ömür yolunu yaşayacaq. Heç şübhəsiz, "Ömür kitabı" ədəbiyyatın necə böyük qüvvə olduğunu, hissləri və şüurları necə öz təsiri altına aldığını, hətta insanlara istiqamət verdiyini göstərən örnəklərdən biridir.

Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyi məhz bu keyfiyyətlərini nəzərə alaraq əsəri ədəbiyyatımızın diqqətəlayiq nümunəsi kimi daha geniş arealda yayılması üçün nəşr etməyi məqsədəuyğun saymışdır.

Vilayət Quliyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 May 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri