Icma.az
close
up
RU
BİZİM TƏQVİM:20 avqustda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:20 avqustda baş vermiş tarixi hadisələr

Icma.az bildirir, Bizim media portalına istinadən.

2001-ci ilin bu günüdə Prezident Heydər Əliyev Azərbaycanda hərbi təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı Fərman imzalayıb. Fərmana əsasən, Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılıb. 2004-cü ildən bu hərbi məktəblər Heydər Əliyevin adını daşıyır.
Bəs, avqustun 20-də dünyada daha hansı hadisələr baş verib?
1. 20 avqust 636-cı ildə Ərəb ordusu Xalid bin Vəlidin sərkərdəliyi ilə Yermuk döyüşündə Bizans ordusunu məğlub edərək Suriya və Fələstinə nəzarəti ələ keçirdi.
2. 20 avqust  1648-ci ildə Roma-Tevton imperiyasının Lens müharibəsində məğlub olması ilə otuz illik müharibəyə son qoyuldu.
3. 20  avqust 1866-cı ildə ABŞ prezidenti Endryu Conson ölkədə vətəndaş müharibəsinin başa çatdığını rəsmən elan etdi.
4. 20  avqust 1921-ci ildə Beynəlxalq Atletika Federasiyası yaradıldı. Əvvəlki bütün ən yaxşı qələbələr dünya rekordları kimi qeyd edildi.
5. 20  avqust 1940-cı ildə  sosialist inqilabının liderlərindən olan Lev Trotski sürgündə yaşadığı Meksikada Stalinin xəfiyyəsi tərəfindən öldürüldü.
6. 20 avqust  1968-ci ildə  Çexoslovakiya Sovet İttifaqı və Varşava Paktı  ölkələri tərəfindən işğal edildi. Aleksandr Dubçek və digər Çex liderləri həbs edildi. Sovet tankları Praqa küçələrində xalqın müqaviməti ilə qarşılaşdı.
7. 20 avqust  1975-ci ildə NASA-nın “Viking 1” kosmik gəmisi Marsa yola düşdü.  İki ildən sonra eyni gündə “Voyager 2” Yupiter, Saturn və  Neptunu tədqiq etmək üçün kosmosa buraxıldı.
8. 20 avqust 1988-ci ildə 8 illik İran-İraq müharibəsi atəşkəslə başa çatdı.
9. 20 avqust 2008-ci ildə İspaniya Hava Yollarının sərnişin təyyarəsi Madriddən Kanar adalarına yola çıxarkən uçuş-enmə zolağında yandı, 153 nəfər həlak oldu.
10. 20  avqust 2016-cı ildə Qaziantepin mərkəzindəki toy mərasiminə terror hücumu təşkil edildi. Hücumda 50 nəfər həlak oldu, 94-ü yaralandı.
11. 20 avqust 2017-ci ildə  məşhur Amerikan  komediyaçısı Cerri Levis (Jerry Lewis) 91 yaşında  Las Veqasdakı evində vəfat etdi.
Avqustun 20-də bu şəxsiyyətlər xatırlanır:
1. 20 avqust 1901-ci ildə məşhur xanəndə, Xalq artisti Xan Şuşinski (1901 – 18.3.1979) Şuşada doğulub. Muğamlarımızın bənzərsiz ifaçısı olmaqla yanaşı, “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” və s. mahnı və təsnifləri bəstələyib.
2. 20 avqust 1912-ci ildə görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi (1912 – 2.8.1984) anadan olub. “Xosrov və Şirin” operası, “Çitra” baleti, “Zaqatala süitası”, “Rast” simfonik muğamının müəllifidir.
3. 1918-ci ilin bu günündə Azərbaycanın məşhur fiziki-alimi, Dövlət mükafatı laureatı, akademik Həsən Abdullayev anadan olub(1918-1993). O, 1970-1983-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub.
4. 20 avqust 1926-cı ildə filosof, şair, tərcüməçi, Əməkdar elm xadimi, akademik Aslan Aslanov (1926 – 23.8.1995) Qazax rayonunda anadan olub. Dövlət İncəsənət Universitetinin rektoru olub, “Qızlar və bənövşələr”, “Nəğməli günlərim” və s. şeir kitablarının müəllifidir.
5. 20 avqust 1929-cu ildə  Azərbaycanda diktorluq məktəbinin banilərindən biri, Əməkdar artist Aydın  Qaradağlı (1929 – 28.1.1980) anadan olub. 1946-cı ildən Azərbaycan Radiosunda çalışıb.
6. 20 avqust 1932-ci ildə ədəbiyyatşünas, yazıçı İslam Ağayev (1932 – 27.1.2014) Bakının Bülbülə qəsəbəsində anadan olub.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Avqust 2026 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri