BMT: Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı bəzi dəyişikliklərə ehtiyac var
Icma.az, Apa.az saytına istinadən bildirir.
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) çatmaq üçün irəliləməkdə davam edir, lakin hələ də bir sıra islahat və dəyişikliklərə ehtiyac var.
"APA-Economics” xəbər verir ki, bunu BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (2026-2030-cu illər) “Yüksək Səviyyəli Strateji Prioritetləşdirmə” seminarında çıxışı zamanı BMT-nin Azərbaycan üzrə Rezident Əlaqələndirici ofisinin iqtisadçısı Hurşid Rüstəmov deyib.
O qeyd edib ki, bunlardan biri iqtisadi çağırışlarla bağlıdır. İxracın diversifikasiyasının artırılması və iqtisadi rəqabət qabiliyyətinin gücləndirilməsi vacibdir.
Digər məsələ insan amili ilə bağlı çağırışlardır: “Əmək məhsuldarlığının artırılması və təhsil sahəsində keyfiyyətin yüksəldilməsi tələb olunur”.
H.Rüstəmov həmçinin əlavə edib ki, ətraf mühit və iqlim dəyişikliyi sahəsində davamlı inkişaf üçün əlavə tədbirlər görülməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 31 Yanvar 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















