Icma.az
close
up
RU
BMT də brifinq: erməni diplomatın cavabı verildi

BMT də brifinq: erməni diplomatın cavabı verildi

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT-nin Nyu-Yorkdakı baş qərargahında Azərbaycanın mina problemi ilə bağlı brifinqi pozmağa cəhd edən erməni diplomata tutarlı cavab verilib.

Globalinfo.az bildirir ki, bunu “Report”un ABŞ bürosuna açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

F.Şəfiyev vurğulayıb ki, Ermənistan Azərbaycanın mina məsələsini guya siyasiləşdirdiyini iddia etsə də, faktlar bunun əksini göstərir: “Azərbaycan ərazisində yüz minlərlə mina yerləşdirilib və bu minaların böyük əksəriyyəti Ermənistan tərəfindən yerləşdirilib. Təbii ki, bu fəaliyyətlər Ermənistanda narahatlıq doğurur. Düşünürəm ki, Azərbaycan hökuməti mina problemini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istiqamətində olduqca fəal addımlar atır. Hazırda Vaşinqtonda ANAMA nümayəndələri fəaliyyət göstərir və bu istiqamətdə məlumatlandırma işi intensiv şəkildə davam etdirilir. Belə tədbirlərin əsas məqsədi bu problemin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasıdır. Ermənistan tərəfi də əks tədbirlər görməyə çalışır. Tədbir zamanı Ermənistan nümayəndəsinə tutarlı cavab verildi. Eyni zamanda brifinqdə iştirak edən bir sıra ölkələrin – Nikaraqua, Pakistan, Türkiyə və İtaliyanın nümayəndələri Azərbaycanın mövqeyini dəstəklədiklərini açıq şəkildə ifadə etdilər”.

F.Şəfiyev bildirib ki, Azərbaycanda Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinin açılması planlaşdırılır: “Mən öz çıxışımda bu təşəbbüsdən bəhs etdim. Azərbaycan torpaqlarının minalardan təmizlənməsi zamanı biz yeni texnologiyaları tətbiq etməklə mühüm təcrübə toplayırıq. Bu təcrübənin Afrika, Asiya və digər region ölkələrinə də ötürülməsi nəzərdə tutulur. Bu sahədə BMT institutları, o cümlədən bir sıra özəl donorlar, xüsusilə də ABŞ-dən olan donorlar, minaaxtaran itlərin alınmasında fəal iştirak edirlər. Başlanğıc mərhələdə bu fəaliyyətlər Azərbaycanda həyata keçiriləcək”.

F.Şəfiyev qeyd edib ki, hazırda Azərbaycanda mina təmizləmə işlərinin 94 %-i ölkənin öz resursları hesabına həyata keçirilir, yalnız 6 %-i beynəlxalq dəstək vasitəsilə mümkün olub: “Kamboca və Kolumbiya kimi ölkələrlə müqayisədə Azərbaycana beynəlxalq dəstək hələ də olduqca azdır. Halbuki bizə texniki vasitələr, treninqlər, minaaxtaran itlər və digər vasitələr üzrə yardım vacibdir. Təəssüf ki, keçmiş münaqişə kontekstində ikili standartlarla üzləşirik və bu, bu gün də davam edir”.

O əlavə edib ki, Avropa İttifaqının Ermənistana göstərdiyi yardımın həcmi də ikili standartlara bariz nümunədir: “Halbuki Ermənistan ərazisində genişmiqyaslı münaqişə olmayıb. Bütün dağıntılar və mina təhlükəsi Azərbaycan ərazisində cəmlənib. Azərbaycan olaraq bizdə bu problemi həll etmək üçün iradə və resurslar mövcuddur. Sadəcə zaman tələb olunur. Əsas prioritetimiz isə məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasını təmin etməkdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Aprel 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri