BMT Kirillova qarşı terror aktını pisləmədi
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
BMT Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri İqor Kirillova qarşı törədilən terror aktını pisləməyib və yalnız gərginliyi daha da artırmaqdan çəkinməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bunu BMT baş katibin sözçüsü Stefan Düjarrik bildirib.
"Biz bu gün Moskvada iki rus hərbçisinin ölümü ilə nəticələnən insidentdən xəbərdarıq. Biz bütün tərəfləri təmkinli olmağa və gərginliyin daha da artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq", deyə Düjarrik qeyd edib.
Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski dekabrın 20-də BMT Təhlükəsizlik Şurasının iclasında Rusiya Federasiyasının Kirillova qarşı terror aktı ilə bağlı məsələ qaldıracağını bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 17 Dekabr 2024 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















