Icma.az
close
up
RU
BMT nin iki tədbirinin gələn il Azərbaycanda keçirilməsi əməkdaşlığımızın əsas istiqamətlərini ehtiva edir RƏY

BMT nin iki tədbirinin gələn il Azərbaycanda keçirilməsi əməkdaşlığımızın əsas istiqamətlərini ehtiva edir RƏY

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycanın BMT ilə münasibətləri dövlət müstəqilliyinin bərpasından sonrakı dövrdə həm diplomatik, həm də hüquqi baxımdan böyük əhəmiyyət kəsb edən proses olub. 1992-ci il martın 2-də Azərbaycan BMT-yə üzv qəbul edilib və bu addım ölkəmizin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynayıb. Azərbaycan 156-cı üzv dövlət kimi BMT-yə qoşulub, bu, yeni müstəqil dövlətin beynəlxalq münasibətlər sistemində öz mövqeyini möhkəmləndirməsi üçün hüquqi və siyasi baza yaradıb. Bu, həm də Azərbaycanın gələcək illərdə beynəlxalq təşkilatlarla fəal əməkdaşlığının bünövrəsini qoyan tarixi qərardır. Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın BMT ilə əlaqələri qısa müddətdə məzmunlu tərəfdaşlıq müstəvisinə qalxıb. 1994-cü ildə Ulu Öndərin BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxışı Azərbaycanın beynəlxalq platformalarda mövqeyinin ifadə olunmasında yeni mərhələnin başlanğıcıdır. Bu çıxış yalnız formal xarakter daşımırdı, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini BMT tribunasından bütün dünyaya çatdırmaq baxımından mühüm addım idi. Sonrakı illərdə də Heydər Əliyev BMT-nin müxtəlif yüksək səviyyəli tədbirlərində çıxış edərək Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti Azərbaycanın BMT ilə əməkdaşlığında ən mühüm istiqamət olub. Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnamə ilə Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstək verib və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxmasını tələb edib. Lakin həmin sənədlərin icra olunmaması BMT mexanizmlərinin zəifliyini ortaya qoyub.

“Azərbaycan uzun illər bu qətnamələrin yerinə yetirilməsini tələb etsə də, beynəlxalq ictimaiyyətin susqunluğu nəticəsində 2020-ci ildə öz ərazilərini hərbi-siyasi yolla azad etməyə məcbur oldu. 44 günlük Vətən müharibəsi BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququnun ən bariz nümunəsi idi. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq hüquqa sadiqliyinin və öz suveren hüquqlarını qoruma əzmindən geri çəkilmədiyinin göstəricisidir.

Azərbaycanın humanitar gündəliyi də BMT ilə münasibətlərdə mühüm yer tutur. Ermənistanın işğalı nəticəsində 3890 Azərbaycan vətəndaşının itkin düşməsi faktı mütəmadi olaraq BMT Baş Assambleyasında gündəmə gətirilir. Azərbaycan bu məsələdə xüsusi məruzəçi institutunun yaradılmasını təklif edərək, beynəlxalq ictimaiyyəti daha səmərəli fəaliyyət göstərməyə çağırır. Bu problem sülh gündəliyinin də mühüm tərkib hissəsidir və ayrıca maddə ilə şərtləndirilib. Eyni zamanda, mina təhlükəsi işğaldan azad olunmuş ərazilərin inteqrasiyasına ən böyük maneələrdən biri olaraq BMT-də qaldırılan prioritet məsələlərdəndir. Azərbaycan bu problemi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) ilə birbaşa əlaqələndirərək mina təmizlənməsini yeni bir məqsəd kimi irəli sürüb və hətta milli səviyyədə “DİM 18” qəbul edib. Bu yanaşma Azərbaycanın təkcə milli deyil, həm də beynəlxalq miqyasda innovativ və qabaqcıl təşəbbüslərlə çıxış etdiyini göstərir”, - deyə deputat bildirib.

O, ölkəmizin üzv dövlət kimi, BMT-də islahatların zəruriliyini xüsusi vurğuladığına diqqət çəkib: “Prezident İlham Əliyev dəfələrlə Təhlükəsizlik Şurasının müasir beynəlxalq reallıqlara uyğunlaşdırılmasının vacibliyini bildirib. Onun fikrincə, Şurada yeni daimi üzvlərin təmsil olunması, xüsusilə İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına bir yer ayrılması qlobal ədalətlilik baxımından labüddür. Bu mövqe Azərbaycanın yalnız milli maraqlarını deyil, həm də Qlobal Cənub ölkələrinin maraqlarını müdafiə etdiyini nümayiş etdirir. Azərbaycan beynəlxalq münasibətlərdə balanslaşdırılmış və prinsipial mövqeyi ilə dünya nizamının daha ədalətli və inklüziv olması üçün təşəbbüslər irəli sürür. Azərbaycan həm Qoşulmama Hərəkatına sədrliyimiz dövründə, həm UNFCCC COP29-a evsahibliyimiz zamanı, həm də COVİD-19 pandemiyası zamanı Qlobal Cənubun maraqlarının qorunmasını təmin etmiş, dekolonizasiya, iqlim dəyişmələri, ədalətlilik, bərabərlik kimi bu ölkələri narahat edən mövzularda dəstəyini ifadə etmiş və böyük töhfə vermişdir.

Cənubi Qafqazda yeni nizam, yeni reallıq yaradan tarixi Zəfərdən sonra məhz, Prezident İlham Əliyevin təşəbbüsü və müəllifliyi ilə bütün Azərbaycan xalqının gözlədiyi ədalətli sülh gündəliyi irəli sürüldü. Bu il avqustun 8-də “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in paraflanması, ABŞ liderinin şahidliyi ilə baş tutub”.

P.Vəliyeva vurğulayıb ki, BMT Baş katibi Antonio Quterreş, 2025-ci il 9 avqust tarixli bəyanatında, ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan Prezidenti ilə Ermənistan Baş naziri arasında əldə olunmuş sülh üzrə razılaşmaları Ermənistan və Azərbaycan arasındakı münasibətlərin normallaşması istiqamətində mühüm bir addım olaraq alqışlayıb. Baş katib Azərbaycan və Ermənistan liderlərinin bu istiqamətdəki sadiqliyini yüksək qiymətləndirib, davamlı etimad quruculuğunun zəruriliyini vurğulayıb. Eyni zamanda, Cənubi Qafqazda sülhün davamlı təmini üçün BMT-nin bütün səylərə güclü dəstəyini bir daha təsdiq edib.

“BMT-nin 80 illiyi ərəfəsində, təşkilatda islahatların həyata keçirilməsi məqsədilə Baş katib tərəfindən mart ayında “UN80” təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs BMT-nin fəaliyyəti və strukturlarının müasirləşdirilməsi, eləcə də daha effektiv və imkanları daha geniş olan bir təşkilat halına gəlməsi məqsədini güdür. “UN80” təşəbbüsü çərçivəsində, Azərbaycanın da üzvü olduğu G77 və Çin qrupu islahatların inkişaf etməkdə olan ölkələrə göstərilən dəstəyi azaltmamasını, BMT-nin resurslarından daha ədalətli şəkildə faydalanmasını təmin etmək olduğunu vurğulayır. Bu yanaşma BMT-nin global miqyasda ədalət, bərabərlik və əməkdaşlıq prinsiplərinə sadiqliyini əks etdirir.

Ötən il isə Azərbaycan BMT-in ən mötəbər tədbiri COP29-a uğurlu ev sahibliyi edib. 2026-cı ildə isə BMT-in Məşkunlaşma Proqramı (UN-Habitat) ilə birgə 13-cü Dünya Şəhərsalma Forumuna və BMT-in Ətraf Mühit Proqramı (UNEP) ilə birgə Ümumdünya Ətraf mühit günü olmaqla daha iki BMT tədbirinə ölkəmiz evsahibliyi edəcək. Bu isə ölkəmizin gələcək illərdə BMT ilə əməkdaşlığının əsas istiqamətlərini ehtiva edir. Beləliklə, Azərbaycan həm regional təhlükəsizliyin təminatçısı, həm də qlobal idarəetmənin ədalətli prinsiplərlə yenidən formalaşması üçün təkliflər irəli sürən bir dövlət kimi çıxış edir. Ölkəmizin beynəlxalq təşkilatlarda aktiv fəaliyyəti və prinsipial mövqeyi göstərir ki, Azərbaycan yalnız öz hüquqlarını müdafiə etmir, həm də beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün real töhfələr verir”, - deyə deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Sentyabr 2025 18:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri