Icma.az
close
up
RU
BMT rəsmisi Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirib

BMT rəsmisi Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirib

Adelet.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto COP29 çərçivəsində keçirilən “Qafqaz dağları və ətrafı üçün dayanıqlıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar” mövzusunda tədbirdə çıxış edib.

Adalet.az xəbər verir ki, o, çıxışında Azərbaycan hökumətini Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCC) öz milli adaptasiya planını təqdim etməsi münasibətilə təbrik edib və bu nailiyyətə UNDP-nin dəstək verdiyini vurğulayıb. O, Azərbaycanla UNDP arasında mövcud sıx əməkdaşlığın iqlim dəyişikliklərinə uyğunlaşma və karbon emissiyalarının azaldılması istiqamətində mühüm əhəmiyyət daşıdığını qeyd edib.

"Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində bərpaolunan enerji strategiyasının inteqrasiyası, enerji səmərəliliyinin artırılması və əsaslı yanaşmalar vasitəsilə biomüxtəlifliyin qorunması istiqamətində mühüm işlər görülür. Xüsusilə dağ ekosistemlərində və həssas icmalarda iqlim dəyişikliklərinin yaratdığı risklərə qarşı tədbirlər həyata keçirilməsi çox vacibdir”, - deyə o bildirib.

Markos Neto iqlim dəyişikliklərinə adaptasiya üçün maliyyə resurslarının çatışmazlığını da vurğulayıb. O qeyd edib ki, hazırda inkişaf etməkdə olan ölkələrin illik adaptasiya ehtiyacları ən azı 250 milyard ABŞ dolları təşkil edir, lakin mövcud beynəlxalq maliyyə axınları bu ehtiyacları qarşılamaq üçün kifayət deyil.

"UNDP 2025-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək və adaptasiya tədbirlərini genişləndirmək məqsədilə BMT sistemi ilə birgə fəaliyyət göstərir. Milli və regional səviyyədə strateji yanaşma adaptasiya tədbirlərinin daha geniş miqyasda həyata keçirilməsinə töhfə verəcək”, - deyə o əlavə edib.

Tədbirdə həmçinin qeyd olunub ki, UNDP 2017-ci ildən etibarən Yaşıl İqlim Fondu vasitəsilə 42 ölkəyə texniki dəstək göstərərək onların milli adaptasiya proseslərini inkişaf etdirməsinə yardım edib.

Markos Neto Azərbaycanın milli adaptasiya planını təqdim etməsi istiqamətində atdığı mühüm addımları bir daha yüksək qiymətləndirib və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin uğurla həyata keçirilməsi üçün maliyyə resurslarının səfərbər edilməsinin vacibliyini vurğulayıb.

“Birlikdə biz iqlim dəyişikliklərinin yaratdığı çağırışlara cavab vermək üçün davamlı və dayanıqlı gələcək qura bilərik”, - deyə BMT Baş katibinin köməkçisi bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Noyabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see196

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see177

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see169

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see144

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see135

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see135

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see132

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see132

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see130

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see129

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see129

Rusiyanın Dərbənd xofu: Əgər Azərbaycan döyüş qərarı veribsə...

02 Sentyabr 2025 15:25see128

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see128

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see126

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see117

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see116

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see116

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see115

Lazer faraların istehsaldan çıxarılmasının SƏBƏBİ

02 Sentyabr 2025 21:00see114

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri