Icma.az
close
up
RU
BMU nun nailiyyətləri QS sammitində təqdim olunur FOTOLAR

BMU nun nailiyyətləri QS sammitində təqdim olunur FOTOLAR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən “QS Higher Ed Summit: Europe 2026” (24-25 iyun) çərçivəsində təşkil edilmiş Azərbaycan pavilyonunda Bakı Mühəndislik Universiteti (BMU) ölkəmizin ali təhsil sistemini təmsil edən universitetlər sırasında yer alır.

Modern.az xəbər verir ki, Azərbaycan pavilyonu ölkənin ali təhsil sisteminin beynəlxalq səviyyədə təşviqi, yeni akademik əməkdaşlıqların qurulması üçün mühüm platforma rolunu oynayır. Pavilyonda BMU-nun son illərdə əldə etdiyi nailiyyətlər, QS reytinqlərində qazandığı uğurlar, müasir təhsil proqramları, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əlaqələri, ikili diplom proqramları, Texnoparkı, innovasiya ekosistemi və müasir laboratoriyaları haqda məlumatlar iştirakçılara təqdim olunur.

Bu il fəaliyyətinin 10 illiyini qeyd edən BMU gənc ali təhsil müəssisəsi olmasına baxmayaraq, öz akademik potensialını beynəlxalq səviyyədə təsdiqləməyi bacarıb. Dünya universitetlərinin bu ay açıqlanan yeni QS reytinqində universitet növbəti uğura imza atıb. Ötən il ilk dəfə dünya üzrə TOP 1000 universitet sırasına daxil olan BMU bu il daha 31 pillə irəliləyərək 851-900-cü yerlər aralığında qərarlaşıb. Universitet son iki il ərzində bu nüfuzlu reytinqdə ümumilikdə 580 pillə yüksəlməyə nail olub ki, bu da onun dinamik inkişafının mühüm göstəricisidir. BMU bu il, həmçinin ilk dəfə QS-in 2026-cı il fənn reytinqində təmsil olunaraq iki ixtisas istiqaməti üzrə uğurlu nəticələr əldə edib. Ali məktəb Avropanın ən yaxşı universitetlərinin reytinqində 96 pillə irəliləyərək 395-ci yerdə qərarlaşıb. Eyni zamanda, Qərbi Asiya universitetləri reytinqində region üzrə 23-cü mövqedə yer alıb.

Qeyd edək ki, QS sammitində Azərbaycanı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, “Study in Azerbaijan” layihəsi, eləcə də ölkənin aparıcı ali təhsil müəssisələrinin rektorları və nümayəndələrindən ibarət heyət təmsil edir.  BMU-nun rektoru Yaqub Piriyev və universitetin nümayəndələri sammit çərçivəsində keçirilən müzakirələrdə və işgüzar görüşlərdə iştirak edərək ali məktəbin beynəlxalq əməkdaşlıq istiqamətləri, akademik inkişaf prioritetləri və son illərdə əldə olunan nailiyyətləri barədə məlumat verirlər.

Sammitdə ali təhsil sektorunun strateji inkişafı, beynəlmiləlləşmə prosesləri, beynəlxalq reytinqlərdə irəliləyiş imkanları, süni intellekt erasında tələb olunan bacarıqlar və qlobal əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılır.

BMU-nun sammitdə iştirakı universitetin qlobal akademik şəbəkələrdə mövqeyinin daha da möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və beynəlxalq auditoriyaya təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyun 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri