Boğazda ilişmiş balıq sümüyü xərçəngə səbəb ola bilər
Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Adi balıq sümüyü insanın ölümünə səbəb ola bilər. Saglamolun.az mk.ru-ya istinadla bildirir ki, bu haqda professor Maksim Loxmatov xəbərdarlıq edib.
Həkim bildirib ki, boğazda ilişmiş sümüyü ev şəraitində çıxartmaq olmaz, mütəxəssisə müraciət etmək lazımdır. Adətən belə hallarda “su iç” və ya “bir az çörək ye” kimi məsləhətlər verirlər. Lakin çörək sümüyün daha da dərin keçməsinə səbəb ola bilər ki, bu yerdə iltihab yaranacaq. Sümük boğazdan keçsə də mədə, qida borusu, nəfəs yollarında ilişib qala bilər. Bu isə daha da təhlükəlidir ki, xərçəngin inkişafına səbəb ola bilər.
Həkim bildirib ki, mədədə ilişmiş balıq sümüyü “saat bombası” kimidir.
Belə ki, Yaponiyada mədə-bağırsaq sistemi xəsrçəngi çox yayılıb və bunun əsas səbəblərindən biri məhz balıqla zəngin olan qidalanma sayılır. Riskləri azaltmaq üçün Yaponiya sakinləri hətta profilkatik məqsədlərlə vaxtaşırı olaraq mədə endoskopiyası müayinəsindən keçirlər.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 15 Oktyabr 2026 06:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















