Icma.az
close
up
RU
Bölgələrdə 200 ə yaxın yaşı olan un dəyirmanları TARİXƏ QOVUŞUR ARAŞDIRMA FOTO

Bölgələrdə 200 ə yaxın yaşı olan un dəyirmanları TARİXƏ QOVUŞUR ARAŞDIRMA FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Ölkəmizin demək olar ki, bütün bölgələrində vaxtilə fəaliyyət göstərən qədin un dəyirmanlarına hazırda tələbat xeyli azalıb. Təqribən 25-30 il öncəyə qədər bölgə sakinləri əkib becərdikləri taxılı bu dəyirmanlara gətirərək bir kisəsini un, bir hissəsini isə yem kimi üyüdərək gündəlik təlabatda istifadə ediblər. Belə dəyirmanlarda üyüdülən unun keyfiyyəti yüksək, ondan hazırlanan çörək isə dadlı-tamlı olub. Həmin dəyirmanlarda üyüdülən taxıl insanların gözü qarşısında olurdu. Halbuki indiki dövrdə istehlak etdiyimiz və mağazalardan aldığımız çörəyin hansı şəraitdə hazırlandığından belə xəbərimiz yoxdu.
O zaman nəyə görə belə dəyirmanlara son vaxtlar tələbat azalıb?

Bizim.Media-nın Aran bürosu olaraq bu suala cavab tapmaq üçün ilk olaraq Kürdəmir rayonunun Mürtülü kəndi ərazisində uzun illərdir ki, fəaliyyət göstərən daş dəyirmanına üz tutduq.
Dəyirman sahibi Hacı Tağıyev yerli büromuza bildirdi ki, bu sahə ona dədə babalarından miras qalıb və dəyirman 65 ilə yaxındır fəailiyyət göstərir. O, deyir ki, vaxtilə nəinki Kürdəmir camaatı, hətta yaxın rayonların insanları un və yem üyütmək üçün bura üz tuturdu. Son illər isə un üyütmək üçün ona müraciət edən sakinlərin sayında kəskin azalma müşahidə olunur. Əvəllər bir gündə tonlarla un və yem üyüdülən dəyirmanda son illər gün ərzində ən çoxu 200-300 kq un, yaxud yem üyüdürlər ki, bu vəziyyət də günü-gündən azalmaqda davam edir.

Hacı Tağıyev sözügedən dəyirmanda üyüdülən unun tərkibinin həddindən artıq zəngin olduğunu və bu, undan əsasən şəkərli diabet və mədə bağırsağ xəstəliyindən əziyyət çəkən insanların daha çox xeyir gördüyünü deyib. Qədim dəyirmanlara gələnlər isə əsasən yaşlı nəslin nümayəndələridir. Gənc nəsil ümumiyyətlə bura üz tutmur. Onlar mağazalardan hazır çörək almağa daha çox üstünlük verirlər.
Hacı dayının sözlərinə görə yaşlandığına görə bu qədim dəyirmanı oğlu Nizamiyə həvalə edib. Əsas səbəb isə qədim adət-ənənələrimizi qoruyub saxlamaqdır.
Daha sonra müşahidələrimizi Göyçay rayon Aşağı Qara Məryəm kəndində yerləşən su dəyirmanında davam etdirdik. Çarxla işləyən su dəyirmanı XIX əsrə - 200-ə yaxın yaşı olan dəyirman indi də fəaliyyətdədir. Bu dəyirmanın İsmayıllıda yaşayan malakanlar tərəfindən qurulduğu deyilir. İlk başlarda taxtadan ibarət olan dəyirman 1918-ci ildə ermənilərin Göyçaya hücumu zamanı tamamilə dağıdılıb, yerlə yeksan olub. Bir müddət sonra bünövrəsi daş materiallarla hörülüb və yenidən bölgə sakinlərini təmiz unla təmin etməyə başlayıb.

Dəyirmanda dənli bitkilərdən arpa, buğda, hətta qarğıdalı belə üyüdülür. Qara un orqanizmə, insan sağlamlığına xeyri ilə seçilir, çörəyi isə olduqca ləzzətli və ətirlidir. Elə bu səbəbdəndir ki, ölkəmizin müxtəlif bölgələrindən buraya un üyütməyə gələnlər var. Çarxın daha bir özəlliyi ondadır ki, itkiyə yol verilmir. 50 kiloqram buğdadan elə 50 kq da un alınır. Dəyirman bir saat ərzində 100-120 kq un üyütmək gücündədir. Gün ərzində orta hesabla 2-3 ton arası məhsul götürmək olur.
Dəyirmanın sahibi Asim Cəbiyev deyir ki, bura əvvəllər hər gün işləsə də, son vaxtlar yalnız həftənin şənbə günü fəaliyyət göstərir. İnsanlar yalnız həftənin  bir günü un və ya yem üyütmək üçün bura üz tuturlar. Son vaxtlar isə bu dəyirmana müraciət edənlərin sayında kəskin azalma müşahidə olunur.

Kənd sakinləri Şaban Hüseynov və Əhməd Cəbiyev yerli büromuza bildirdilər ki, bura ancaq əsasən yaşlı nəslin nümayəndələri müraciət edirlər. İndiki gənclərin qədim dəyirmanlara marağı isə demək olar ki, yox səviyyəsindədir.
Görünən odur ki, qədimiliyi, tarixiliyi, ən əsası isə keyfiyyəti ilə seçilən qədim dəyirmanlarımızdan imtina edilir. Özü də zəhmət çəkmək istəməyən gənc nəsil tərəfindən...
Bəs, özəlliyi ilə yadda qalan bu sahəni qoruyub saxlamaq və gələcək nəslə ötürmək üçün nə edək?








Bizim.Media, Aran bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://bizim.media
archiveBu xəbər 18 Fevral 2025 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see239

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see199

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see181

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see137

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see135

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see127

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri