Icma.az
close
up
RU
Bölgələrdə neçə uşaq evi YARADILIB? Rəsmi AÇIQLAMA

Bölgələrdə neçə uşaq evi YARADILIB? Rəsmi AÇIQLAMA

Icma.az bildirir, Bizim media portalına istinadən.

Sosial Xidmətlər Agentliyinin ölkə üzrə 6 uşaq evi sosial xidmət müəssisəsi fəaliyyət göstərir.
Onlardan 3-ü Bakı şəhərində, 1-i Gəncə, 1-i Lənkəran, 1-i isə Şəkidə yerləşir.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən bildirilib.
Qeyd edilib ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi istiqamətində mühüm addımlar atılır:
“Həssas əhali qruplarından olan ailələrlə iş aparılır, sosial təhlükəli vəziyyətdə olan uşaqların və ailələrinin dəstəklənməsi məqsədilə onlar bir sıra proqramlara və tədbirlərə cəlb edilirlər.
 

Həmçinin valideyn himayəsindən məhrum olmuş Agentliyinin müəssisələrində yaşayan uşaqların sosial reabilitasiyası, onların mənşə ailələrinə qaytarılması, eləcə də alternativ qayğı mühiti ilə əhatə olunması məqsədilə davamlı iş aparılır”.


Qurumun məlumatında bildrilib ki, Bakı və Lənkəranda ailə tipli kiçik qrup evləri də fəaliyyət göstərir.
Vurğulanıb ki, Agentlik tərəfindən görülən tədbirlər nəticəsində təkcə bu ilin ötən 9 ayı ərzində 192 uşağın müəssisələrə düşməsinin qarşısı alınıb, 119 uşaq isə ailə himayəsinə qaytarılıb:
 

“Himayədar ailə” qayğı modeli də valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasına xidmət edir. İndiyədək bu model çərçivəsində 53 uşaq himayədar ailəyə verilib. Onlardan 32-si qız, 21-i oğlandır.


Həmçinin, agentliyin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir. Çətin həyat şəraiti ilə qarşılaşan vətəndaşlar müəssisənin xidmətlərindən qanunvericiliyə uyğun şəkildə yararlana bilirlər.
Müəssisəyə qəbul olunanlar 6 ay (180 gün) ərzində bir sıra xidmətlərlə təmin olunurlar və bu müddətdə günlük olaraq qida normaları əsasında yemək, yaşayış yeri və geyimlə təmin edilirlər.
Hazırda müəssisənin baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanların sosial reabilitasiya şöbəsində 15 uşaq müxtəlif sosial xidmətlərlə əhatə olunur”.
Agentliyin sosial sifarişləri çərçivəsində Bakı şəhərində “Sosial sığınacaqların inkişafına dəstək” layihəsi icra olunur.
 

“Layihənin məqsədi uşaq zorakılığı problemlərinə vətəndaş cəmiyyəti institutlarının diqqətinin artırılması və sosial dəstəyə ehtiyacı olan uşaqlar üçün sosial təminat və sosial dəstək xidmətlərinə girişi təkmilləşdirmək, sosial, hüquqi, tərbiyəvi vasitələrlə uşaqları istismarın bütün növlərindən, ağır, zərərli və təhlükəli təsirlərdən mühafizə etməkdir.


Hazırda üç belə sığınacaq fəaliyyət göstərir. Sığınacaqlarda sosial təhlükəli vəziyyətdə olan, müəyyən yaşayış yeri olmayan, valideyn himayəsindən məhrum, zorakılıqdan zərər çəkmiş uşaqlara təhlükəsiz və qayğı vəd edən mühit yaradılıb” – deyə məlumatda qeyd edilib.
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:292
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Oktyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri