Bolqarıstan Aİ nin Dunay Regionu üzrə Strategiyasına sədrlik edəcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 4 noyabr, AZƏRTAC
Bolqarıstan 2026-cı il yanvarın 1-dən dekabrın 31-dək Avropa İttifaqının (Aİ) Dunay Regionu üzrə Strategiyasına sədrlik edəcək.
AZƏRTAC Bolqarıstanın BTA informasiya agentliyinə istinadla xəbər verir ki, bu, ölkənin strategiyaya ikinci sədrliyidir. Bildirilib ki, Bolqarıstan Aİ-nin Dunay Regionu üzrə Strategiyasına 2018-ci ildə də sədrlik edib.
Strategiyanın məqsədi Mərkəzi Avropa ölkələrini Qara dəniz regionu və Cənubi Qafqaz, həmçinin Mərkəzi Asiya ilə birləşdirən Avropanın ikinci ən uzun çayı olan Dunay çayı regionunun iqtisadi potensialını inkişaf etdirməkdir.
Qeyd edək ki, Dunay Strategiyası 2011-ci ildə təsdiq edilib. O, 14 ölkəni və 100 milyondan çox əhalini əhatə edir. Bu ölkələrdən doqquzu - Avstriya, Almaniya, Çexiya, Slovakiya, Sloveniya, Macarıstan, Xorvatiya, Bolqarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. Qalan beş ölkə isə Serbiya, Bosniya və Herseqovina, Monteneqro, Moldova və Ukraynadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 04 Noyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















