Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

“Bolt” Azərbaycanda taksi fəaliyyətini necə inkişaf etdirir? Ekspertdən İZAHLI VİDEO

“Bolt” Azərbaycanda taksi fəaliyyətini necə inkişaf etdirir? Ekspertdən İZAHLI VİDEO

Icma.az, Avtosfer saytına istinadən bildirir.

İllər əvvəl elə paytaxtın özündə taksi tapmaq bir müşkülə çevrilmişdi. Xüsusən işsiz şəxslər hansısa metro yaxınlığında, o ərazilər də doludursa, parkların ətrafında, bazarların qarşısında dayanıb müştəri tapmağa çalışırdı. Çox vaxt da qiymətlər yuvarlaq rəqəmlərlə ifadə edilərdi. Bu da bəzən müştərini narazı saldığı üçün taksi ilə ünvana getmək əvəzinə avtobusa, metroya yönələrdi. Çox vaxt ağır yükü olanlar, tələsənlər o yuvarlaq qiymətlərlə razılaşıb taksiyə üz tuturdu.

Avtosfer.az xəbər verir ki, bu gün artıq vəziyyət xeyli dəyişib və reallıqlar bir-birini ardıcıl olaraq əvəzləməyə başlayıb.

Ölkəmizdə taksi fəaliyyətinin ilk dayaqlarından biri, daha dəqiq desək, birincisi “Bolt” şirkətidir. Məsələn mən xatırlayıram, 10 ildən çox müddət keçib üstündən, tələbə idim o illərdə. Universitetimizin binasının tam yaxınlığında metro, avtobus dayanacağı olmadığı üçün bir xeyli yol getməli olurduq. Universitetin çıxışına ən yaxın nəqliyyat isə taksi duracağı idi. Biz qrup yoldaşlarımızla birgə hansısa televiziyaya təcrübə yığmaq üçün getmək istəsək, o taksilərə üz tuturduq. Ən yaxın televiziya isə universitetdən 6-10 kilometr uzaqda idi və biz ora hansısa yuvarlaq qiymətə məcbur qalıb razılaşırdıq.
“Bolt” şirkətinin ölkəmizdəki fəaliyyətinin ilk illərini xatırlayıram. Sürücülər şirkətin funksiyasını əvvəlcə anlamırdı. Çünki bu tətbiq Azərbaycan üçün yenilik idi. “Bolt”un işçilərin sürücülərə şirkətlə bağlı məlumat verir, onları əməkdaşlığa dəvət edirdi. İlk dövrlərdə biz də tələbə olaraq yeniliyi anlamırdıq. Sonradan ağızdan-ağıza yeni tətbiqin ortaya çıxdığını, uyğun qiymətə ünvana çatdırmağını eşitdikcə sifarişi univeristetin darvazasının önünə verməyə başladıq.

Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı “Bolt”un fəaliyyəti tarixçəsi ilə bağlı sosial şəbəkələrdə canlı yayımda məlumat verib. O bildirib ki, ölkədə taksi fəaliyyətinin inkişafında əsas pay sahibi məhz “Bolt”dur:

“Bilirsiz ki, “Bolt” beynəlxalq şirkətdir. Dünyada milyonlarla insan bu şirkət üzərindən pul qazanır. “Bolt” innovativ və texnoloji platforma olaraq bu dəyişimin əsas hərəkətverici qüvvələrindən biridir. Platforma fərqli sahələrdə xidmət göstərməklə həm müştərilərlə, həm də xidmət göstərən tərəfdaşlarla əlaqə yaradan bir vasitədir. Taksi xidmətində Bolt sifariş operatoru funksiyasını yerinə yetirir — yəni sifarişləri sərnişinlə daşıyıcı arasında əlaqələndirir. Bu məsələyə xüsusi diqqət yetirmək lazımdır. Həmişə ifadə edəndə “Bolt”un taksisi deyirlər, amma bu düzgün fikir deyil. Yəni, o maşın ya şəxsi avtomobildir, ya da hansısa taksi parkına məxsus nəqliyyat vasitəsidir, o da hansısa sürücüyə etibar edib. “Bolt” sadəcə operator funksiyasını yerinə yetirir. Digər taksi şirkətləri də ölkəmizdə operatorluq fəaliyyəti ilə məşğuldurlar. Doğrudur, bəzi şirkətlər də var ki, özlərinin avtomobilləri var. “Bolt”la əməkdaşlıq edən avtoparklar var. Bəli, bu parklar taksi şirkəti sayıla bilər. Daşıyıcı rolunda fərdi sürücülər və ya avtoparklar çıxış edə bilər. Sürücülər Bolt tətbiqində sadə və şəffaf şəkildə qeydiyyatdan keçir, Azərbaycan qanunvericiliyinə uyğun sənədləri təqdim etdikdən sonra onlar üçün şəxsi profil yaradılır. Bu, onların “Bolt”un əməkdaşı deyil, müstəqil tərəfdaş kimi fəaliyyət göstərməsinə imkan verir.

Hazırda sürücülərdən tutulan orta komissiya təxminən 20% təşkil edir. Bu göstərici tətbiq olunan endirimlər, kampaniyalar və bonuslardan asılı olaraq dəyişir. “Bolt” tərəfindən toplanan komissiya əməliyyat, texniki və proqram təminatı xərclərinin ödənilməsinə yönəldilməklə yanaşı, sürücülərə və avtoparklara əlavə gəlir və bonus şəklində dəstək kimi geri qaytarılır. Məhz bu mexanizm sayəsində minlərlə sürücü platforma üzərindən sabit gəlir əldə edir, yüzlərlə kiçik və orta sahibkar isə bu sahəyə yatırım edərək iqtisadiyyata töhfə verir.

“Bolt” həmçinin “Bolt Accelerator” proqramı və sürücülər üçün xüsusi endirimli kampaniyalar vasitəsilə tərəfdaşlarının fəaliyyətini təşviq edir və gəlir imkanlarını artırır.

Bu gün Bakı şəhəri və “Bolt”un missiyası eyni məqsədi bölüşür - “şəhərləri avtomobillər üçün yox, insanlar üçün yaratmaq.” Bu məqsədlə “Bolt” elektrikli avtomobillərin istifadəsini təşviq edir, daha təmiz və ekoloji şəhər mühiti formalaşdırmağa çalışır, təhlükəsizlik və innovasiyaya yönəlmiş təşəbbüslər həyata keçirir.

Texnologiyanın inkişafı ilə taksi xidməti artıq sadəcə bir gediş deyil, həm müasir sahibkarlıq forması, həm də daha yaşıl və ağıllı şəhərin bir hissəsi halına gəlib.

“Bolt Azərbaycan” şirkətinin əməliyyatlar meneceri Fərid Əbdülzadə mediaya müsahibəsində Bakıda taksi sektorunda son illərdə baş verən dəyişikliklər, texnologiyanın yaratdığı imkanlar və “Bolt”un sürücülər üçün təqdim etdiyi şəffaf qazanc modeli barədə danışıb. Əbdülzadənin sözlərinə görə, texnologiyanın inkişafı ilə taksi xidməti daha rahat və təhlükəsiz mərhələyə keçib. “İndi bir kliklə sifariş qəbul etmək, gəliri real vaxtda izləmək və təhlükəsiz şəkildə xidmət göstərmək mümkündür,” – deyə o bildirib:

““Bolt” sadəcə taksi xidməti deyil, innovativ texnoloji platformadır. Sürücülər və ya avtoparklar qanunvericiliyə uyğun sənədləri təqdim etdikdən sonra tətbiqdə qeydiyyatdan keçərək müstəqil tərəfdaş kimi fəaliyyət göstərə bilirlər. “Bolt”da orta komissiya dərəcəsi təxminən 20% təşkil edir, lakin bu göstərici tətbiq olunan bonuslar və endirimlərdən asılı olaraq dəyişə bilər. Şirkət toplanan komissiyanın bir hissəsini kampaniyalar və mükafat proqramları vasitəsilə sürücülərə geri qaytarır”.

Əbdülzadə əlavə edib ki, “erkən ödəniş” (early cash-out) funksiyası sayəsində sürücülər qazandıqları vəsaiti istədikləri vaxt kartlarına köçürə bilirlər. Bu yenilik kartla ödənişlərdə yaranan gecikmələrin və ya imtinaların qarşısını alır, sürücülərin maliyyə rahatlığını artırır.

Bolt, həmçinin Bolt Accelerator proqramı və digər motivasiya kampaniyaları vasitəsilə sürücülərə əlavə qazanc imkanı yaradır, onların fəaliyyətini təşviq edir və sektorda dayanıqlı inkişafı dəstəkləyir.

Menecer sonda bildirib ki, bu model həm minlərlə sürücü üçün sabit gəlir imkanı yaradır, həm də yüzlərlə kiçik və orta sahibkarın bu sahəyə investisiya etməsinə şərait yaradır”.

Elməddin Muradlının canlı yayımdan həmin videosunu sizə təqdim edirik:

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:916
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Noyabr 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri