Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanda İnstaqram və Tiktok işləmir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

Borcu olanlar risk qrupuna daxildir Psixoloq

Borcu olanlar risk qrupuna daxildir Psixoloq

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ancaq onlar bilmirlər ki, borc da, iflas da həyatın bir hissəsidir, sonu deyil


“Əgər bir insan daim ümidsiz danışırsa, gələcəklə bağlı heç bir plan qurmaq istəmirsə və ya "heç nə dəyişməyəcək" kimi ifadələr işlədirsə, vəziyyət ağırdır deməkdir”


Azərbaycanda son illərdə sahibkarlar və iş adamları arasında borc səbəbilə intihar edənlərin sayı artmaqdadır. Bu hallar iqtisadi çətinliklərin və maliyyə yükünün insan psixologiyasına təsirini göstərir. Sahibkarların borc səbəbilə həyatlarına son qoyması, təkcə fərdi faciə deyil, həm də iqtisadi və sosial siyasətin ciddi çatışmazlıqlarını üzə çıxarır. Qeyd edək ki, Göyçay rayonunda intihar hadisəsi baş verib. 1977-ci il təvəllüdlü Əflatun İsmayılov yaşadığı Ləkçıplaq kəndindəki evdə özünü asıb. Bildirilib ki, Ə.İsmayılov ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar çoxlu borcu yaranıb. Onun xarici ölkələrə kənd təsərrüfatı məhsulları apardığı qeyd edilib. Faktla bağlı araşdırma aparılır.


Mütəxəssislər hesab edirlər ki, borc səbəbilə intihar hallarının qarşısını almaq üçün sistemli tədbirlər görülməlidir. Hesab edirlər ki, sahibkarlara psixoloji dəstək, maliyyə məsləhətləri və borc restrukturizasiyası imkanlarının yaradılması vacibdir.


Psixoloq Gülnarə Əliyeva da “Sherg.az”a açıqlamasında borc səbəbilə intihar hallarının artmasının cəmiyyətdə ciddi narahatlıq doğurduğunu deyib: 

“İnsanlar çox vaxt elə düşünürlər ki, intihar edənlər sadəcə maliyyə sıxıntısından bu addımı atır. Əslində isə səbəb daha dərindir. Borc yalnız maddi məsələ deyil — bu, insanın özünü, ailəsini və cəmiyyət qarşısında məsuliyyət hiss etməsidir. Borca görə intihar edən insanlar əsasən çıxışsızlıq və ümid itkisi yaşayır. Onlar hər şeyin bitdiyini, artıq vəziyyəti düzəldə bilməyəcəklərini düşünürlər.

Sözsüz ki, belə hallarda sosial təzyiqin də çox böyük rolu var. Bizim cəmiyyətimizdə uğursuzluq, xüsusən maliyyə sahəsində, çox sərt qarşılanır. İnsanlar "necə yəni borcunu qaytara bilmədi?", "necə yəni biznesi batdı?" kimi düşünür. Bu cür qınaq və sosial təzyiq fərdi daha da tənhalaşdırır və depressiyaya salır. Unutmayaq ki, psixoloji olaraq tənhalaşan insan daha sürətli şəkildə çıxışsızlıq hissinə qapılır”.


Psixoloqun sözlərinə görə, əgər bir insan daim ümidsiz danışırsa, gələcəklə bağlı heç bir plan qurmaq istəmirsə və ya "heç nə dəyişməyəcək" kimi ifadələr işlədirsə, bu, risk siqnalıdır: 

“Belə hallarda insanı sakit şəkildə dinləmək, onu tənqid etmədən yanında olduğumuzu hiss etdirmək çox vacibdir. Ən əsas isə onu mütləq bir mütəxəssisə – psixoloqa və ya psixoterapevtə yönləndirmək lazımdır. Bizdə insanlar hələ də psixoloqa müraciət etməyi zəiflik kimi görürlər. Halbuki psixoloji yardım həm emosional yükü azaltmaq, həm də vəziyyətə obyektiv baxmaq üçün çox vacibdir. İkinci, dövlət və qeyri-hökumət qurumları tərəfindən borc restrukturizasiyası, hüquqi məsləhət və sosial dəstək proqramları gücləndirilməlidir. İnsan bilməlidir ki, o, tək deyil və çətinliklərdən çıxmaq mümkündür. Hər bir çətinlik keçicidir. Borc da, iflas da həyatın bir hissəsidir, sonu deyil. İntihar isə daimi bir qərardır və onu dəyişdirmək mümkün olmur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Aprel 2025 07:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1053

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see354

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see351

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see262

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see255

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see254

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see244

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see237

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see224

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see213

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see211

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see204

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see198

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see191

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see187

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see184

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see181

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see180

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see169

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri